24°28′06″ şm. e. 39°36′39″ ş. u.HGYO

Məscidül-Nəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

24°28′08″ şm. e. 39°36′41″ ş. u.HGYO

Məscidül-Nəbi
ərəb. المسجد النبوي
Xəritə
24°28′06″ şm. e. 39°36′39″ ş. u.HGYO
Ölkə  Səudiyyə Ərəbistanı
Şəhər Mədinə
Yerləşir Mədinə
Aidiyyatı Məhəmməd
Tikilmə tarixi təxm. 622
Üslubu İslam memarlığı
Hündürlüyü 105 m
Minarələri 10
Vəziyyəti stabil
Məscidül-Nəbi (Səudiyyə Ərəbistanı)
Məscidül-Nəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Peyğəmbər məscidi və ya Məscid ən-Nəbəvi (ərəb. المسجد النبوي‎) — Mədinədə məscid. Dünyanın ən böyük məscidlərindən biri. İslamda Məkkədə yerləşən Məscidül-Həramdan sonra ikinci müqəddəs məscid hesab olunur. Məscidi-Nəbəvi Hicrətdən sonra Mədinədə Məhəmməd ibn Abdullah ilə əshabı tərəfindən inşa edilən, Məhəmmədin qəbrini ehtiva edən məsciddir. Məscid günümüzdə ətrafını əhatə edən mərmər örtülmüş avlusu daxil olmaqla 400.000 m² ümumi sahəyə malikdir. Məscidin 10 minarəsinin hər biri 105 metr hündürlükdədir.[1]

Nəbəvi sözü ərəbcədən "peyğəmbərə aid" anlamına gəlir. Beləliklə, mənası Peyğəmbər Məscidi'dir. Məkkədə olan Məscid-i Haramdan sonra Müsəlmanlara görə ikinci ən müqəddəs məsciddir. Məsciddə eyni anda 650.000 insan ibadət edə bilər. Məscid Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşir.

Məscid-i Nəbəvi ya da Məscidi-Nəbi ilk inşasında sadə tikildi. Xurma kötüklərindən sütunları, xurma budaqlarından çardağı, daşlardan divarları vardı. Tam yanındakı ev hissəsi də (bu gün qəbirdir) kərpicdən idi. Minbəri, mehrabı yox idi. Peyğəmbər Cümə xütbələrini minbər olmadığı üçün bir ağac kötüyünün üstündən oxuyurdu. Buranın bir hissəsi Süffə deyilən kasıblara və tələbələrə ayrılmışdı. 654-cü ildəki zəlzələ və yanğında məscid yanır. Əməvilər, Abbasilər, MəmlüklərOsmanlılar dönəmlərində yenidən inşa olunur. Əbu BəkrÖmərin qəbirləri buradadır.

Hücrəyi-Səadət

[redaktə | mənbəni redaktə et]

Məscid-i Nəbəvinin ilk inşasında məscidin şərq divarına bitişik Məhəmməd və ailəsi üçün iki otaq inşa edildi. Bu otaqların sayı daha sonra doqquza qədər yüksəldildi. Daha sonra Məhəmməd, Əbu Bəkir və Ömər burada dəfn edilir. Bir neçə dəfə təmir edildikdən sonra II Mahmudun dövründə qübbə ucaldılır, üzərinə güllə tökülmüş daha sonra da bu qübbə yaşıla boyanır.

Rövzəyi-Mütəhharə

[redaktə | mənbəni redaktə et]

İslam Peyğəmbərinin içində namaz qılmağı təşviq etdiyi Minbər və Hücrəyi-Səadət arasında qalan qisim Rövzəyi-Mütəhhatədir. Buranın cənnətdən bir hissə kimi olduğu hədislərdə bildirilib.

Məhəmməd, məscidində camaata xitab edərkən dayanması üçün xurma ağacından olan böyük bir kötüyü istifadə etməkdə idi. Daha sonra camaatın Məhəmmədin üzünü görə biləyi səsini də eşidə bilməməsi səbəbindən hicri 7-ci əsr (628) və ya 8-ci əsrdə (629) ılğın ağacından 50x125 sm formasında və bir metr yüksəklikdə, arxasında 3 sütunu olan 3 pilləli ilk minbər inşa olunur. İlk xəlifələr Rəsulullaha hörmətindən dolayı üçüncü pilləni istifadə etməmiş və bu pilləni bir taxta parçasıyla örtmüşlər. Osmanlı dövründə minbərin üzərinə bir qübbə ucaldılaraq qarça ilə, nərdivanlar da abanoz ağacıyla örtülmüşdü. Əbu Sufiyanın dövründə isə minbər daha altı pillə yüksəldilir. Bu ilk minbər 654-cü ilə (1256) qədər istifadə olunur. Həmin il baş vermiş yanğında minbər yandığı üçün Yəmən hökmdarı əl-Məlikül-Müzəffər Şəmsəddin tərəfindən göndərilən minbər 656-da (1258) yerinə yerləşdirilmişdir. Bu tarixdən sonra 666-da (1268) Sultan I Baybars, 797-də (1395) Məmlük sultanı Bərkük, 820-də (1417) bir başqa Məmlük sultanı Şeyx əl-Mahmudi tərəfindən minbər yenilənmiş və ya yenisi göndərilmişdir. 886-cı ildə (1481) minbər təkrar yandığı üçün Mədinəlilər tərəfindən kərpic və gipsdən yenidən düəzldilmiş, eyni minbər 888-ci ildə (1483) Sultan Kayıtbay tərəfindən göndərilən mərmər minbərlə dəyişdirilmişdir. 998-ci ildə (1590) Osmanlı sultanı III Muradın İstanbulda emal etdirib bəzətdiyi mərmər minbər, Mədinəyə göndərildiyində Kayıtbayın minbəri Kuba məscidinə aparılmışdı. Hələ də Sultan III Muradın minbəri Məscidi-Nəbəvidə istifadə olunmaqdadır.

Peyğəmbər məscidinin Bəqi qəbiristanlığından görünüşü
Peyğəmbər məscidi