Kərbəla döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kərbəla döyüşü
Kərbəla döyüşünün təsvir olunduğu tablo.
(Bruklin muzeyi)
Tarix 10 oktyabr 680-cı il (Hicri: 10 Məhərrəm 61)
Yeri Kərbəla, bugünkü İraq
Nəticəsi İmam Hüseyn ibn Əlinin şəhid edilməsi və Haşimilərin qalib gəlməsi
Münaqişə tərəfləri

Əməvilər

Haşimilər

Komandan(lar)

Ubeydullah ibn Ziyad
Ömər bin Səd
Şimr ibn Zilcövşən
Hürr Riyahi (tərəf dəyişdirdi)

Hüseyn ibn Əli
Abbas ibn Əli
Həbib ibn Məzahir
Züheyr ibn Qain

Tərəflərin qüvvəsi

6000-30,000[1] nəfər

72-145 nəfər

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kərbəla döyüşü və ya Kərbəla hadisəsi10 oktyabr 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş. Bu döyüş İslam aləmində, xüsusən ŞiəƏləvilikdə böyük önəm daşıyır. Məhəmmədin qızı Fatimənin Əli bin Əbu Talibdən olan oğlu Hüseynin öldürülməsi Şiə ölkələrində hər il Aşura günü adı ilə qeyd olunur.

Münasibətlərin gərginləşməsi

[redaktə | mənbəni redaktə et]

Məhəmməd peyğəmbərin 632-ci ildə vəfat etməsindən sonra xilafətin kim tərəfindən idarə olunması məsələsi yarandı. Müsəlmanların bir qismi ilk əvvəl Əbu Bəkr xəlifə təyin olunmasını istəyirdilər. Bu səbəbdən Səqifədə Əbu Bəkr Məhəmməd peyğəmbərdən sonra xəlifə təyin edilir. Əbu Bəkrin ardından Ömər ibn Xəttab, Osman ibn Əffan və sonda Əli bin Əbu Talib xəlifə seçilmişdir. Şiə müsəlmanları İmam Əli bin Əbu Talibin Məhəmməd peyğəmbərə hər halda daha yaxın olmasını, uşaqlıqda onun evində böyüməsini və həmçinin Qədir-Xum hadisəsini əsas gətirərək, ilk xəlifənin İmam Əli olmasını tələb edirdilər. Digər bir qrup müsəlman isə Əlinin xəlifə təyin edilməsinə qarşı çıxırdı. Ona qarşı səsləndirilən əsas fikirlərdən biri Əli bin Əbu Talib xəlifə təyin olunana qədər özündən əvvəlki digər üç xəlifədən fərqli olaraq, heç bir döyüşdə iştirak etməməsi və öz üsulu ilə Xilafəti idarə etməsi idi. Bununla onun özündən əvvəlki xəlifələri inkar etdiyi iddia olunurdu. Osman ibn Əffan 656-cı ildə öldürüldükdən sonra Əli bin Əbu Talib xəlifə təyin olundu. Osman ibn Əffanın tərəfdarları bunu tələsik addım hesab edərək, Əffanın qatilləri tapılmayana qədər Əli bin Əbu Talibin xəlifəliyini qəbul etməyəcəklərini açıqladılar. Bununla da İslam dünyasında ilk fikir ayrılığının əsas qoyuldu. Xilafətdə iki böyük siyasi güc formalaşmışdı. Bir tərəfdə Əli bin Əbu Talibin digər tərəfdə isə Əməvilərin nümayəndələri bir-birlərinə qarşı mübarizə aparırdılar. Əli bin Əbu Talib 661-ci ildə Xaricilərdən olan Əbdülrəhman ibn Mülcəm Muradinin sui-qəsdi nəticəsində şəhid edildi. Oğlu İmam Həsən ibn Əli Muctəba Xilafətdə 6 ay müddətində Xəlifə qaldıqdan sonra, daxili çəkişmələr səbəbindən məcburi sülh yolu ilə hakimiyyəti xəlifələrin qatı düşməni olan I Müaviyəyə təhvil verməli oldu.

