Korintian FK
Korintian FK | ||
---|---|---|
Klubun tam adı | Korintian Futbol Klubu | |
Ölkə | London, İngiltərə | |
Rəng(lər) | qara-ağ | |
Yaranma tarixi | 1882 | |
Bağlama tarixi | 1939 | |
Stadionu | Kristal Palas İdman Mərkəzi | |
Liqa | Cənub İstmian Liqası 1-ci kateqoriya | |
| ||
Rəsmi saytı | ||
Vikianbarda əlaqəli mediafayllar |
Korintian FK (ing. Corinthian F.C.) — İngiltərənin London şəhərində qurulmuş və 1939-cu ildə fəaliyyətini dayandıran həvəskar futbol klubu. Klub ev oyunlarını Kristal Palas İdman Mərkəzi, Leyton və Kraliça Klubu stadionlarında keçirmişdir. Korintian 1882-ci ildə Leyn Cekson tərəfindən qurulmuşdur. Cekson həmin dövrün İngiltərə Futbol Assosasiyasının prezidenti idi. Klubun qurulmasının məqsədi Şotlandiya milli futbol komandasına qarşı alınmış pis nəticələrin qarşısını almaq və güclü komanda formalaşdırmaq idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]İlk illərdə Korintian sadəcə ətraf bölgələrdə olan həvəskar klublarla yoldaşlıq oyunları keçirirdi. Həmçinin həmin dövrdə İngiltərə milli futbol komandasının əsasını təşkil edirdi. 1883-1890-cı illərdə Korintian klubu Şotlandiyaya qarşı üstünlük quraraq bir 88 yerli kubokun 52-ni qazanmışdır. 1894 və 1895-ci illərdə Uels milli futbol komandasına qarşı da oyun keçirən Korintianın bəzi oyunçuları həmçinin universitet mühitində yaradılmış klubların da üzvləri olmuşdurlar.[1]
Korintian ilk öncə ona qarşı İngiltərə kubokuna və çempionatına qatılmaq təkliflərini geri çevirirdilər. Əsas səbəb kimi klubun şüarı olan "Yarışmaq nə rəqabətlə, nə də müəyyən pul almaqdır" göstərilmişdir. Amma 1900-cü illərdə bu şüardan imtina edən klub London Şeriff Şild turnirində həmin ilin qalibi Aston Villanı məğlub etmişdir. Əgər İngiltərə kuboku yarışma olmasaydı Korintian klubunun turniri bir neçə dəfə qazanması ehtimalı xeyli yüksəkdir. Məsələn, 1884-cü ildə Korintian həmin ilin İngiltərə kuboku çempionu Blekbərn Roversi 8:1 məğlub etmişdir. 1903-cü il İngiltərə kubokunun finalında Derbi Kauintini 6:0 məğlub edən Beriyə qarşı isə 10:3 qalib gəlmişdir.
Daha sonra Korintiana böyük klublarla oynamağa qadağa qoyulmuşdur və klub dünya turnesinə çıxmışdır. Hətta Real Madrid qurularkən forma rəngini Korintian klubundan nümunə almışdır. Klubun adı isə Braziliyanın tanınmış klublarından olan Korintiansa ilham vermişdir. Klubun 1914-cü ildə İsveçə ziyarəti zamanı İsveç kuboku Korintian Kovl adlandırılmışdır.
1904-cü ildə Korintianın Mançester Yunayted üzərindəki 11:3 qalibiyyəti Mançester Yunayted tarixində ən böyükhesablı məğlubiyyətdir. İngiltərə kubokuna ilk dəfə 1923-cü ildə qatılmışdır, amma uğur qazanmamışdır. Çünki klub turnirdə hədəflərinin kubok olmadıqlarını bildirmişdir. 1927-ci ildə isə İngiltərə Superkubokunun finalında Kardif Sitiyə 1:2 uduzmuşdur.
Korintian 1939-cu ildə Kasuals FK ilə birləşərək Korintian-Kasual FK adını almışdır və hazırda Cənub İstmian Liqasının 1-ci kateqoriyasında həvəskar şəkildə mübarizə aparır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2007-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-05.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Rəsmi sayt
- Lig TV Arxivləşdirilib 2012-04-17 at the Wayback Machine