Kruds ailəsi (cizgi filmi, 2013)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kruds ailəsi
ing. Croods
Janr Animasiya,macəra
Rejissor Kirk DeMikko
Kris Sanders
Prodüser Kristin Belson
Ceyn Hartvell
Ssenari müəllifi Kirk DeMikko
Kris Sanders
Rolları səsləndirənlər Nikolas Keyc
Emma Ston
Rayan Reynolds
Katerin Kiner
Klark Dyuk
Kloris Liçman
Bəstəkar Alan Silvestri
Dil Ingilis dili
Ölkə ABŞ ABŞ
Studiya DreamWorks Animation
Distribüsiya 20th Century Fox
Davametmə müddəti 98 dəqiqə
İl 2013
İlk baxış 22 mart 2013
Büdcə $135 milyon
Gəlir $587.2 milyon

Kruds ailəsi (ing. The Croods) 2013-cü ilin animasiya və macəra filmidir.

Kruds adlı mağara ailəsi inadkar ata Qruqun qida taplamaq üçün qısa müddət istisna olmaqla heç kəsin mağaranı tərk etməsinə icazə verməməsi nəticəsində bir neçə təbii fəlakətdən xilas olur. Yeniyetməlik dövründə olan evin qızı Yip ailəsini sevir, amma yenə də qaranlıqda tez-tez mağaranı tərk edir. Bir gecə işıq görən Yip yenə də mağaradan çıxır və məşəl yandıran müasir insan Qay və onun əhlilləşmiş heyvanı ilə tanış olur. Qay Yipi yaxınlaşan fəlakətə görə xəbərdarlıq edir və qaçması üçün ona kömək təklif edir. Ancaq Yip ailəsi ilə birlikdə qalmağı seçir. Qay kömək lazım olanda onu çağırması üçün Yipə dənizqabığı verir. Ancaq Yip evə qayıdanda çılğın ailəsi onu məhv edir. Səbəb onların yeni olan hər şeydən qorxmaları idi.

Daha sonra böyük bir zəlzələ mağaranı və ətrafdakı hər şeyi məhv edir. Kruds ailəsi dağların arasında kəşf etdikləri meşəyə qaçır. Böyük vəhşi pişik tərəfindən qovalanılan krudslar ətyeyən quşlarla rastlaşırlar. Yipin səsini eşidən Qay Yipi və onun ailəsini atəşlə vəhşi quşlardan xilas edir. Ata Qruq Qayı kötüyün içinə salaraq onları təhlükəsiz yerə aparmasını istəyir. Qay təklif edir ki, krudslar uzaqdakı dağlarda yerləşən yeni mağaraya getsinlər. Ancaq hələ ki krudlar Qaya tam inanmırlar.

Səyahət əsnasında Qruq quş yumurtası oğurlamaq istəyir, amma onu bacarmayıb onun yerinə əqrəb tutur. Qay isə Yipə quş ovlamaq üçün necə tələ qurulduğunu öyrədir. Çətin yolda Qay krods ailəsi üçün ayaqqabılar düzəldir və müxtəlif icadları ilə olara kömək edərək özünü sevdirir. Qruq Qayı qısqanmağa başlayır və Qay ilə Yepin bir-birlərini sevdiklərini öyrənəndə Qayın yeniliklərinə qarşı çıxmağa və öz icadlarını yaratmağa başlayır. Ancaq bunlar uğursuz olur. Bunlar Qruq ilə ailəsi arasında münasibətləri pisləşdirir.

Ailə mağara tapır, ancaq kruds ailəsi artıq mağaradan kənarda yaşamağı öyrənmişdir və Qruqdan başqa heç kəs orda yaşamaq istəyir. Əsəbləşən Qruq Qaya hücum edir, ancaq ikisi də uçurumdan axan qatran axıntında ilişib qalırlar. İkili Qayın ideyası sayəsində ordan qurtura bilir.

Daha sonra isə tektonik fəlakət başlayır. Crudslar və Qay qitələrin bir-birindən ayrıldığı uçuruma qədər qaçır. Qruq günəşin istisini hiss edir və qarşı tərəfdə təhlükəsiz torpaq olduğunu düşünür. Qruq tək qalacağını bilsə də, hər kəsi bir-bir qarşı tərəfə tullayır. Tək qalan Qruq mağaraya gedir. Qaranlıqdan qorxan böyük vəhşi pişik isə Qruqa sığınır. Qruqun ağlına möhtəşən ideya gəlir və o, vəhşi pişik ilə birlikdə ailəsinin yanına qayıda bilir. Qruq ailəsi tərəfindən böyük sevgi ilə qarşılanır. Artıq krudslar Qay ilə yeni və təhlükəsiz yerdə yeni həyata başlayırlar.

Səsləndirənlər

[redaktə | mənbəni redaktə et]
Səsləndirən Səsləndirdiyi obraz
Nikolas Keyc Qruq
Rayan Reynolds Qay
Emma Ston Yip
Katerin Kiner Uqqa
Klark Dyuk Tank
Kloris Liçman Qran
Kris Sanders Belt
Rendi Tom Sendi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]