I Müaviyə hakimiyyətdə olduğu müddətdə, Həsən ibn Əli ilə bağladığı sülhün şərtlərini pozaraq hakimiyyətdə olduğu müddətdə özündən sonra oğlu I Yezidin xəlifə təyin olunması çalışırdı. Tərəfdarlarına özündən sonra oğluna itaət etmələri barədə göstərişlər verirdi. 680-cı ildə I Müaviyənin vəfatından sonra I Yezid xəlifə təyin olundu. I Yezid xəlifə təyin olunan kimi Mədinə şəhərinin valisinə məktub göndərdi. Məktubda Yezid şəhər valisinin İmam Hüseynə deyil, ona tabe olmasın tələb edirdi. Əks halda, valini öldürməklə hədələyirdi. Vəziyyətin gərgin olduğu bu dövrlərdə İmam Hüseyn KufəMədinə əhalisindən onu dəstəklədilərini bildirən məktublar alırdı. İmam Hüseyn Kufədə onu böyük bir kütlənin dəstəklədiyini və hakimiyyəti ələ keçirəcəyi halda, xalqın tam dəstəyinə sahib olaçağını düşünürdü. I Yezid dini sülalədən olmadığını və xalqın kimi dəstəklədiyni yaxşı anlayırdı. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə birlikdə Kufə istiqamətində yola çıxdı. Hədəfi İslam dünyasının xəlifəsi seçilmək və xilafəti düzgün şəkildə idarə etmək idi. İmam Hüseyn 72 nəfər tərəfdarı ilə irəliləyərkən I Yezidin 4.500 Və ya 30,000[1] nəfərlik ağır silahlarla silahlanmışdı qoşunu ilə qarşılaşdı. Tərəflər arasında yaşanan döyüşdə İmam Hüseyn başda olmaqla 72 nəfər şəhid edildi. İmam Hüseynin sağ qalan ailə üzvüləri və tərəfdarları isə əsir alındı.

ŞiəƏləvilik məzhəblərində bu hadisə böyük önəmə sahibdir. Şiəliyə görə Əli bin Əbu Talibdən sonra İmam Həsən sonra isə İmam Hüseyn xəlifə təyin olunmalı və ona hörmət göstərilməli idi. Şiəlikdə İmam Hüseynin özü və ailə üzvülərinin şəhid edilməsi hər ilk keçirilən müxtəlif mərasimlərdə xatırlanır. Bu mərasimlərdən ən mühümü isə Məhərrəm ayının 10-u keçirilən Aşura günüdür. Sünni məzhəbində Kərbəla döyüşündə şəhid olan şəxslər üçün dini tədbirlər keçirlmir. Ancaq, Sünnilikdə İmam Hüseynin öldürülməsi lənətlənir. Sünni mənbələrində İmam Hüseyn Məhəmməd peyğəmbərin nəvəsi və IV xəlifə Əli bin Əbu Talibin sevilmli oğlu kimi göstərilir. Onun I Yezid tərəfindən amansız şəkildə şəhid edilməsi, İslam qaydalarına zidd olduğu vurğulanır. İslam dinində olan məzhəblərin hamısında, Kərbəla hadisələrinə toxunulur. Bütün məzhəblər peyğəmbər nəslindən olan İmam Hüseynin şəhid edilməsini böyük günah hesab edilir.

Şiə mənbələrində Kərbəla hadisəsi

[redaktə | mənbəni redaktə et]
Osmanlı miniatür sənətində Kərbəla yaxınlığında döyüşdən bir gün əvvəlki vəziyyətin təsviri.

Kərbəla hadisəsi İslamda olan məzhəblər tərəfindən eyni formada şərh edilmir. Bütün məzhəblər baş vermiş hadisələrin böyük günah olduğunu hesab etsə də, heç də hamısı, Kərbəla ilə bağlı müxtəlif dini tədbirlər təşkil etmirlər. ŞiəSünni mənbələrində Kərbəla hadisələri şərh edilərkən, müxtəlif fikirlər göstərilir. Şiə mənbələrinə görə Məhəmməd peyğəmbər özündən sonra Əli bin Əbu Talibin daha sonra isə onun oğullarından birinin xəlifə olmasını istəyirdi. Lakin Əməvilərin təzyiqi nəticəsində I Müaviyə xəlifə seçildi. I Müaviyənin ölümündən sonra, ədaləti bərpa etmək üçün yeni bir şans yarandı. I Müaviyənin oğlu I Yezid İmam Hüseyn xəlifə seçilməsindən qorxurdu. Xalqın Hüseyni dəstəkləməsi və müxtəlif qəbilə başçılarından dəstək məktubları alması, Yezidin şübhələrini daha da artırdı. Bu məqsədlə I Yezid İmam Hüseynin yanına elçi göndərir.

