Monjisar döyüşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Monjisar döyüşü
İkinci Səlib yürüşü
Monjisar döyüşünü təsvir edən səhnə
Tarix 25 noyabr, 1177
Yeri Monjisar, Ramla yaxınlığında
Nəticəsi Səlibçilərin qəti zəfəri
Münaqişə tərəfləri

Qüds krallığı
Məbəd cəngavərləri

Əyyubilər

Komandan(lar)

IV Boduin
Şatilyonlu Reynald
Eudes de St. Amand

Səlahəddin Əyyubi

Tərəflərin qüvvəsi

374 cəngavər
80 məbəd cəngavərləri[1]
~3000-5000 piyada

~ 26000

İtkilər

1100 ölü
750 yaralı

~20000

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monjisar döyüşü - Əyyubilər ilə Qüds krallığı arasında 1177-ci ilin 25 noyabr tarixində baş vermiş döyüş. Cüzam xəstəsi olan 16 yaşındakı Qüds kralı IV Boduin sayca az olan ordusu ilə Səlahəddin Əyyubini məğlub etmişdir. Ağır şəkildə məğlub olan müsəlman ordusundan çox az əsgər sağ qalmışdı.

Döyüşdən qabaqkı vəziyyət

[redaktə | mənbəni redaktə et]

1177-ci ildə Qüds kralı IV Boduin bölgəyə gələn Alzaslı Filiplə birlikdə Bizans İmperiyasının da dəstəyini alaraq Misirə hücum etməyi planlaşdırırdı. Buna baxmayaraq bu planlar uğursuz oldu. Həmin dövrdə Səlahəddin Əyyubi Qüdsü tutmaq üçün hazırlaşırdı. Səlahəddin Əyyubinin planlarından xəbərdar olan IV Boduin şəhərin müdafiəsini münasib bir yerdə təşkil etmək üçün 375 cəngavərlə[2] birlikdə Askalona doğru irəliləməyə başladı. Burada IV Boduin təqribən 26000 nəfərlik qüvvə ilə onun qarşısına çıxan Səlahəddin Əyyubi tərəfindən dayandırıldı. IV Boduinlə birlikdə Hələbdəki həbsdən yeni qurtulmuş III Reymond da orada idi. Səlahəddin Əyyubinin qatı düşməni olan III Reymond cüzam xəstəsi olan 16 yaşlı IV Boduin ağır xəstə olduğu üçün orduya komandanlığı öhdəsinə götürdü. III Reymondla yanaşı Səlibçilərin ordusunda Məbəd cəngavərlərinin başçısı Eudes de St. Amand, İbelinli Boduin, qardaşı Beliyan, Sidonlu Recinald və Urfalı Yoşelin də vardı. Askalondakı IV Boduinə kömək etməyə çalışan başqa Məbəd cəngavəri qrupu Qəzzədə mühasirəyə düşdüyündən köməyə gələ bilmədi.

Döyüşün gedişi

[redaktə | mənbəni redaktə et]

Səlahəddin Əyyubi Qüdsə doğru irəliləməyə davam etdi. O, IV Boduinin sayca az olan ordusu ilə ona mane ola bilməyəcəyini düşünürdü. Ramla, Lydda və Arsufa hücum etdi. Səlahəddin Əyyubi orduya qarət etməyə icazə vermişdi. Qüds kralının qarşısını almaq üçün geridə saxladığı qüvvələrin yetərsiz olduğundan və Səlibçilərin onun ordusuna doğru yaxınlaşdığından xəbərsiz idi. Sahil boyunca irəliləyən Səlibçilər Ramla yaxınlığında, Monjisarda Əyyubilərlə qarşılaşdılar. Səlahəddin Əyyubi gözləmədiyi anda hücuma məruz qaldı. Ordusu dağınıq, uzun yürüş səbəbindən yorğun və hazırlıqsız idi. Səlibçilər hazırlıqsız halda yaxaladıqları Əyyubi ordusuna hücum edərək onlara böyük zərbə vurdu. Ordusunun böyük hissəsini itirən Səlahəddin Əyyubi sağ qaldı. Gecəyə qədər Səlahəddin Əyyubini təqib edən IV Boduin daha sonra Askalona geri çəkildi. Şəxsi mühafizəçiləri olan məmlük əsgərlərindən başqa bütün ordusunu itirən Səlahəddin Əyyubi uzun və yorucu irəliləyişdən sonra Misirə geri dönə bilmişdi.

Döyüşdən sonra

[redaktə | mənbəni redaktə et]

Misir və Suriyadakı hakimiyyətini itirməkdən qorxan Səlahəddin Əyyubi Səlibçilərin məğlub olması xəbərini yaydı. Qələbəsini ölümsüzləşdirmək istəyən IV Boduin isə döyüşün baş verdiyi yerdə monastır inşa etdirdi. Qələbəyə baxmayaraq Səlibçilər də ciddi itki vermişdi. 1100 nəfər ölmüş, 750 əsgər də yaralanmışdı. Səlahəddin Əyyubi məğlub olduğu üçün mühasirə altındakı Harimə kömək göndərə bilmədi. 1179-cu ildə isə Səlahəddin Əyyubi yenidən ordu toplaya bildi və hücumlara başladı. Həmin ildə Marc Əyyun döyüşündə Qüds krallığını məğlub etdi. 1187-ci ildə Hattin döyüşündə həlledici qələbə qazanan Səlahəddin Əyyubi Qüdsü mühasirəyə alaraq, tutmağı bacarmışdı.

  • 2005-ci ildə çəkilmiş Cənnətin krallığı filmində bu döyüş göstərilməsə də, IV Boduinin 16 yaşında olarkən Səlahəddin Əyyubini məğlub etməsi məlumatı verilmişdi.
  • 2007-ci ildə İsveç tərəfindən çəkilmiş Arn - Məbəd cəngavəri (isv. Arn – Tempelriddaren) filmində Arn Maqnusson adlı Məbəd cəngavəri Monjisar döyüşündə iştirak edirdi.
  • Lane-Poole, Stanley (1906). Saladin and the Fall of the Kingdom of Jerusalem. Heroes of the Nations. London: G. P. Putnam's Sons
  • Lyons, M. C.; Jackson, D.E.P. (1982). Saladin: the Politics of the Holy War. Cambridge University Press. ISBN 978-0-521-31739-9
  • Baha ad-Din ibn Shaddad, The Rare and Excellent History of Saladin, ed. D. S. Richards, Ashgate, 2002
  • Willemi Tyrensis Archiepiscopi Chronicon, ed. R. B. C. Huygens. Turnholt, 1986
  • Bernard Hamilton, The Leper King and his Heirs, Cambridge University Press, 2000
  • Steven Runciman, A History of the Crusades, vol. II: The Kingdom of Jerusalem and the Frankish East, 1100-1187. Cambridge University Press, 1952
  • R. C. Smail, Crusading Warfare, 1097-1193. Cambridge University Press, 1956
  1. Paris, Paulin, Guillaume de Tyr et ses continuateurs, texte français du XIIIe siècle. Paris, Firmin-Didot, 1879-1880
  2. Tarixçi Tirli Uilyamın düşüncəsincə

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]