44°11′00″ şm. e. 21°36′33″ ş. u.HGYO

Krubay bulağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Krubay bulağı
Yüksəkliyi 220 m
Temperaturu 9-11°C
Ölkə
44°11′00″ şm. e. 21°36′33″ ş. u.HGYO
Krubay bulağı xəritədə
Krubay bulağı
Krubay bulağı

Krubay bulağı[1] — Şərqi Serbiyada, Pemorav dairəsində su bulağı. Krupay çayının sağ axarında, 220 metr (720 ft) yüksəklikdə yerləşir.

Krubay bulağı Serbiyanın şərqində, Pemarov rayonundakı karst bulaqlarına daxildir.[2] Suyun temperaturu 9-11 °C-dir. 435 metr uzunluğunda olan bulaq axını əvvəlcə şimala doğru axır və 130 metrdən sonra Krupay çayı ilə birləşmədən 300 metr daha davam etmək üçün istiqamətini qərbə dəyişir. Anbar tikildikdən sonra, hündürlüyü 3 m olan Krupay bulağı 40 m uzunluğunda və 17 m enində yeni göl görünüşünü qazandı. Onun suyu çox cəlbedici şəlalə ilə göldən axır.

1998-ci ildə aparılan hərtərəfli speleoloji tədqiqatlar mağarada əhəngdaşının əriməsinə səbəb olan süsusi bölmə aşkar etdi. Bənddən çay üzərində qurulmuş qurğulara axan su dik astana və şəlalələr üzərindən keçir. Bulağın hidroloji rejimi və su həcmi kifayət qədər sınaqdan keçirilməmişdir. Karst bulaqlarının əksəriyyəti kimi, Krupay bulağında da il ərzində su həcmi dəyişkəndir. Bəndin və qurğuların inşaatına qədər 26 °C temperaturunda isti su axını müşayət olunan bulaqda axının sürəti saniyədə 6-10 litr idi.

Krupay çayı və ətrafındakı 9 hektar ərazi Serbiya Respublikası tərfindən təbiət abidəsi kimi qorunur. Serbiya Respublikası Hökumətinin Fərmanı ilə (Serbiya Respublikasının Rəsmi Qəzeti, № 9/95) burada "Krubaysko Vrelo" təbii abidəsi[3] qurulmuşdur və Ətraf Mühitin Mühafizəsi Qanunu əsasında, Görkəmli əhəmiyyətə malik olan təbii miras üçün bura Serbiyanın ən önəmli karst ehtiyatlarından biridir.

  1. Marinovski, Ph.D., Naume. "Tourism Geography - Monuments of Nature in Serbia" (PDF). MHTSPS, p.331. (serb). 21 August 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 June 2017.
  2. Petrovic Ph.D., Jovan B. Karst springs of Eastern Serbia. Beograd. M 24. 2002. səh. 2.
  3. Natural beauties of Serbia Arxivləşdirilib 2019-04-06 at the Wayback Machine at Serbia.com