Manaf Tlas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Manaf Tlas
ərəb. مناف طلاس
Şəxsi məlumatlar
Doğum tarixi 1964
Doğum yeri
Vətəndaşlığı
Atası Mustafa Tlas
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti Suriya
Qoşun növü Suriya Silahlı Qüvvələri (1984-2012)
Hərbi hissə Suriya Respublikası Qvardiyası (1984-2012)
Xidmət illəri 1984-2012
Rütbəsi briqada generalı
Döyüşlər
Əlaqələri

Manaf Mustafa Tlas (ərəb. مناف طلاس‎; 1964, Ər-Rəstən) — Suriya hərbi zabiti, Suriya Respublikası Qvardiyasının keçmiş briqadiri və 2012-ci ildə fərarilik edənə qədər Bəşər Əsədin yaxın çevrəsinin üzvü.[2][3][4]

Tlas 1964-ci il tarixində Suriyanın Homs şəhəri yaxınlığındakı Rastan kəndində,[5] yerlilər arasında görkəmli bir sünni müsəlman ailəsində anadan olmuşdur.[6] Onun atası Əbdülqədir Tlas Osmanlı dövründə türk qarnizonlarına sursat sataraq dolanan bir sünni zadəgan idi.[7] Digər tərəfdən, ailəsinin üzvləri Birinci Dünya müharibəsindən sonra fransız işğalçılar üçün də çalışır.[8] Atasının nənəsi çərkəz mənşəli, anası isə türk əsilli idi.[9] Tlasın anası vasitəsi ilə bəzi ələvi əlaqələrinə sahib olduğu deyilir.[10]

Tlas Hafiz Əsədin böyük oğlu və 1994-cü ildə baş verən qəzada ölümünə qədər varisi olan Basil Əsədin yaxın dostu idi.[11] O, daha sonra Bəşər Əsəd ilə dostlaşır, Əsədlə birlikdə hərbi kollecdə oxuyur.[12] Bəşər Əsəd Manaf ilə Firas Tlas qardaşlarını öz həmyaşıdları və dostları kimi qəbul edirdi.[13]

Tlas 2000-ci ildə Hafiz Əsədin ölümündən sonra Bəşər Əsədin sağ əlinə çevrilir.[7] O, həmin il Bəəs Partiyası Mərkəzi Komitəsinin üzvü olur.[14][15][16] Tlas gələcək illərdə liderliyə potensial namizəd olaraq da qəbul edilirdi.[7] O, 2005-ci ilin iyun ayında yenidən Bəəs Partiyası Mərkəzi Komitəsinə seçilir.[13]

Tlas Bəşər Əsədi sünni tacir təbəqəsinin üzvlərinə təqdim edərək onun dəstək bazasının inkişaf etməsinə kömək olmağa çalışır. Tlas 2005-ci ildə də islahatların tərəfdarı idi, lakin Əsədin islahat üçün ən yaxşı ümid olduğunu vurğulayır. Tlasın 2011-ci ildə Suriyadakı üsyan dövründə Suriya müxalifəti ilə uğursuz danışıqlar apardığı bildirilir.[17]

Tlas 2011-ci ildə başlayan üsyanı yatırmaq üçün istifadə olunan əsas hərbi hissələrdən biri olan Respublika Qvardiyasının briqadiri təyin edilir.[18] Bu briqadaya hakimiyyətə gəlməmişdən əvvəl Bəşər Əsəd, 1994-cü ildə vəfat edənə qədər isə Basil Əsəd rəhbərlik edirdi.[19]

Tlasın təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılıq tətbiq etməsindən getdikcə daha çox qəzəbləndiyi bildirilirdi.[12] O, 2011-ci ilin mart ayında müxalifət ilə hökumət arasındakı ilk görüşmədə iştirak edir, dialoq qurmağa və siyasi həll tapmağa çalışır. O, Suriyada müxalifət ilə danışıqlar apararaq barışıq səylərində iştirak edir.[20] Lakin bu barışıq səylərinin 2011-ci ilin mayından ev dustaqlığına, 2012-ci ilin iyulunda fərarilik etməsinə səbəb olduğu deyilir.[12]

Tlasın qiyamdakı rolu barədə müxtəlif fəallardan məlumatlar var. Bəziləri onun ev dustaqlığında olduğunu və 2011-ci ildən bəri ordu vəzifəsindən azad olduğunu iddia edirdi. Tlass ailəsinin məmləkəti olan Ər-Rastan həmin dövrdə ordudan fərarilik edənlərin bazasına çevrilir. Bəzi fəallar ailənin qiyam simpatiyasına şübhə etdikləri üçün bir müddət ciddi nəzarət altında olduqlarını da ifadə edirdilər.[19]

Tlas Bəşər Əsəd ilə suriyalı olmayan, lakin Suriyadan getmədən bir neçə gün əvvəl Əsədin yanında olan aparıcı bir siyasi xadim vasitəsilə görüşməyə çalışır. Lakin görüş baş tutmur.[21]

