37°56′20″ şm. e. 27°20′26″ ş. u.HGYO

Kelsus Kitabxanası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kelsus Kitabxanası
Xəritə
37°56′20″ şm. e. 27°20′26″ ş. u.HGYO
Ölkə  Türkiyə
Şəhər Efes, İzmir ili
Yerləşir Səlcuq[1]
Aidiyyatı Qədim Roma imperiyası
Tikilmə tarixi 135
Üslubu arxeoloji abidə
Kelsus Kitabxanası (Türkiyə)
Kelsus Kitabxanası
Abidənin planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Efes Kelsus KitabxanasıEfes antik şəhərində yerləşən antik kitabxana. Roma İmperiyası dövründə 110–135-ci illərdə inşa olunan kitabxana iki mərtəbədən ibarətdir. Efes Kelsus Kitabxanasında 14 minə qədər kitabın saxlanıldığı ehtimal olunur. Kitabxana uzun müddət Efes şəhərində yaşayan əhali üçün fəaliyyət göstərmişdir. Efes Kelsus Kitabxanasında bəzi mühüm kitablar kitabxananın divarında oyulmuş rəflərdə saxlanılırdı. III əsrdə baş vermiş zəlzələ nəticəsində kitabxananın oxuzalı yanmış, lakin daha sonra təmir edilmişdir. Orta əsrlərdə baş vermiş zəlzələ nəticəsində kitabxana dağılmış və yararsız vəziyyətə düşmüşdür.

Efes Kelsus Kitabxanası oğul Kelsus tərəfindən Asiya bölgəsinin rəhbəri olan atası K. Kelsusun şərəfinə 135-ci ildə inşa edilmişdir. Kitabxananın girişinə ədaləti və düzgünlüyü göstərən dörd ədəd heykəl yerləşdirilmişdir. Kitabxananın şimal hissəsində divar yazıları latın, cənub hissəsində ki, divar yazıları isə yunan dilində yazılmışdır və hər iki yazı Kelsus və oğıu Aqulianın həyatları və fəaliyyətləri haqqındadır. Kelsus kitabxananın zirzəmisində dəfn olunmuşdur.

  1. ArchINFORM (alm.). 1994.