Kristina Brenk

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kristina Brenk
Doğum tarixi 22 oktyabr 1911(1911-10-22)
Doğum yeri
Vəfat tarixi 20 noyabr 2009(2009-11-20) (98 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, şair, dramaturq, tərcüməçi, redaktor[d], uşaq ədəbiyyatı yazıçısı
Mükafatları Order of Freedom of the Republic of Slovenia
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d]20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor[1].

Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur. İkinci Dünya müharibəsi zamanı Sloveniya Qurtuluş Cəbhəsinə qoşulur. 1949-cu ildən 1973-cü ildə təqaüdə çıxana qədər Kristina Brenk "Mladinska Kniqa" nəşriyyatında redaktor işləyib. 1999-cu ildə uşaq kitablarının yaradılmasındakı xidmətlərinə görə Levstik mükafatını alır[2][3]. Yazıçı Lyublyanada ölür və Jale qəbirstanlığında dəfn edilmişdir.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Gəncliyində məktəb qəzeti üçün oyunlar, mahnılar və qısa hekayələr yazırdı. İkinci Dünya Müharibəsindən əvvəl Kristina Brenk “Lyublyana zəmgdə və müasirlikdə” əsərlərini nəşr etdirirdi. Müharibədən sonra əsərləri "Uşaq bağçası", "Sisiban", "Kurirçek", "Pionir siyahısı", "Pionir", "Akademik səs", "Bizim hovuz", "Qruda" gənclər jurnallarında dərc edilir. Müharibə haqqında Kristina Brenk real əsərlər yazır. Xatirələrində yazıçı tək ananın həyatı, İkinci Dünya müharibəsindən sonrakı ailə həyatı və yazıçılar, illüstrasiyalar və gənc oxucularla görüşlərindən danışır. Onun sayəsində Sloveniya gənclər ədəbiyyatı ədəbi tənqidin mövzusu və Sloveniya fakültələrində tədris mövzusu olur. İlk tərcüməsi 1935-ci ildə nəşr edilmişdir. Sloven və xarici nağılları və şeirlərini tərcümə edərək redaktə etdirir, xüsusən də: Nənə nağılları (Sloven xalq nağılları), Brşlyanka Aana (dünya xalq nağılı), Aşpaz qazan (Slavyan xalqlarının xalq nağılları). 2001-ci ildə "Hədiyyə" qısa nəsr antologiyası nəşr olunmuşdur.

  • 1999 - Levstik ədəbi mükafatı. Sloveniya Nəşriyyat Birliyi tərəfindən 2003-cü ildən bəri təqdim olunan ən yaxşı orijinal Sloven kitabı mükafatına 2011-ci ildən bəri Kristina Brenka adı verilmişdir;
  • 1964 - Gənc nəslin xatirə lövhəsi - Belqrad;
  • 1966 - Ədəbi yaradıcılıq üçün qızıl lövhə;
  • 1970 - yaradıcılığına görə bürünc medal - Leypsiq;
  • 1972 - "Delfin qız və tülkü" kitabına görə Levstik mükafatı;
  • 1974 - Kuryer heykəli;
  • 1982 - Trubar taxtası;
  • 1984 - Qorcul icması tərəfindən tanınma;
  • 1997 - Sloveniya Respublikasının gənclər ədəbiyyatı və nəşriyyatında həyat işi üçün fəxri azadlıq əlaməti;
  • 1999 - Levstik Ömür boyu Nailiyyət Mükafatı;
  • 2001 - Xorcul bələdiyyəsinin fəxri vətəndaşı;
  • 2007 - Lyublyananın fəxri vətəndaşı titulu.
  • Igor Saksida: Petdeset zlatnikov. Tržič: založba Učila, 1998.
  • Obdarovanja: simpozij o ustvarjalnosti in življenju Kristine Brenkove. Ljubljana: Pionirska — center za mladinsko književnost in knjižničarstvo, 2011.
  • Marjeta Žebovec: Slovenski književniki rojeni od leta 1900 do leta 1919. Ljubljana: Karantanija, 2006.
  1. "Slovene Writers' Association site". Slovene writers' portal (Slovenian). Slovene Writers' Association. 24 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 March 2012.
  2. "Radiotelevizija Slovenija site Slovo Kristine Brenkove Kristina Brenkova Obituary". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.
  3. "Geopedia.si site". 2017-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.