Tlas 23 digər zabit ilə birlikdə[22] 2012-ci ilin iyun ayının əvvəllərində, Suriya kəşfiyyat orqanlarının onların müxalifət üzvü olduqlarını aşkar etdikdən sonra Türkiyəyə tərəf qaçır.[23] Suriya Milli Şurasının üzvü Bəşər Hiraki daha sonra Manaf Tlasın hökumətin əsas simalarından biri olduğunu və onun fərarilik etməsinin Bəşər Əsədin azalan gücünü bir işarəsi olduğunu bildirir.[18] Bu hadisə Suriyada yüksək rütbəli hərbi komandirin ilk fərarilik etməsi halı kimi qiymətləndirilir.[24] 6 iyul 2012-ci il tarixində Fransa Xarici İşlər Naziri Loran Fabius Manaf Tlasın ailəsinə qovuşması üçün[25] Paris şəhərinə getdiyini açıqlayır.[26]

Manaf Tlasın Dəməşq şəhərindən çıxarkən arvadının və oğlunun Beyrut şəhərində olduğu da məlum olur. Tlassın fərarilik etməsindən sonra onu həyat yoldaşı və oğlu Beytut şəhərini tərk edərək Fransaya, Paris şəhərinə gedirlər.[21]

  1. "By All Means Necessary!" (PDF). Human Rights Watch. December 2011. 31 January 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 July 2012.
  2. "Top Syrian general 'defects to Turkey'". The Guardian. 5 July 2012. 8 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
  3. Sharp, Jeremy M. "Unrest in Syria and U.S. Sanctions Against the Asad Regime" (PDF). Congressional Research Service. 9 August 2011. 6 March 2013 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 6 July 2012.
  4. "Syria: Defection Rumors Rife; Annan Diplomacy Founders". Eurasia Review. 13 March 2012. 8 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  5. Ivan Briscoe; Floor Janssen Rosan Smits. "Stability and economic recovery after Assad: key steps for Syria's post-conflict transition" (PDF). Clingendael. noyabr 2012: 1–51. 19 noyabr 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 7 mart 2013.
  6. "The Man who Enraged the Palestinians: Syrian Defense Minister Mustafa Tlas". The Estimate (ingilis). 13 sentyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  7. 1 2 3 "Lt. Gen. Mustafa Tlass". Middle East Intelligence Bulletin. 2 (6). 1 July 2000. 26 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2012.
  8. Kechichian, Joseph A. "Syria is bigger than individuals, says defected brigadier". Gulf News (ingilis). 27 iyul 2012. November 7, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2020.
  9. Batatu, Hanna, Syria's Peasantry, the Descendants of Its Lesser Rural Notables, and Their Politics (ingilis), Princeton University Press, 1999, səh. 218 (Table 18-1), ISBN 140084584X
  10. Bar, Shmuel. "Bashar's Syria: The Regime and its Strategic Worldview" (PDF). Comparative Strategy (ingilis). 25. 2006. October 29, 2007 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 oktyabr 2020.
  11. Ketz, Sammy. "Manaf Tlass: from golden boy to dissident". AFP. 6 July 2012. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  12. 1 2 3 "Profile: Manaf Tlas". BBC. 6 July 2012. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  13. 1 2 Raymond Hinnebusch. "The Ba'th Party in Post-Ba'thist Syria: President, Party and the Struggle for 'Reform'". Middle East Critique. 20 (2). 2011: 109–125. doi:10.1080/19436149.2011.572408.
  14. "President Hafez al Assad with Manaf Tlass, a young officer in the Syrian Army and son of his long-time friend Mustapha Tlass Next Previous". Syrian History. 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  15. Alan George. Syria: Neither Bread Nor Freedom. Zed Books. 6 September 2003. səh. 9. ISBN 978-1-84277-213-3. 22 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2013.
  16. Sami Moubayed. "The faint smell of jasmine". Al Ahram Weekly. 744. 26 May – 1 June 2005. 25 March 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 March 2013.
  17. "Bashar al-Assad's inner circle". BBC News. 6 July 2012. 31 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
  18. 1 2 Neil MacFarquhar. "Military Confidante of Syria's Assad Is Reported to Have Defected". The New York Times. 6 July 2012. 14 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  19. 1 2 Nour Malas. "Defected Syrian General Heads to Paris as Diplomats Meet". The Wall Street Journal. 6 July 2012. 21 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  20. "Manaf Tlas: Syrian regime 'taking country to Hell'". BBC. 6 July 2012. 4 November 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  21. 1 2 Nasser Charara. "Manaf Tlass: The Defection Story". Al Akhbar. 18 June 2012. 20 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 June 2012.
  22. "Syria death toll up as high-ranking army supporter of Assad defects to Turkey". Al Arabiya. 5 July 2012. 6 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
  23. "Report: Top Syrian officer, a close friend of Assad, defects and flees to Turkey". Haaretz. 5 July 2012. 28 January 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2020.
  24. "Senior Assad ally defects to Turkey". Sky News. 6 July 2012. 29 November 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  25. Sly, Liz. "Senior Syrian military officer defects". The Washington Post. 6 July 2012. 6 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.
  26. "'Top Syrian defector' Manaf Tlas heads for Paris". BBC. 6 July 2012. 31 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2012.