Elçi Hüseynə I Yezidə tabe olmağı məsləhət görür. Əvəzində isə rədd cavabı alır. Şiə məzhəbində Hüseynin I Yezid təklifinin rədd etməsi, tam düzgün addım kimi göstərilir. Daha sonra Hüseyn Mədinə şəhərindən Məkkə şəhərinə Həcc ziyarətinə çıxır.

I Yezid Kufə əhalisinin Hüseyni dəstəklədiyni bilirdi. VII əsrdə Kufə şəhərində Şiə məzhəbindən olan Müsəlmanlar yaşayırdı. Kufə yarana biləcək etiraz dalğasını öncədən yatırmaq və öz mövqeylərini gücləndirmək məqsədi ilə I Yezid Übeydullah ibn Ziyadı şəhər valisi təyin etdi. Digər bir addım ilə isə şəhərə tam silahlanmış ordu göndərdi. Kufə əhalisinin döyüşə hazır olduğunu görən Ubeydullah bin Ziyad xalqın döyüşməkdənsə itaət etməyə dəvət etdi.

Məhərrəm ayının 10-cu günü baş vermiş Kərbəla döyüşünün təsvir olunduğu rəsm. Rəsmdə Hüseyn və tərəfdarlarının üç istiqamətdən mühasirəyə alındığı görünür.

I Yezid vali təyin etdiyi Ubeydullah bin Ziyadı 30 minlik qoşunla Hüseynin üzərinə göndərdi. Hüseynin tərəfdarlarının düşərgəsi xilafət qoşunu tərəfindən mühasirəyə alınmışdı. İlk öncə Ubeydullah bin Ziyad danışıqlara başlamağı əmr etdi. Hüseynin danışıqlar zamanı mühasirənin qaldırılmasını və ailəsinin İraqdan çıxmasına şərait yaradılmasını istədi. Ordu başçısı Ömər bin Səd təkliflərini qəbul etdi və xəlifəliyə vəziyyətlə bağlı məlumat verdi. Təklif İbn Ziyadın xoşuna gəldi. Hüseynin ailəsinin və tərəfdarlarının İraqdan çıxarılması ilə Əməvilərin xəlifəliynə olan təhlükə aradan qalxırdı. Ancaq Əməvilərdən olan və xilafətin idarə edilməsində böyük rola sahib olan Şimir bin Zil-Çevşan, Behtari bin Rabia və Şeys bin Rabia bu təklifə qarşı çıxdılar. Onlar Hüseynin bununla vaxt qazandığını əgər İraqdan ayrılaçağı halda daha böyük bir tərəfdarla onların üzərlərinə gələcəklərini bildirdilər.

Məhərrəm ayının 7-ci günündə Ömər bin Səd mühasirədə saxlanılan ərazinin daha da kiçildilməsinə və düşərgəyə gedən su yollarının kəsilməsinə göstəriş verdi. Məhərrəm ayının 9-cu günündə düşərgənin su ehtiyatı tamam tükəndi və susluq problemi yarandı. Hüseynin qarşısında iki yol vardı ya I Yezidin vahid hakimiyyətini qəbul etməli ya da tərəfdarları ilə birlikdə şəhid olmalı idi. Hüseynin tərəfdarları ilə birlikdə səhərə qədər ibadət etmək üçün Ömər bin Səddan bir gün daha vaxt istədi. Ömər bin Səd əvvəlcə razılaşmasada, sonradan bir gecə vaxtı verdi.

