Keyt Miller-Haydki

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Keyt Miller-Haydki
ing. Kate Miller-Heidke
Keyt Miller-Haydki 2011-ci ildə
Keyt Miller-Haydki 2011-ci ildə
Ümumi məlumatlar
Doğum adı Keyt Miller-Haydki
ing. Kate Miller-Heidke
Doğum tarixi (43 yaş)
Doğum yeri Brisben, Kvinslend, Avstraliya
Vətəndaşlığı  Avstraliya
Milliyyəti Avstraliya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, aktrisa
Fəaliyyət illəri 2000–h.h.
Janrlar
Musiqi alətləri vokal, gitara, klavişli musiqi alətləri
Səs tembri soprano
Albom şirkətləri Waterbear Records, Sony BMG, Epic US, RCA UK
Əlaqələri Transport, Elsewhere
katemillerheidke.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keyt Miller-Haydki (ing. Kate Miller-Heidke; d. 16 noyabr 1981, Brisben, Kvinslend, Avstraliya) — Avstraliya müğənnisi, bəstəkar və aktrisası. Klassika üslubunda təhsil almasına baxmayaraq, Keyt öz karyerasını pop musiqisi ilə davam etmişdir. O, "Zero Gravity" mahnısı ilə Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1]

Keyt Miller-Haydki 16 noyabr 1981-ci ildə Avstraliyanın Kvinslend vilayətinin paytaxtı Brisben şəhərində anadan olmuşdur. O, 1998-ci ildə Müqəddəs Aydanın Anqlikan qızları məktəbinin məzunu olmuşdur. Daha sonra isə Keyt Kvinslend Musiqi Konservatoriyasına daxil olmuş, orada klassika üzrə təhsil alaraq konservatoriyanı bakalavr dərəcəsi ilə bitirmişdir. O, eyni zamanda Kvinslend Texnologiya Universitetində musiqi təhsili almışdır. Klassika üslubunda ifa edən müğənni kimi Keyt bir neçə mükafata layiq görülmüşdür: "Elizabet Muir" mükafatı (2000), "Donald Penman" mükafatı (2001), "Linda Edit Allen Memorial" mükafatı (2002) və "Horas Kits" mükafatı (2002). O, konservatoriyada ikən Cəhənnəmdə Orfey (2000), Venus və Adonis (2002) və Pilqrimin irəliləyişi (2002) operalarını ifa etmişdir. Keyt eyni zamanda Kvinslend operasında bir neçə dəfə çıxış etmişdir. O, ilk dəfə peşəkar opera sənətçisi kimi Brettanın Pisliyin dönüşü operasında Flora rolunda yer almışdır.

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2000-2005: Karyeranın başlanğıcı, Elsewhere və mini-albomlar

[redaktə | mənbəni redaktə et]

2002-ci ildə solo fəaliyyətinə başlamazdan əvvəl Keyt bir neçə musiqi qrupunun üzvü olmuşdur. O, 2000-ci ildə Brisbendə yaranan Elsewhere qrupunun vokalisti və eyni zamanda bəstəkarı olmuşdur. Qrupun parçalanmazdan öncə bütün mahnılarının yer aldığı mini-albomu buraxılmışdır.

Keyt Miller-Haydki 2002, 2004 və 2005-ci illərdə Women In Voice adlı dini mərasimdə Pörli Blek, Marqret RoadNayt, Cenni Morris və Krissi Amflett kimi ifaçılarla bir səhnəni paylaşmışdır. Bundan sonra Brisbendə tanınmağa başlayan Keyt 2005-ci ildə Women In Voice mərasimindəki çıxışına görə Helphmann mükafatına layiq görülmüşdür.[2]

2004-cü ilin iyul ayında Keyt özünün və hal-hazırkı həyat yoldaşı Keir Nuttall ilə birlikdə bəstələdiyi mahnıların yer aldığı Telegram adlı mini-albomunu buraxmışdır. 2005-ci ildə isə onun Comikaze adlı ikinci mini-albomu satışa buraxılmışdır.

2006-cı ildə Debora Konvoy Miller-Haydkini Broad Festival proektinə dəvət etmişdir. Proektdə Keyt və Debora ilə yanaşı Melinda Şnayder, Mia Dayson və Ella Huper yer almışdır.[3]

Daha sonra Keyt Opera Avstraliyada Qilbert və Sallivan nəğmələri ilə çıxış etmişdir. Telegram albomunda yer alan "Space They Cannot Touch" mahnısının Avstraliyada hitə dönüşməsinin ardınca ifaçı klassikanı geridə buraxaraq, pop musiqisi ilə məşğul olmağa başlamışdır. Onun mahnıları radiolarda səslənməyə başlamış və Keyt minlərlə fanat qazanmışdır. Bunun ardınca ifaçı bir albom şirkəti ilə müqavilə əldə etmiş və Lean de Souza onun ilk meneceri olmuşdur. Keyt öz qrupu ilə birlikdə Avstraliyada konsert proqramları ilə çıxış etmişdir.

