Jorj Pir
Jorj Pir | |
---|---|
Jorj Şarl Kleman Pir | |
Doğum tarixi | 10 fevral 1910[1][2][…] |
Vəfat tarixi | 30 yanvar 1969[1][2][…] (59 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | ilahiyyatçı, müqavimət döyüşçüsü[d], keşiş |
Mükafatları |
Nobel sülh mükafatı (1958-ci il) Sonninq mükafatı "Almaniya Federativ Respublikasına xidmətlərinə görə" orden |
Vikianbarda əlaqəli mediafayllar |
Jorj Şarl Kleman Pir (fr. Georges Charles Clement Ghislain Pire, rahib adı Dominik Pir (Dominique Pire); 10 fevral 1910[1][2][…] – 30 yanvar 1969[1][2][…], Leuven, Brabant əyaləti[d][3][4][…]) — Belçika Dominiklərinin rahibi və Müqavimət Hərəkatının lideri, İkinci Dünya müharibəsindən sonra Avropa qaçqınlarına göstərdiyi yardımlarına görə Nobel Sülh mükafatı laureatı (1958).[5]
11 dekabr 1958-ci ildə Pir Nobel Sülh mükafatını alarkən "Qardaş Sevgisi: Sülh Vəqfi"adlı mühazirəsini oxudu.
Erkən həyatı
[redaktə | mənbəni redaktə et]Pir,Belçikanın Dinan şəhərində anadan olub. O,məmur Corc Pir və Berte (Ravet) Pirin dörd övladından ən böyüyü idi.
1914-cü ildə Birinci Dünya müharibəsinin başlanğıcında Pir ailəsi irəliləyən Alman qoşunlarından qaçaraq,bir qayıqla Belçikadan Fransaya gəldilər. 1918-ci ildə,I Dünya müharibəsi bitdikdən sonra ailə xarabalığa çevrilmiş Dinana qayıda bildi.[6]
Təhsili
[redaktə | mənbəni redaktə et]Pir,Collège de Bellevue-da Klassiklər və Fəlsəfə üzrə təhsil alaraq,on səkkiz yaşında Yuidəki La Sarte'nin Dominik prioruna daxil oldu. Ruhani zadəgan ordenini təsis etdikdən sonra Dominik adını qəbul edərək 23 sentyabr 1932-ci ildə and içdi. Daha sonra Romadakı,Müqəddəs Akvinalı Foma Universitetində ilahiyyat və sosial elmlər üzrə ali təhsil aldı,1936-cı ildə L’Apatheia ou insensibilité irréalisable et destructrice adlı tezisi ilə ilahiyyat doktoru dərəcəsini aldı.[7] Daha sonra sosiologiyadan dərslər verdiyi La Sarte amfiteatrına qayıtdı.
Karyerası
[redaktə | mənbəni redaktə et]Pir təhsilini başa vurduqdan sonra BelçikanınYui şəhərindəki La Sarte prioruna qayıtdı və kasıb ailələrin şərəf və mənliklərinə uyğun yaşamaları üçün köməklik etməyə başladı. İkinci dünya müharibəsi zamanı,Antihitler koalisiyası pilotların ölkədən gizli yolla çıxarılmasında fəal iştirak edərək,Pir Belçika müqavimət hərəkatının keşiş kimi xidmət etdi. Müharibədən sonra bu xidmətinə görə bir neçə medal da qazandı.
1949-cu ildə müharibədən sonra qaçqınlarla əlaqəli mövzuları öyrənməyə başladı ("Köçkünlər" [DP]) və onlar haqqında Du Rhin au Danube avec 60,000 D. P.. adlı kitab yazdı. Onlara kömək etmək üçün bir təşkilat qurdu. Təşkilat qaçqın ailələrinə maddi dəstək göstərək,1950-ci illərdə bir çox qaçqının yerləşməsinə kömək etmək üçün Avstriya və Almaniyada bir sıra kəndlər saldı. Dominikli keşiş olsa da,Dominik Pir həmişə şəxsi inancını imkansızlar adına götürdüyü öhdəliklərlə qarışdırmaqdan imtina etdi ki,bu da dini rəhbərlər tərəfindən hər zaman başa düşülməyən bir qərar oldu.
Sülh mükafatını qazandıqdan sonra Pir,qlobal fəhm naminə "Sülh Universiteti" nin yaradılmasına da köməklik göstərdi. Daha sonra yoxsulluğun kökü kəsilmədən barışın əldə olunmayacağına əmin olaraq,inkişaf etməkdə olan ölkələrdə kənd əhalisinin uzunmüddətli rahat yaşaması və inkişafına həsr olunmuş "Sülh Adaları" adlı bir QHT qurdu. Banqladeş və Hindistanda layihələr həyata keçirdi.
30 yanvar 1969-cu ildə Löven Roma Katolik Xəstəxanasında əməliyyatdan sonra vəziyyətinin ağırlaşması ilə vəfat etdi.
Ölümündən 30 il sonra belə qurduğu dörd təşkilat hələ də fəaliyyət göstərir. 2008-ci ildə Oksford Universiteti Blackfriars Hall-dakı Las Kasas İnstitutundakı işinin şərəfinə proqram quruldu.[8]
Jorj Pir tərəfindən qurulan təşkilatlar
[redaktə | mənbəni redaktə et]- Aide aux Personnes Déplacées (fr.): Belçikadakı qaçqınlara köməklik edir,inkişaf etməkdə olan ölkələrdə uşaqlara maddi dəstək göstərir.
- Sülh adası : Burkina-Faso,Benin,Mali,Qvineya-Bisau,Ekvador,Boliviya və Peru əhalisi ilə uzunmüddətli inkişaf layihələri həyata keçirir.
- Service d'Entraide Familiale : çətinlik çəkən insanların sosial yenidən yerləşdirilməsi istiqamətində işləyir.
- Université de Paix : ailə və iş yerində münaqişələrin qarşısının alınması üzrə ixtisaslaşmışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Georges Pire // Biographie Nationale de Belgique (fr.). / Académie royale des sciences, des lettres et des beaux-arts de Belgique BXL.
- ↑ 1 2 Bell A. Dominique Pire // Encyclopædia Britannica (brit. ing.). Encyclopædia Britannica, Inc., 1768.
- ↑ 1 2 https://www.nobelprize.org/prizes/peace/1958/pire/biographical/.
- ↑ https://books.google.com/books?id=ZoKygfNrBzUC&pg=PA157#v=onepage&q&f=false Arxivləşdirilib 2021-12-30 at the Wayback Machine Accessed 21-7-2013
- ↑ "Archived copy". 2012-07-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-15. Accessed October, 2012
- ↑ Servais-Théodore Pinckaers, "A Dialogue and Action for Peace: Dominique Pire (1910–1969)" Arxiv surəti 19 mart 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib mart 19, 2009, at the Wayback Machine in Preaching Justice: Dominican Contributions to Social Ethics in the Twentieth Century, edited by Francesco Compagnoni OP and Helen Alford OP, Dublin: Dominican Publications, 2007, ISBN 1-905604-07-6, Part 1, Section B, 6, p. 137.
- ↑ Las Casas Institute Arxiv surəti 9 iyul 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib iyul 9, 2013, at the Wayback Machine on Blackfriars Hall website