Hüseyn tərəfdarlarına təslim olmaq kimi bir fikrinin olmadığını və sonuna qədər döyüşəcəklərini bildirdi. Saylarının düşmənə görə çox az olması səbəbindən qalib gəlmələrinin mümkünsüz olduğunu bildiyi üçün tərəfdarlarına gecə ibadəti zamanı istəyənin qaçmaqda sərbəst olduğunu bildirdi. Ancaq heç bir tərəfdar, qaçmadı və səhərə qədər ibadət etdilər.

Döyüşün başlanması

[redaktə | mənbəni redaktə et]

İbadətin səhəri günü Hüseynin tərəfdarlarından bir neçə nəfər, xilafət ordusunun əsgərləri ilə söhbət etməyə başladılar. Onlar əsgərlərə eyni dindən olduqlarını və qardaş qanı tökülməsin deyə döyüşməmələrini istədilər. Hüseyn özüdə əsgərlər qarşısında uzun çıxış etdi. Tarixi mənbələrdə göstərilir ki, bu çıxışın təsirindən xilafət ordusunun məşhur sərkərdəsi Hür, imamın tərəfdarlarına qoşulmuşdu. Ömər bin Səd Hürün qarşı tərəfə keçməsindən ehtiyatlandı. Danışıqların davam edəcəyi halda, xilafət ordusunun bir çox sərkərdəsinin oxşar addımı atması emtimal olunurdu. Bu səbəbdən danışıqlar yarımçıq dayandırıldı və Ömər bin Səd ilk oxun atılması göstərişini verdi. Bununla da Kərbəla döyüşü başladı. Döyüş ilk əvvəl duel şəklində cərəyan edirdi.

Hüseynin ilk öncə Təmim bin Kahta ilə döyüşdü. Hüseyn qılıncla yaxşı döyüşürdü, Kahtanın peşəkar döyüşçü olmasına baxmayaraq onu qılınç zərbəsi ilə öldürdü. Növbəti döyüş məşhur ərəb sərkərdəsi Zeyd Ebtahi ilə baş tutdu və onu da qılıncla öldürdü. Hüseynin tərəfdarlarından ilk olaraq Hür, Həbib bin Məzahir döyüşmüşdür. Döyüşdə hər iki şəxs həlak oldu, daha sonra tərəfdarları arasında döyüşmək gücündə olan hər bir kəs xilafət ordusuna qarşı sona qədər döyüşdü. Ölənlər arasında Hüseynin oğlu Əli Əkbər, qardaşı Həsənin oğlu Qasım və sancaqdarı Abbas ibn Əli vardı. Mənbələrdə xilafət ordusunun verdiyi itkilər haqqında müxtəlif fikirlər vardır. Dəqiq say bilinməsədə, xilafətin də böyük itki verdiyi məlumdur.

Döyüş zamanı qadın və uşaqlar düşərgədə olan cadırlarda döyüşün bitməsini gözləyirdilər. Hüseynin oğlu İmam Zeynələbdin xəstə olduğundan cadırda idi. Başqa bir oğlu Əli Əsgər isə 6 aylıq idi və xilafət ordusu düşərgəyə gələn su arxını kəsdiyindən susuzluqdan əziyyət cəkirdi. Hüseyn körpəsini düşmən əsgərlərinin yanına gətirdi və onlardan körpəsi üçün su istədi. Əvəzində isə Ömər bin Sədın əmri ilə oxçu Hurmala bin Kahil körpəni ücşahəli oxla vuraraq öldürdü.

  • Kennedy, Hugh, The Armies of the Caliphs: Military and Society in the Early Islamic State, Routledge, 2001.
  • al-Muqarram, Abd al Razzaq, Maqtal al-Husayn, Martyrdom Epic of Imam al-Husayn, translated by Yasin T. Al-Jibouri, pub Al-Kharsan Foundation for Publications, originally published Qum, circa 1990. (al-Muqarram was born in 1899 and died in 1971—author's biography. This is a 20th-century book—see Islamic Historiography, by Chase F. Robinson, p. 35.)
  • Munson, Henry. İslam və Yaxın Şərqdə İnqilab. Yale Universiteti Mətbuatı. 1988. ISBN 9780300046045.
  1. 1 2 Munson, 1988. səh. 23