Klarens Zeedorf

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Klarens Zeedorf
nid. Clarence Seedorf
Ümumi məlumatlar
Doğum tarixi 1 aprel 1976(1976-04-01)[1][2] (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 176 sm
Çəkisi 80 kq
Mövqeyi cinah yarımmüdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klarens Zeedorf ( nid. Clarence Seedorf, IPA : [ˈklɛrənˈseːdɔrf], fərdi olaraq IPA : [ˈklɛrəns] [ˈzeːdɔrf], nid. Clarence Clyde Seedorf ; 1 aprel 1976[1][2], Paramaribo ) — Niderlandlı futbolçu və məşqçi .

Hazırda üç fərqli komanda ilə Çempionlar Liqasını qazanmış yeganə oyunçu - "Ayaks" (1994/95), "Real Madrid" (1997/98) və "Milan" (2002/03, 2006/07).

Futbolçu karyerasına "Ayaks" klubunda başlayıb. 1983-cu ildə "Ayaks"ın uşaq komandasına qoşulan Klarens, klubun əsas komandasında 1992-ci ildə debüt edib. "Ayaks"da 3 il forma geyinən futbolçu 65 oyunda 11 qol vurub.

"Ayaks"dakı oyunu ilə Avropa klublarının diqqətini çəkən futbolçu, 1995-ci ildə İtaliyanın "Sampdoriya" klubuna transfer edilir. Burada keçirdiyi bir ildə 32 oyunda 3 dəfə fərqlənir.

1996-cı ildə "Real Madrid"ə transfer olunur. Madrid klubu ilə karyerasında ikinci Çempionlar Liqası Kubokunu qazanır. Realda ümumilikdə 4 il çıxış edən futbolçu, 121 oyunda meydana çıxıb 15 qol vurur.

Futbolçu 2000-ci ildə yenidən İtaliyaya qayıdır. Bu dəfə Milanın "İnter" klubunun formasını geyinir. "İnter"də iki il oynayan futbolçu, 64 oyuna 8 dəfə fərqlənir.

2002-ci ildə futbolçu "İnter"i tərk edərək İnterin əzəli rəqibi "Milan" klubuna keçir. Futbolçunun karyerasında ən uğurlu illər "Milan" klubu ilə bağlıdır. "Milan"da 10 il forma geyinən Klarens, 300 oyunda meydana çıxaraq 47 qol vurur. "Milan" ilə 2 dəfə Çempionlar Liqasının qalibi olur.

Futbolçu 2012-ci ildə Milanla vidalaşaraq Braziliyanın "Botafoqo" klubuna keçir. Burada bir il oynadıqdan sonra futbolçu karyerasını bitirir.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Clarence Seedorf // Transfermarkt (çd.). 2000.
  2. 1 2 CLARENCE CLYDE SEEDORF // Argentine Soccer Database (isp.).

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]