Kaymanlar
Kaymanlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kaymanlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Kaymanlar (lat. Caiman) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə daxil olan cins. Bunlar kiçik alliqatorlardır — bütün növlər yalnız 1,5–2 metr uzunluğa çatır və orta hesabla 6 ilə 40 kq arasındadır. İspan dilindən tərcümədə "kayman" timsah mənasını verir. Bu heyvanlar qara kaymalar (Melanosuchus) və hamaralın kaymalar (Paleosuchus) ilə qarışdırılmamalıdır.
Görünüşü
[redaktə | mənbəni redaktə et]Kaymanlar morfologiyasına görə alliqatorlara bənzəyir, ancaq qarın nahiyəsində osteodermalar kimi tanınan sümük lövhələrinin olması ilə fərqlənir. Enlisifət və eynəkli kaymalar burun körpüsündən gözlərin altından keçən sümüklü bir silsilənin olması ilə xarakterizə olunur. Enlisifət kayman cinsin ən böyük növüdür, maksimum uzunluğu 3,5 metrə qədər, kütləsi isə 200 kq-a çatır. Eynəkli və paraqvay kaymanları təxminən 2,5 m uzunluğa çatır və 60 kq-a qədər çəki verir. Orta hesabla bütün bu növlərin nümayəndələri nəzərəçarpacaq dərəcədə kiçikdir, uzunluğu 2 metrdən azdır. Erkəklər əsasən dişilərdən daha böyükdür.
Davranış
[redaktə | mənbəni redaktə et]Kaymanlar vaxtlarının çox hissəsini meşədən keçən çayların və bulaqların palçıqlı sahillərində oturaraq keçirirlər. Quru mövsümdə, ətrafdakı sular sürətlə quruduğundan çox sayda kaymanın kiçik göllərdə toplana bilir. Çoxu ətrafı ilə birləşərək palçıq içində yaşayır.
Qidalanması və ovçuluq
[redaktə | mənbəni redaktə et]Kaymanlar yırtıcıdır. Lakin adətən kifayət qədər böyük ölçüyə çatdıqları təqdirdə belə insanlara və nisbətən böyük heyvanlara hücum etmirlər. Əsl timsahlardan və ya eyni ölçülü digər timsahlardan daha zəif, sakit və daha qorxacaqdırlar. Enlisifət kaymanların itləri[2] və kapibaraları[3] ovlaya bildiyi bilinsə də, eynəkli kaymanların özünümüdafiə zamanı beş metrlik anakondanın kəllə sümüyündən dişlədiyi belə məlumdur[4]. Kaymanların pəhrizi böyük su onurğasızları, balıqlar, suda-quruda yaşayanlar, quşlar, kiçik məməlilər və sürünənlər üzərində qurulur. Enlisifət kaymanların ilbizlərə üstünlük verdikləri və tısbağaların qabıqlarını dişlədiyi bilinir. Paraqvay kaymalar isə piraniləri çox sayda yediyi məlumdur. Eynəkli və Paraqvay kaymalarının çənələri tutmaqdansa tez şəkildə udmağa uyğunlaşmışdır. Enlisifət kaymanın çənələri və küt dişləri qatı qidanı yeməyə çox uyğundur. Kaymanın ağzı nəhəng və güclüdür. 74 dən 84 qədər dişi vardır. Kaymanlar yırtıcıları uzaqdan müşahidə edə, daha sonra suyun altına dalaraq daha böyük alliqatorlar və timsahlar kimi suyun kənarında üzən quşa və ya məməliyə hücum edə bilər. Gənc kaymanlar müxtəlif həşəratlar və kiçik balıqlarla qidalanır.
Çoxalma
[redaktə | mənbəni redaktə et]Kayman yuvası bitki örtüyü və palçıqdan ibarətdir. Dişi içərisində yumurta qoyduğu yuvanı qoruyur. Hətta lazım gəlsə belə yaquara belə hücum edə bilir. Balalar çıxarkən təxminən 23 sm uzunluqda olur. Onlar ömrünün ilk ilində 60 sm-ə qədər böyüyürlər. Valideynlərinin miniatür versiyalarına bənzəyirlər, lakin nisbətən daha qısa sümükləri və daha böyük gözləri var.
Düşmənləri
[redaktə | mənbəni redaktə et]Kaymanlar özləri yaquar, Braziliya susamuru və böyük anakondaların qidası rolunu oynayır, lakin əsas təbii düşmənləri bu növlərin təbiətdə bir-biri ilə kəsişdiyi yerlərdə əsl timsahlar və qara kaymanlardır[5]. Kaymanlar quruda kifayət qədər yüksək sürətlə hərəkət edə bilir, bir təhlükə anında qarşılıq verə və ya suya çəkilə bilir. Gənc fərdlər aktiv bir müdafiəyə başlamazdan əvvəl ölçülərini vizual olaraq artırmaq üçün özlərini nəzərəçarpacaq dərəcədə "şişirə" bilərlər.
