Lev Yaşin
Lev Yaşin rus. Лев Иванович Яшин | ||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
rus. Лев Иванович Яшин | ||||||||||||||||||||||||
Ümumi məlumatlar | ||||||||||||||||||||||||
Tam adı | Lev İvanoviç Yaşin | |||||||||||||||||||||||
Ləqəbi | Qara hörümçək | |||||||||||||||||||||||
Doğum tarixi | 21 oktyabr 1929[1][2][…] və ya 22 oktyabr 1929 | |||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||
Vəfat tarixi | 20 mart 1990[3][4] (60 yaşında) | |||||||||||||||||||||||
Vəfat yeri | ||||||||||||||||||||||||
Dəfn yeri | ||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||
Təhsili |
|
|||||||||||||||||||||||
Boyu | 1.89 m | |||||||||||||||||||||||
Çəkisi | 82 kq | |||||||||||||||||||||||
Mövqeyi | Qapıçı | |||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
Təltif və medalları | ||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Lev Yaşin (21 oktyabr 1929[1][2][…] və ya 22 oktyabr 1929, Moskva, RSFSR, SSRİ[1] – 20 mart 1990[3][4], Moskva, RSFSR, SSRİ) — əfsanəvi sovet futbol qapıçısı, 5-qat SSRİ çempionu, "Qızıl top" mükafatını almış yeganə qapıçı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sovet futbolunun görkəmli şəxsiyyətlərindən olan Lev İvanoviç Yaşin 22 oktyabr 1929-cu ildə Moskvada doğulub.
Karyerası
[redaktə | mənbəni redaktə et]O, futbolçu karyerası ərzində yalnız "Dinamo" (Moskva) klubunda çıxış edib. 1949-cu ildən "Dinamo" (Moskva) klubunda oynamağa başlayan qapıçı 5 il sonra SSRİ yığmasına cəlb olunub. O, 1956-cı il Melburn Yay Olimpiya Oyunlarında və 1960-cı il Avropa çempionatında qızıl medal qazanıb. 1954–1959-cu illərdə Dinamo Moskva klubunda azərbaycanlı futbolçulardan Ələkbər Məmmədovla, 1966-cı il dünya çempionatında isə yığmanın tərkibində Anatoli Banişevski ilə birgə çıxış edib.
1963-cü ildə ona Avropanın ən yaxşı futbolçusu üçün müəyyənləşdirilən "Qızıl top" mükafatı verilib. 1986-cı ildə olimpiya ordeninə və bundan 2 il sonra FİFA-nın qızıl ordeninə layiq görülüb.
1971-ci il mayın 27-də futbolçu karyerasını başa vurduqdan sonra o, bir müddət uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi kimi çalışıb. İntensiv siqaret çəkməsi ilə əlaqədar damarlarının tutulması üzündən 50 yaşından sonra onun sol ayağında qanqrena başlayıb. Buna görə də Yaşin 1984-cü ildə bir ayağından məhrum olub. Lakin o, yenə siqareti tərgitməyib. Nəticədə 20 mart 1990-cı ildə 61 yaşında dünyasını dəyişib.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Яшин Лев Иванович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Lev Ivanovich Yashin // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 Brozović D., Ladan T. Lav Ivanovič Jašin // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Lev Yaşinin 80 yaşı tamam oldu Arxivləşdirilib 2009-10-24 at the Wayback Machine
Futbolçu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
- 21 oktyabrda doğulanlar
- 1929-cu ildə doğulanlar
- 22 oktyabrda doğulanlar
- Moskvada doğulanlar
- 20 martda vəfat edənlər
- 1990-cı ildə vəfat edənlər
- 60 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Vaqankovo qəbiristanlığında dəfn olunanlar
- Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin məzunları
- Sosialist əməyi qəhrəmanları
- "Lenin" ordeni ilə təltif edilənlər
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə futbolçular
- Futbolçu qaralamaları
- SSRİ futbolçuları
- Dinamo Moskva FK oyunçuları
- Qızıl Top alanlar
- UEFA Yubiley Mükafatı sahibləri
- UEFA Avropa Çempionatının qalib oyunçuları
- 1956 Yay Olimpiya Oyunları çempionları