Kastavey-Ki
Kastavey-Ki | |
---|---|
Castaway Cay | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Hündür nöqtəsi | 1,5 m |
Yerləşməsi | |
26°05′ şm. e. 77°32′ q. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kastavey-Ki (ing. Castaway Cay) — Baham adalarında özəl ada.[1] Adanın keçmiş adı Qorda-Ki olmuşdur.[2] Ada şimaldan cənuba 3.7 kilometr (2.3 mil) uzanır, maksimum eni 2.3 kilometr (1.4 mil), sahəsi təqribən 4 km2 qədərdir.[3] Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 8 metr (26 ft) hündürlükdədir. Okean gəmiləri üçün liman olan dünyada yeganə özəl adadır. Adada təyinatı üzrə istifadə olunmayan, ancaq "böyüklər üçün" limandan çimərliyə gedən yol kimi xidmət hava limanı var.[4] Velosiped və piyada yolları şəbəkəsi salınmışdır, turistlər dörd dayanacaqdan ibarət avtobus xətti ilə ada ətrafında hərəkət edə bilər.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ada haqqında ilk qeydlər XVIII əsrin əvvəllərinə təsadüf edir. Ada o dövrün dəniz ticarət yollarının şimalında yerləşir. Tarixçilər güman edirlər ki, ada bu səbəbdən dəniz quldurları tərəfindən ziyarət edilmişdir. 1950-ci illərdə Nassaudan olan iki xəzinə ovçusu bunu sübut etmək qərarına gəlmiş və adaya getmişdir. Onlar dayazlıqda üç köhnə sikkə və təxminən 33 kiloqram ağırlığında gümüş külçə tapmışdılar. Alimlər güman edirlər ki, bu, 1733-cü ildə yaxınlıqda qəzaya uğrayan "San-Pedro" gəmisinin daşıdığı xəzinənin bir hissəsidir.
XX əsrdə Baham adaları hökumətindən torpaq icarəyə götürən fermerlər adada mövsümi olaraq yaşayırdılar və adanın cənub sahilində kiçik bir qəsəbə qurmuşdular. Adanın torpağının münbit və demək olar ki, daşsız olması, respublikanın əksər adaları kimi uzun və ensiz olmaması, nisbətən düzbucaqlı olması fermerləri buraya cəlb edirdi.
1997-ci ildə ada 99 il müddətinə "The Walt Disney Company" şirkətinə icarəyə verilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Castaway Cay — Disney’s Private Island Arxivləşdirilib 2016-03-23 at the Wayback Machine (ing.) на сайте dreamsunlimitedtravel.com
- ↑ "Castaway Cay, Disney's Private Island in the Bahamas". 2016-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-26. (ing.) на сайте cruisecheap.com
- ↑ Деуэйн Бевил. Disney Cruise Line to expand fleet, Castaway Cay island features Arxivləşdirilib 2016-04-09 at the Wayback Machine (ing.) на сайте latimes.com, 31 августа 2009
- ↑ Airport Records: Castaway Cay Airport Arxivləşdirilib 2015-06-24 at the Wayback Machine (ing.) на сайте aerobaticsweb.org
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Disney Castaway CayArxivləşdirilib 2016-03-22 at the Wayback Machine (ing.) на сайте disneycruise.disney.go.com
- Disney’s Castaway CayArxivləşdirilib 2016-03-25 at the Wayback Machine (ing.) на сайте wishuponastarwithus.com