Lobulyariya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lobulyariya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Lobulariyanın meyvəsi balaca,qınaoxşar formadadır.Növün adı latıncadan tərcümədə "qın" deməkdir.Aralıq dənizi ölkələrində yabanı halda 5 növü lobulyariya bitir.Dekorativ gülçülükdə bu 5növdən biri istifadə olunur.Dəniz lobulariyası (L.maritima)-hündürlüyü 40 sm olan budaqlı bitkidir.Yarpaqları nazik,lansetvaridir,çiçəkləri çox ətirlidir,xırdadır və salxım formasındadır.Çiçəklər ağ,bənövşəyi,çəhrayı və yasəmən rənglidir.Dəniz lobulariyasının 2 forması vardır:bentami dəniz lobulariyası (L.m.var.benthamii) və açılmış dəniz lobulariyası (L.m.var.procumbens).Gülçülükdə bu bitki sortları Compactum və Procumbeus qruplarına cəmləşmişlər ki,bunlardan I qrupdakı bitkilərin hündürlüyü 12-15 sm-ə, II qrupdakı bitkilərin hündürlüyü ki,8-10 sm-dir.Əgər qurumuş gül salxımları vaxtaşırı təmizlənsə,lobulariya təkrar açacaq.Lobulariya dibçəklər üçün yararlı bitkilərdən biridir.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine
  1. Al-Shehbaz I. A. A generic and tribal synopsis of the Brassicaceae (Cruciferae) (ing.). // Taxon: Official News Bulletin of the International Society for Plant Taxonomy Utrecht: IAPT, Wiley, 2012. Vol. 61, Iss. 5. P. 934. ISSN 0040-0262; 1996-8175 doi:10.1002/(ISSN)1996-8175