Kütyarpaq püstə
Kütyarpaq püstə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Kütyarpaq püstə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Kütyarpaq püstə yaxud Atlantika püstəsi - (lat. Pistacia mutica Fisch.et C.A. Mey.) — Sumaqkimilər (Anacardiaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Təhlükəli həddə yaxın olanlar”– NT. Azərbaycanın nadir növüdür.[1][2]
Ümumi yayılması:
[redaktə | mənbəni redaktə et]Rusiya, Türkiyə, İraq və Iranda təbii arealı vardır.
Azərbaycanda yayılması:
[redaktə | mənbəni redaktə et]Abşeron, Quba, Qobustan, Göyçay, Ağdaş rayonları və Naxçıvan MR-in (Sədərək, Şərur) ərazilərində təbii halda rast gəlinir. Statusu: Azərbaycanın nadir bitkisidir. CR. B1ab(i, ii,iv). Bitdiyi yer İşıqlı quru yamaclarda yayılmışdır.
Təbii ehtiyatı:
[redaktə | mənbəni redaktə et]Azərbaycanda təbii ehtiyatı çox deyildir.
Bioloji xüsusiyyətləri:
[redaktə | mənbəni redaktə et]Kütyarpaq püstə təbiətdə 5–12 m hündürlüyü olan bir ağac növüdür. Gövdəsinin üzəri bozumtul qabıqla örtülmüşdür. Bitkinin yaşlı budaqlarının rəngi bozumtul, cavan zoğlarının rəngi isə qırmızımtıl olur. Bitkinin yarpaqcıqları yumurtaşəkilli olub, küt ucludur, bə¬zən azca sivri ucu olan yarpaqcıqlara da rast gəlmək mümkündür. Yarpaqları tək lələkvaridir. Yarpaqları 3-7 yarpaqcıqdan əmələ gəlmişdir. Yarpaqcıqları tam kənarlı, üst hissəsi tünd, alt hissəsi açıqyaşıl rəngdədir. İkievli bitkidir – erkək və dişi çiçəkləri yarpaq qoltuqlarında süpürgəşəkilli çiçək qrupunda yerləşir. Meyvəsi 4-6 sm uzunluğunda, 3-4 sm enində olur. Dəniz səviyyəsindən 700–1500 m yüksəkliklərə qədər yayıla bilir.
Çoxalması:
[redaktə | mənbəni redaktə et]Təbiətdə generativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri:
[redaktə | mənbəni redaktə et]Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi:
[redaktə | mənbəni redaktə et]Park və bağlarda tək-tək rast gəlinir.
Qəbul edilmiş qoruma tədbirləri:
[redaktə | mənbəni redaktə et]Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş və Milli Park və Dövlət qoruqlarında qorunur.
Zəruri qoruma tədbirləri:
[redaktə | mənbəni redaktə et]Yeni mühafizə sahələrinin yaradılması zəruridir.
Qısa morfoloji təsviri
[redaktə | mənbəni redaktə et]15 m-ə qədər hündürlüyündə, kürəvari çətirli ağacdır. Yarpağı mürəkkəb təklələkvari, yarpaqcıqları yumurtavari, oturaq, küt və ya ucdan azacıq sivriləşmiş, tamkənarlı, üstdən tünd-yaşıl parlaq, alt hissədən açıq rənglidir. İkievlidir, çiçəkləməsi yarpaqlamadan qabaqdır. Çiçəkləri sıx süpürəvari çiçək qrupunda yerləşir, xırda və tutqundur. Erkək çiçək qrupu daha sıx və sallaq olur. Meyvələri quru çəyirdək olub, tərs-yumurtavari formalı, yaşıldır, üstü sıx, bənövşəyi, qırmızı örtüklüdür. Meyvələri sallaq süpürgələrdə xeyli qaır.[1][2][3][4]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Aprel ayında çiçəkləyir, meyvələri avqust-sentyabr aylarında yetişir. Toxumları və kötük pöhrələri ilə artır. Quraqlığa davamlı, işıqsevən və torpağa tələbkar bitkidir. Quru dağ yamaclarının meşələşdirilməsində və düzən rayonlarında qoruyucu meşə zolaqlarının salınmasında istifadə oluna bilən bitkidir.[1][2][3][4]
Yayılması
[redaktə | mənbəni redaktə et]Kür-Araz ovalığı və Xəzəryanı ovalıqda, Böyük Qafqazın Quba hissəsi, Kiçik Qafqazın bütün rayonları, Qobutan, Kür və Naxçıvan düzənliyi, Bozqır yaylası, Naxçıvanın dağlıq hissəsi.[1][1][2][3]
Sayı və tendensiyası
[redaktə | mənbəni redaktə et]Populyasiyanın təbii bərpasının ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur, azalma tendensiyasına meyillidir.[1][2]
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]Ağacların qırılması və mal-qara tərəfindən otarılması.[1][2]
Mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Türyançay Dövlət Təbiət Qoruğunda mühafizə olunur. Qarabağ düzünün Sultanbud təpəsi ətrafında olan seyrək püstə meşəsinin yasaqlıq kimi mehafizəsinə ehtiyac vardır.[1][2]
Məlumat mənbəsi
[redaktə | mənbəni redaktə et]- Tofiq Məmmədov. Azərbaycan dendroflorası. II cild. Bakı: Səda, 2015.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Деревья и кустарники СССР. Т.4. 1958.;
- Флора Азербайджана. т.6.1955;
- Azəraycanın ağac və kolları. III cild. 1970;
- Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008;
- Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektrı.2008;
- Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in sutu və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011
- Naxçıvan MR-ın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması.2011
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
- ↑ 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
- ↑ 1 2 3 Azərbaycanın ağac və kolları, 1970
- ↑ 1 2 Səfərov İ.S., Əsədov K.S., 1984