Mükafat sistemi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mükafat sistemi və ya daxili möhkəmləndirmə sistemi[1] (ing. reward system) — hərəkətlərə müsbət reaksiyalar verilməsi vasitəsilə davranışın tənzimlənməsində və idarə edilməsində iştirak edən sinir sisteminin strukturları məcmusu. Mükafat sistemi cəza sistemi ilə yanaşı, davranışın gücləndirilməsi mexanizmlərində böyük rol oynayır.

Psixoloji mükafat

[redaktə | mənbəni redaktə et]

Psixoloji mükafat — xoş hisslər vasitəsilə davranışın gücləndirilməsi prosesidir. Mükafat anlayışı fərd tərəfindən obyektə, davranış aktına və ya daxili fiziki vəziyyətə aid edilən müsbət keyfiyyətləri təsvir etmək üçün istifadə olunur. İlkin (təbii) mükafatlar qidalanma, cütləşmə və döyüş kimi növlərin yaşaması üçün zəruri olan davranışları gücləndirir.

İkinci dərəcəli mükafatlar ilkin olanlarla sıx bağlıdır və ilkin ehtiyacların ödənilməsi ilə əlaqəli obyektlərin, hərəkətlərin və vəziyyətlərin dəyərini müəyyənləşdirir. Təhlükəsiz sığınacaq, pul, rahatlıq, gözəllik, xoş toxunuşlar, səslər və daha çox şeyin dəyəri ikinci dərəcəli mükafatlarla müəyyən edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "Dopamine Involved In Aggression". Medical News Today. 2008-01-15. İstifadə tarixi: 2010-11-14.
  • "Smacking children 'does not work'". BBC News. 1999-01-11. İstifadə tarixi: 2010-05-22.
  • "human nervous system". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  • "Positive Reinforcement Produced by Electrical Stimulation of Septal Area and Other Regions of Rat Brain". 2012-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  • "The Functional Neuroanatomy of Pleasure and Happiness". 2012-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-12.
  • Rang, H. P. Pharmacology. Edinburgh: Şablon:Нп3. 2003. 596. ISBN 0-443-07145-4.
  • Scholarpedia Reward
  • Scholarpedia Reward signals