Avstraliyada turlarla yanaşı Keyt Vudford festivallarında çıxış etmiş və bir çox televiziya proqramlarında qonaq olmuşdur.

2006–2007: Circular BreathingLittle Eve

[redaktə | mənbəni redaktə et]

Sony Avstraliya leybl şirkəti ilə müqavilə imzaladıqdan sonra Keytin 2006-cı ildə Circular Breathing adlı üçüncü mini-albomu satışa buraxılmışdır. 2007-ci ilin iyul ayında isə müğənninin debüt studio albomu olan Little Eve işıq üzü görmüşdür.

2008–2010: Curiouser albomu

[redaktə | mənbəni redaktə et]
Keyt Miller-Haydki 2009-cu ildə

2008-ci ilin oktyabr ayında Keyt Miller-Haydkinin ikinci studio albomu olan Curiouser təqdim olunmuşdur. Los-Ancelesdə yazdırılan albom üzərində Keyt yoldaşı Nuttall ilə birlikdə çalışmış və albomda yer alan mahnıların bir çoxu iki aylıq müddətdə hazırlanmışdır. Albomun birinci mahnısı “Can't Shake It” Avstraliya hit-paradlarında 38-ci yerdə debüt etmiş və Keytin top 40-a daxil olan ilk sinqlı olmuşdur. Curiouser Avstraliyanın Top 50 albomlar siyahısında 8-ci yerdə debüt etmiş və 2-ci yerədək yüksələrək, ifaçının ilk Top 10-luğa daxil olan albomu olmuşdur.

2009-cu ilin aprel ayında Keyt Sidney Opera Teatrında baş tutan Jerry Springer: The Opera müziklındakı çıxışına görə tərifə layiq görülmüşdür. Bu çıxışının ardınca Keyt rejissor Tom Morrisdən Londonda baş tutacaq olan Con Adamsın Klinqhofferin ölümü operasında rol almasını təklif edir. İki aylıq məşqlərdən sonra o, 2012-ci ilin əvvəllərində iki həftə boyunca həmin operada səhnə almışdır. Keyt eyni rolda 2014-cü ilin oktyabr ayında Nyu-Yorkda, Metropoliten-operasında canlandırmışdır.[4][5][6]

2008-ci ildə Keyt Miller-Haydki və Keir Nuttall birlikdə bəstələdikləri "Caught in the Crowd" mahnısına görə Beynəlxalq bəstəkarlar müsabiqəsində mükafat olaraq 25,000 ABŞ dolları qazanmışdır. Onlar müsabiqədə mükafatı qazanan ilk avstraliyalılar olmuşdurlar. Həmin mahnı Curiouser albomunun ikinci sinqlı olmuş və Avstraliya hit-paradlarında 33-cü yerədək yüksələ bilmişdir.

Onun "The Last Day on Earth" adlı növbəti sinqlı hit-paradlarda ilk üçlüyə yüksəlməyə nail olmuş və Keytin ilk Top 10 sinqlı olmuşdur. Sinqlın qazandığı uğur sayəsində Curiouser yenidən Top 50-yə daxil ola bilmiş və üç həftə boyunca iTunes-da birinci olmuşdur.

Amerikalı müğənni və bəstəkar Ben Foldsun xüsusi qonağı kimi Keyt AmerikaAvropada konsertlərdə çıxış etmişdir. Folds Keytin fanatı olduğunu söyləmişdir. 2010-2011-ci illərdə Keyt Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı, Lilith Fair və s. kimi dünya festivallarında səhnə almışdır.

2011–2012: Fatty Gets a StylistNightflight

[redaktə | mənbəni redaktə et]
Keyt 2013-cü ildə

2011-ci ilin iyun ayında Keyt birlikdə fəaliyyət göstərdiyi Fatty Gets a Stylist qrupu ilə birlikdə eyni adlı studio albomunu təqdim etmişdir. Albomun birinci sinqlı “Are You Ready?” Nyu-York lotereyasının və Avstraliyanın Seven Network telekanalının reklam çarxında istifadə olunmuşdur.

Fatty Gets a Stylist albomu bir neçə ay ərzində Avstraliyada, Cənub şərqi Asiyada və Londonda Keytin və Nuttallın əməkdaşlığı nəticəsində hazırlanmışdır. Albom Avstraliyada 90-cı yerədək yüksələ bilmişdir.

13 aprel 2012-ci il tarixdə Miller-Haydkinin Nightflight adlı üçüncü studio albomu işıq üzü görmüşdür. Albom iTunes-da birinci, Avstraliyada albom siyahılarında isə ikinci yerə yüksəlməyə nail olmuşdur.

2013–hal-hazırda: O Vertigo! və aktrisalıq

[redaktə | mənbəni redaktə et]

2013-cü ildə Keytin "Ride this Feeling" mahnısı Brisben şəhər ittifaqının İqtisadi inkişaf bürosunun Brisben marketinq layihəsi üçün təşkil etdiyi "Brisbenə qonaq ol" reklam çarxında istifadə olunmuşdur. Həmin ilin aprel ayında o, İngiltərə milli operasında Mişel von der Aanın Batmış bağ operasında Ember rolunda çıxış etmişdir.

