Mürtədlik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İuda bir öpüşlə İsaya xəyanət edir. On iki həvaridən biri olan İuda İskariot mürtəd olmuşdur.[1]

Mürtədlik (ərəb. مُرْتَدّ‎‎) və ya irtidad (ərəb. اِرْتِدَاد‎‎ – "dönmə, üz döndərmə")[2] — bir şəxsin rəsmi şəkildə dindən çıxması, onu tərk etməsi və ya dindən imtina etməsi. Bu, həm də daha geniş kontekstdə bir şəxsin əvvəlki dini inanclarına zidd olan fikri qəbul etməsi kimi müəyyən edilə bilər.[3] Dindən dönən şəxs mürtəd kimi tanınır. Mürtəd olmuş şəxslər bu sözün mənfi çalarının olmasına görə özlərini mürtəd adlandırmaqdan çəkinirlər, lakin bu termin sosioloqlar tərəfindən texniki mənada, heç bir alçaldıcı məna daşımadan istifadə olunur.

Bəzən bu termin həm də siyasi partiya, ictimai hərəkat və ya idman komandası kimi qeyri-dini inancdan və ya səbəbdən imtina etmək üçün metafor kimi istifadə olunur.

Bir çox dini qruplar və bəzi dövlətlər mürtədləri cəzalandırır. Bu, müəyyən bir dini qrupun rəsmi siyasəti yaxud da sadəcə olaraq üzvlərinin könüllü hərəkəti də ola bilər. Bu cür cəzalara aforoz, şifahi təhqir, fiziki zorakılıq və ya hətta edam daxil ola bilər.[4]

  1. Paul W. Barnett, Dictionary of the Later New Testament and its Developments, "Apostasy," 73.
  2. "İRTİDAD". 2022-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-13.
  3. Mallet (Biography), Edme-François. "Mallet, Edme-François, and François-Vincent Toussaint. "Apostasy". The Encyclopedia of Diderot & d'Alembert Collaborative Translation Project. Translated by Rachel LaFortune. Ann Arbor: Michigan Publishing, University of Michigan Library, 2012. Web. 1 April 2015. Trans. of "Apostasie", Encyclopédie ou Dictionnaire raisonné des sciences, des arts et des métiers, vol. 1. Paris, 1751". Encyclopedia of Diderot & d'Alembert - Collaborative Translation Project. quod.lib.umich.edu. 15 September 2012. 13 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-16.
  4. Muslim apostates cast out and at risk from faith and family, The Times, February 05, 2005

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]