Milena Yesenka
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Milena Yesenka | |
---|---|
çex. Milena Jesenská | |
Təxəllüsü | Milena[4] |
Doğum tarixi | 10 avqust 1896[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 17 may 1944[1][3][…] (47 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d] |
Həyat yoldaşları | |
Uşağı |
|
Atası | Yan Esenski[d] |
Fəaliyyəti | yazıçı, jurnalist, tərcüməçi, publisist, redaktor |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Milena Yesenka (çex. Milena Jesenská 10 avqust 1896[1][2], Praqa, Sisleytaniya[5][4] – 17 may 1944[1][3][…], Ravensburyuk həbs düşərgəsi[4]) — Çex əsilli yazıçı, jurnalist və tərcüməçi.
Frans Kafka ilə olan şəxsi münasibətləri ilə tanınmışdır. Frans Kafka tərəfindən 1920-ci ildə yazılmış Milenaya məktublar əsərində Kafka və Milena arasında qısa müdddət davam etmiş sevgi məktubları təsvir olunmuşdur. Siyasi fəaliyyəti səbəbindən 1944-cü ildə Nasist Almaniyası tərəfindən həbs edilərək Ravensbrük həbs düşərgəsinə göndərilmiş və elə həmin düşərgədə tutduğu böyrək çatışmazlığı səbəbindən 47 yaşında vəfat etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Milena Yesenka 1896-cı ilin 10 avqust tarixində Avstriya-Macarıstan imperiyasının Praqa şəhərində, kübar cəmiyyətə mənsub bir ailədə anadan olmuşdur. Elit cəmiyyətin şərtlərini və həyat standartlarından imtina etdiyi üçün atası ilə münasibətləri pisləşmiş və atası tərəfindən ruhi əsəb xəstəxanasına göndərilmişdir. Xəstəxanaya göndərilməsinin əsəs səbəblərindən biri də yəhudi-alman kökənli şəxsə (Ernst Pollak) aşiq olması və bu sevginin atası tərəfindən rədd edilməsi idi. Ruhi əsəb xəstəxanasında qaldığı bir il, Milenanın həyatının ən ağır dövrlərindən biri hesab olunur. Mənəvi sarsıntılar keçirdən yazıçı düşdüyü vəziyyətdən xilas olmaq üçün narkotik maddələr belə qəbul etməyə başlamışdır. Xəstəxanadan çıxdıqdan sonra atası ilə olan bütün münasibətlərini kəsərək özünü tərcüməçi kimi sınamağa başlamışdır. Milena Yesenkanın Frans Kafka ilə tanış olmasıda tərcüməçilik fəaliyyəti ilə əlaqədardır.
Əslən çex olmasına baxmayaraq əsərlərini almanca yazan və Milena Yesenka vasitəsilə bəzi əsərlərini çex dilinə tərcümə etdirən Frans Kafka Milena Yesenka ilə əməkdaşlığa başlayır. İşgüzar əməkdaşlıq qısa zaman ərzində sevgiyə çevrilir və beləliklə hər iki şəxsi həyatına əhəmiyyətli dərəcədə təsir edəcək münasibətin əsası qoyulmuş olur. Frans Kafka və Milena arasındakı münasibət qarşılıqlı məktublaşmalar ilə başlamışdır. Kafka bu məktublaşmaları sonradan Milenaya məktublar əsərində toplamışdır.
Kafka ilə Milena arasında olan münasibət bir necə ay davam etmişdir. Kafka sağlamlığında baş verən geriləmələrin əsas səbəbi kimi yaşadığı sevgi münasibətini gördüyündən Milena ilə olan əlaqələrini sonlandırmışdır. Milena Yesenka Avropada gizli formada fəaliyyət göstərən sosialist qruplarla əməkdaşlıqlar edərək Nasist Almaniyası əlehinə gizli formada nəşr olunan qəzet və bukletlərin hazırlanmasında iştirak etmişdir. 1944-cü ildə Nasional Sosialist Alman Fəhlə Partiyası tərəfindən həbs olunaraq Ravensbrük həbs düşərgəsinə göndərilmiş və burada saxlanılmışdır. 1944-cü ilin 17 may tarixində saxlanıldığı düşərgədə ağır məişət şəraitinin səbəb olduğu böyrək çatışmazlığından 47 yaşında vəfat etmişdir.
Frans Kafka və Milena Yesenka arasındakı sevgi macərasından bəhs edən Milenaya məktublar romanı 2015-ci ildə Qanun Nəşriyyatı tərəfindən Azərbaycan dilində nəşr olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 The Fine Art Archive. 2003.
- ↑ 1 2 Miléna Jesenská // FemBio database (alm.).
- ↑ 1 2 3 4 5 Çex Milli Hakimiyyət Məlumat bazası.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #118557467 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Mary Hockaday. Kafka, Love, and Courage: The Life of Milena Jesenská. New York: The Overlook Press, 1997.
- Marta Marková-Kotyková. Mýtus Milena : Milena Jesenská jinak. Praha: Primus, 1993.
- Alena Wágnerová. Milena Jesenská. Prague: Prostor, 1996.
- Jaroslav Dressler. "Kafkova Milena." Archa, 1982.
- Alena Wágnerová. Dopisy Mileny Jesenské. Prague: Prostor, 1998.
- 10 avqustda doğulanlar
- 1896-cı ildə doğulanlar
- Praqada doğulanlar
- 17 mayda vəfat edənlər
- 1944-cü ildə vəfat edənlər
- 47 yaşında vəfat edənlər
- Almaniyada vəfat edənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Çexiyada doğulanlar
- Frans Kafka
- Jurnalistlər
- Qadın jurnalistlər
- İkinci Dünya müharibəsində həlak olanlar
- Çexiya tərcüməçiləri
- Çex tərcüməçilər
- Çexiya yazıçıları
- Çex yazıçılar