Keyt Miller-Haydki Avroviziya 2019 səhnəsində

2013-cü ilin sentyabr ayında Keyt Sony Music leybl şirkətini tərk etdiyini bildirmişdir. O, eyni zamanda O Vertigo! adlı dördüncü studio albomu üzərində çalışdığını açıqlamışdır. Miller-Haydki albomdan gələn qazancın Böyük Sədd rifinin qorunması üçün bağışlanacağını elan etmişdir. Nəticədə albom yüksək miqdarda gəlir əldə edə bilmişdir.[7]

2014-cü ildə Lindon Terraçini Opera Avstraliyanın Keytdən Con Marsenin uşaq kitabı olan Dovşanlar üçün opera yazmasını tapşırdığını bildirmişdir. Həmin opera ilk dəfə 2015-ci ildə Pert festivalında ifa olunmuşdur. Həmin ilin dekabrından etibarən Keyt Avstraliyanın ABC telekanalında yayımlanmağa başlayan Boşanma teleserialında rol almışdır.

O, 2017-ci ilin noyabrında tamaşaya qoyulan Mürielin toyu müziklı üçün mahnı bəstələmişdir. Daha sonra isə Keyt həyat yoldaşı Keir Nuttall ilə birlikdə Simon Filipsin On ikinci gecə tamaşasının mahnıları üçün musiqi yazmışdır.

2019: Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2019-cu ilin yanvar ayında Keyt Miller-Haydkinin Avstraliyanın Avroviziya 2019 üçün təşkil etdiyi milli seçim turunda iştirak edən on müğənnidən biri olduğu elan olunmuşdur. Fevralda baş tutan seçim turunda Keyt ifa etdiyi "Zero Gravity" mahnısı ilə ən çox səs toplayaraq, Avstraliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir. Keyt müsabiqə üçün aparılan uzun məşqlərdən sonra 14 may tarixində baş tutan yarımfinal mərhələsində 12-ci nömrə altında çıxış etmişdir. Nəticədə 261 xalla 1-ci yeri tutaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Keyt 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 284 xal toplayaraq, 9-cu yerdə qərarlaşmışdır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

2016-cı ildə Keyt Miller Haydki və həyat yoldaşı Keir Nuttallın Erni Edvard Miller Nuttall adlı ilk övladları dünyaya gəlmişdir.[8]

Albom adı İl
Little Eve 2007
Curiouser 2008
Nightflight 2012
O Vertigo! 2014
Albom adı İl
Telegram 2004
Comikaze 2005
Circular Breathing 2006
Live at the Playroom 2007
Mahnı adı İl
"Words" 2007
"Make It Last"
"Space They Cannot Touch" 2008
"Can't Shake It"
"Caught in the Crowd" 2009
"The Last Day on Earth"
"I'll Change Your Mind" 2012
"Sarah"[9] 2013
"Ride This Feeling"[10]
"Drama"
(Drapht ilə duet)
2014
"Sing to Me"[11]
"Offer It Up"[12]
"I'm Growing a Beard Downstairs for Christmas"
(The Beards qrupu ilə birlikdə)
2015
"Where?" 2016
"You've Underestimated Me, Dude"
"Zero Gravity" 2019
  1. "Kate Miller-Heidke takes out Australian Eurovision spot after public vote". News.com.au. 9 fevral 2019. 2019-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 fevral 2019.
  2. "Helpmann Award Winners for 2005". Helpmann Awards. 12 iyun 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2010.
  3. "Broad 2006". Broad Festival. 8 oktyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 iyun 2011.
  4. "Kate Miller-Heidke takes a dizzy twist in a playful direction with new album O Vertigo" Arxivləşdirilib 2014-04-20 at the Wayback Machine İain Şedden, The Australian, 10 mart 2014
  5. The Death of Klinghoffer Arxivləşdirilib 2014-06-11 at the Wayback Machine, The Metropolitan Opera
  6. Kate Miller-Heidke Arxiv surəti 21 aprel 2015 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 21 aprel 2015 at the Wayback Machine, profile at Metropolitan Opera
  7. "Archived copy". 17 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 mart 2014.
  8. "Kate Miller-Heidke gives birth to baby boy" Arxivləşdirilib 2022-03-09 at the Wayback Machine, The Courier-Mail, 7 iyun 2016
  9. ""Sarah" by Kate Miller-Heidke – German iTunes Store". 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  10. ""Ride This Feeling" by Kate Miller-Heidke – German iTunes Store". 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  11. ""Sing to Me" by Kate Miller-Heidke – AU iTunes Store". 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
  12. ""Offer It Up" by Kate Miller-Heidke – German iTunes Store". 2016-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-11.
Əvvəlki:
Cessika Mauboy
"We Got Love"
Avstraliya Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]