Laursab Andronikaşvili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Laursab Andronikaşvili
Şəxsi məlumatlar
Doğum tarixi 14 fevral 1872(1872-02-14) və ya 26 fevral 1872(1872-02-26)
Doğum yeri
Vəfat tarixi 19 dekabr 1939(1939-12-19) (67 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya imperiyası (1917-ci ilə qədər)
Təhsili
Fəaliyyəti hüquqşünas
Uşaqları Elevter Andronikaşvili
İrakli Andronikaşvili

Luarsab Nikolayeviç Andronikov (Andronikaşvili; 14 fevral 1872 və ya 26 fevral 1872, Ojio[d], Tiflis quberniyası19 dekabr 1939, Tbilisi)[1]hüquqşünas, ictimai xadim. Məşhur ədəbiyyatşünas İrakli Andronikov və fizik Elevter Andronikaşvilinin atası.

Laursab Andronikaşvili mayor Nikolay Vissarionoviç Andronikovun zadəgan ailəsində anadan olub (1836-təx.1882). Laursabın məxsus olduğu Andronikaşvili nəsli Gürcüstanın ən zədim zadəgan soylarındandır. Gürcü əfsanələrinə görə, Andronikaşvili knyaz soyu əvvəlini 1183-1185-ci illərdə Konstantinopolda hökmranlıq edən Bizans imperatoru Andronik Komnenosdan götürür. Onun oğlu Aleksey, atasının ölümündən sonra Gürcüstana sığınmış və burda öz nəsil-şəcərəsinin başlanğıcını qoymuşdur. Gürcüstan salnamələrində bu soyad ilk dəfə 1558-ci ildə çəkilmişdir. Laursab Andronikaşvili zadəgan olması hesabına ən yaxşı təhsil ocaqlarında oxumuşdur.

Laursab Andronikaşvili orta təhsilini Tiflisdə almışdır. Burada Birinci Tiflis Kişi Gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburqa yollanmışdır. Laursab Andronikaşvili Sankt-Peterburq Universitetinin hüquq fakültəsində təhsilini davam etdirir. Təhsilini Almaniyanın HeydelberqStrasburq Universitetlərinin Fəlsəfə fakültələrində təkmilləşdirir. Andronikaşvili 1897-ci ilin sonunda Rusiyaya qayıdır və universitetdə təhsil almağa davam edir, 1899-cu ildə təhsilini başa vurur.[2]

Laursab Andronikaşvili 18 oktyabr 1899-cu ildən Hüquq üzrə vəkil köməkçisi, 7 yanvar 1906-cı ildən Sankt-Peterburqda hüquq üzrə vəkil vəzifələrində çalışır.[3] 1905-ci ildən Laursab vəkil köməkçisi V.B.Stankeviç ilə birlikdə 150-dən çox siyasi mühakimədə iştirak etmişdir.[4]

Laursab Fevral burjua inqilabını dəstəkləyir. O, 1917-ci ildən sonra müxtəlif təhsil müəssisələrində dərs demişdir. 1919-1920-ci illərdə Tula Ali Pedaqoji İnstitutunda fəlsəfə mövzusunda mühazirə oxuyur. 1920-ci ildə ailəsi ilə birlikdə Moskvaya köçür, burada Dövlət İnstitutunda məhkəmə bəlağəti mövzusunda mühazirələr oxuyur və Xalq Təsərrüfatı Ali Şurasında hüquq məsləhətçisi olaraq xidmət göstərməyə başlayır. Laursab Andronikaşvili 1921-ci ilin payızında birdəfəlik Gürcüstana köçür və burada ölənə qədər təşkil etdiyi Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinin professoru olaraq çalışır.[5]

Laursab Andronikaşvili Gürcüstanın ictimai xadimlərinin dəfn edildiyi qəbirstanlıqda Didube panteonunda dəfn edilmişdi.

  1. Ныне Ахметский район
  2. "www.famhist.ru". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  3. Список присяжных поверенных округа Санкт-Петербургской судебной палаты и их помощников к 31 января 1914 г. — СПб., 1914. — С. 71—72.
  4. "www.rulex.ru". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-15.
  5. sug.kiev.ua[ölü keçid]
  • Макашвили В. Г. Луарсаб Николаевич Андроникашвили (к 110-летию со дня рождения). // Правоведение. Известия высших учебных заведений. — Л., 1982, № 2. — С. 61—68.
  • Троицкий, Николай Алексеевич Адвокатура в России и политические процессы 1866—1904 гг. — Тула, 2000. — С. 141—142.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]