Yayılması və yaşayış yerləri
[redaktə | mənbəni redaktə et]Bu cins Mərkəzi və Cənubi Amerikada yayqındır. Eynəkli kayman Mərkəzi Amerikada və Cənubi Amerikanın şimal hissələrində dəniz səviyyəsindən 800 m yüksəklikdə yaşayır. Adətən şirin suda yaşayır, bataqlıqlara və yavaş irəliləyən çaylara üstünlük verir. Lakin zaman-zaman çayların duzlu sularını ziyarət edir. Eynəkli kayman Kuba, Puerto-Riko və Floridada intreduksiya edilmişdir[6]. Paraqvay kaymanı Cənubi Amerikanın cənub hissəsində, xüsusən də Paraqvay çayının daşması ilə mövsümi olaraq su altında qalan, dünyanın ən böyük bataqlıqlaşmış tropik ərazisi olan Pantanal bölgəsində yayılmışdır. Enlisifət qayman Mərkəzi və Şərqi Cənubi Amerikada yayılmışdır. Arealı Braziliya, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimal-şərqini, Parana, Paraqvay və Uruqvay çaylarının bəzi hissələrini əhatə edir. Dəniz səviyyəsindən 600 m-ə qədər yüksəkliklərdə yaşaya bilirlər[7].
Təsnifat
[redaktə | mənbəni redaktə et]Növləri
[redaktə | mənbəni redaktə et]Image | elmi adı | adı | yayılması |
---|---|---|---|
Caiman yacare | Paraqvay kaymanı | Şimal-şərqi Argentina, Uruqvay, Perunun cənub-şərqi, Boliviyanın şərqi, Braziliyanın mərkəzi, cənub-qərb hissəsi və Paraqvay çayı hövzəsi. | |
Caiman crocodilus | Eynəkli kayman | Mərkəzi və Cənubi Amerika | |
Caiman latirostris | Eynəkli kayman | Braziliya, Şimali Argentina, Uruqvay, Paraqvay və Boliviya |
Nəslikəsilmiş növləri
[redaktə | mənbəni redaktə et]- †Caiman australis Bravard 1858[8]
- †Caiman brevirostris Souza Filho 1987[9]
- †Caiman gasparinae Bona & Carabajal 2013[10]
- †Caiman niteroiensis Souza et al. 1991[11]
- †Caiman paranensis Scalabrini 1887[12]
- †Caiman praecursor Rusconi 1933[13]
- †Caiman venezuelensis Fortier & Rincón 2013[14]
- †Caiman wannlangstoni Salas Gismondi et al. 2015[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2012.
- ↑ "Широкомордый кайман (Caiman latirostris) - Энциклопедия Брема - Поводок". www.povodok.ru. 2016-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
- ↑ "Na Lagoa Maior de Três Lagoas, jacaré ataca capivara e garante a refeição do dia" (portuqal). Perfil News - Notícias de Três Lagoas e região. 2016-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
- ↑ Rivas, Jesús Antonio (2000). The life history of the green anaconda ( Arxivləşdirilib 2016-03-03 at the Wayback MachineEunectes murinus), with emphasis on its reproductive Biology Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (PDF) (Ph. D. thesis). University of Tennessee.
- ↑ Ruchira Somaweera, Matthewbrien, Andrichard Shine The role of predation in shaping crocodilian natural history. — Dec 25, 2013.
- ↑ "Caiman crocodilus (Common caiman, Spectacled caiman)". Animal Diversity Web. 2016-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-30.
- ↑ Verdade, Luciano M.; Larriera, Alejandro; Piña, Carlos I. "Broad-snouted Caiman: Caiman latirostris" Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine (PDF). IUCN. Retrieved 2015–09-08.
- ↑ Caiman australis Arxivləşdirilib 2021-04-30 at the Wayback Machine at Fossilworks.org
- ↑ Caiman brevirostris Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine at Fossilworks.org
- ↑ Caiman gasparinae Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine at Fossilworks.org
- ↑ Niteroi Arxivləşdirilib 2018-06-27 at the Wayback Machine at Fossilworks.org
- ↑ Caiman paranensis Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine at Fossilworks.org
- ↑ Caiman praecursor Arxivləşdirilib 2021-05-01 at the Wayback Machine at Fossilworks.org
- ↑ Costa Fortiera y Ascanio Daniel Rincón, Daniel. "Pleistocene crocodylians from Venezuela, and the description of a new species of Caiman". Quaternary International. 305. 2012: 141–148. doi:10.1016/j.quaint.2012.03.018.
- ↑ Rodolfo Salas-Gismondi; John J. Flynn; Patrice Baby; Julia V. Tejada-Lara; Frank P. Wesselingh; Pierre-Olivier Antoine. "A Miocene hyperdiverse crocodylian community reveals peculiar trophic dynamics in proto-Amazonian mega-wetlands". Proceedings of the Royal Society B: Biological Sciences. 282 (1804). 2015: 20142490. doi:10.1098/rspb.2014.2490. PMC 4375856. PMID 25716785.