Leonid Tibilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Leonid Tibilov
oset. Тыбылты Харитъоны фырт Леонид
Şəxsi məlumatlar
Doğum tarixi 28 mart 1952(1952-03-28) (72 yaş)
Partiya
Fəaliyyəti siyasətçi, dövlət xadimi
Dini Şərqi pravoslav kilsəsi
Hərbi xidmət
Mənsubiyyəti Rusiya
Rütbəsi general-mayor
presidentruo.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Leonid Tibilov (oset. Тыбылты Харитъоны фырт Леонид; 28 mart 1952[1]) — qismən tanınmış Cənubi Osetiya Respublikasının dövlət xadimi və siyasətçisi. 19 aprel 2012-ci ildən 21 aprel 2017-ci ilədək Cənubi Osetiyanın üçüncü prezidenti.

28 mart 1952-ci ildə Gürcüstan SSR, Cənubi Osetiya Muxtar Vilayəti, Znaur rayonu, Yuxarı Dvan kəndində kəndli ailəsində anadan olub. Milliyyətcə osetindir. 1969-cu ildə Avnev kəndində orta məktəbi bitirir. Elə həmin il 1974-cü ildə bitirdiyi Cənubi Osetiya Dövlət Pedaqoji İnstitutunun Fizika və Riyaziyyat fakültəsinə daxil olur. 1974-cü ilin noyabrından 1975-ci ilin noyabrınadək Sovet Ordusunda xidmət etmişdir. 1975-ci ilin noyabrından 1981-ci ilin avqustuna qədər Cənubi Osetiyanın xalq təhsil sistemində çalışır. Fizika və riyaziyyat müəllimi, məktəbin baş müəllimi, Znaur orta məktəbinin direktoru, Cənubi Osetiya Müəllim Hazırlığı İnstitutunun riyaziyyat kabinetinin müdiri işləyir.

1981-ci ilin sentyabrında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə qəbul edilir. SSRİ DTK-nin Minskdəki ali kurslarını bitirir. 28 may 1992-ci ildə Cənubi Osetiyanın Dövlət Təhlükəsizliyi Naziri təyin edilir.

14 iyul 1992-ci ildən 1 yanvar 1995-ci ilədək Gürcüstan-Osetiya münaqişəsi zonasında Qanunun, Asayişin və Sülhün Mühafizəsi Birgə Qüvvələrinin təhlükəsizlik xidmətinin rəisi olur. 1998-ci ilin fevral ayında general-mayor hərbi rütbəsi alır. 1998-ci ilin avqustunda Tibilov Cənubi Osetiya Hökuməti Sədrinin birinci müavini təyin edilir. Eyni zamanda 2002-ci ilin fevral ayına qədər Gürcüstan-Osetiya münaqişəsinin həlli üzrə Birgə Nəzarət Komissiyasının həmsədri vəzifəsində çalışır.

2007-ci ilin fevral ayında Leonid Tibilov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri ilə Cənubi Osetiyadan Gürcüstan-Osetiya münaqişəsinin həlli üzrə Birgə Nəzarət Komissiyası həmsədrinin baş qərargah rəisi olaraq bir araya gəlir və burada iqtisadi problemləri müzakirə edir. Parlamentinin aparatında, Birgə Nəzarət Komissiyasının Cənubi Osetiya hissəsinin aparatının rəhbəri, Cənubi Osetiyanın xüsusi işlər nazirinin müavini işləmişdir.

Cənubi Osetiya Prezidentinin 1 noyabr 2004-cü il tarixli fərmanı ilə Leonid Tibilov "Fövqəladə və Səlahiyyətli səfir" diplomatik rütbəsinə layiq görülmüşdür.

II çağırış Cənubi Osetiya Ali Sovetinin deputatı olur. 2006-cı ildə Cənubi Osetiya Prezidenti vəzifəsinə namizəd göstərilir. 2007-ci ilin iyunundan 2009-cu ilin sentyabrınadək Birinci Respublika Bankı MMC-nin İdarə Heyətinin sədri olur. 2012-ci ilin əvvəlində Cənubi Osetiya Prezidentinin səlahiyyətli nümayəndəsinin Gürcüstan-Osetiya münasibətlərinin münaqişədən sonrakı tənzimlənməsi məsələləri üzrə məsləhətçisi olmuşdur.

29 fevral 2012-ci ildə Cənubi Osetiya Mərkəzi Seçki Komissiyası Leonid Tibilovu Cənubi Osetiyada prezidentliyə namizəd olaraq qeydə alır.

9 aprel 2012-ci ildə Cənubi Osetiya Prezidenti seçilir.

2017-ci ilin qışında ölkənin ikinci ekvivalent adının, Cənubi Osetiya Respublikası, Alaniya Dövləti olması haqqında referendumuna dair fərman imzalayır.

2017-ci ilin fevral ayında respublika vətəndaşlarından ibarət təşəbbüs qrupu tərəfindən yeni müddətə Cənubi Osetiya prezidentliyinə namizəd olaraq irəli sürülür[2]. 9 aprel 2017-ci ildə keçirilən prezident seçkilərində Anatoli Bibilova məğlub olur. 21 aprel 2017-ci ildə prezident səlahiyyətlərini ona təhvil verir[3].

2019-cu ilin aprel ayında "Cənubi Osetiya Respublikasının 25 illiyi xatirəsinə" medalı ilə təltif edilir[4].

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki övladı və dörd nəvəsi var.

Dostluq ordeni (DMR) (2016)[5].

"Osetiyaya şöhrət" ordeni (28.03.2017)[6].

"Cənubi Osetiya Respublikasının 25 illiyi münasibətilə" medalı.

  1. "Президент. Биография". presidentruo.org (rus). Президент Республики Южная Осетия. Официальный сайт. Archived from the original on 2015-04-02. İstifadə tarixi: 2021-05-11.
  2. "Леонид Тибилов выдвинут кандидатом в президенты | Медиа-центр "Ир"". 2017-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-18.
  3. "Инаугурация Бибилова: кого ждет в гости Южная Осетия". Sputnik Южная Осетия. 2017-04-19. 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.
  4. "Бибилов наградил экс-президента Южной Осетии". Sputnik Южная Осетия. 2019-04-04. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.
  5. "Президент Южной Осетии Леонид Тибилов принял делегацию ПМР". cominf.org. 2016-09-19. 2016-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-20.
  6. "Леониду Тибилову вручили высшую награду РСО-Алания «Во Славу Осетии»". Sputnik Южная Осетия. 2017-03-28. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-11.