Kətəməz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kətəməz — yeni bala vermiş heyvandan sağılan ilk süddən bişirilmiş xörək[1].

Kətəməz bişirildikdən sonra adətən onun bir hissəsi qonşulara paylanır. Pay alan qonşular isə pay aldığı qaba imkan çatan hər hansı bir pay qoyur. Heç nəyə imkanı olmayan qonşular həmin qaba duz qoyub qaytararlar. Adət-ənənəyə görə qabı boş qaytarmaq olmaz.

Kətəməzi ağuz südü olmadıqda süni surətdə hazırlamaq olur. Bunun üçün hər bir litr südə bir yumurta vurmaqla hazırlamaq olur. Qeyd edək ki, süni kətəməzi qonşulara pay vermək münasib sayılmır[2].

  1. Azərbaycan dilinin izahlı lüğəti, Dörd cilddə. Şərq-Qərb Nəşriyyatı, Bakı 2006. II cild, səh. 698.
  2. Arif Mustafayev, Azərbaycanın maddi mədəniyyət tarixi. "Bakı Universiteti" nəşriyyatı, Bakı-2009, səh. 177.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]