Muğan xaqan
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Muğan xaqan | |
---|---|
木桿可汗/木杆可汗 | |
554 – 572 | |
Əvvəlki | Qara İssıq xaqan |
Sonrakı | Taspar xaqan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | I minillik |
Vəfat tarixi | |
Vəfat yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | Bumın xaqan |
Uşaqları | Apa xaqan, İmperatriça Aşina |
Dini | Tenqriçilik |
Muğan xaqan (554-572) — Aşina sülaləsindən Göytürk xaqanı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Bumın xaqanın ikinci oğlu idi. Çjou kitabında və Şi-Ci kitabında onun haqqında "qəribə görünüşlü, qırmızı saçlı, lapis daşı kimi gözlərə sahib, qəddar, cəsur və bilikli" şəxs kimi qeyd olunur.
Hakimiyyəti
[redaktə | mənbəni redaktə et]Muğan xaqan 554-cü ildə taxta çıxan kimi ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Taspar xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi [1]. Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi.
Ki imperiyası ilə münasibətlər
[redaktə | mənbəni redaktə et]Jujanlar Şimali Ki imperiyası tərəfindən himayə olunurdu. 554-cü ildə imperator Vensüan Anaxuanın oğlu Anloçeni jujanlara xaqan təyin edərək Şoçjou ətrafı torpaqları onlara bağışladı. Muğan xaqan 563-cü ilin qışında Şimali Çjou imperiyası ilə ittifaqa girərək Ki dövlətinin ikinci paytaxtı Tayyuana hücuma başladı.564-cü ilin qışınacan yağmalayan Muğan xaqan daha sonra bozqıra geri çəkildi. 564-cü ilin qışında yenidən Ki torpaqlarına qayıdan Muğan xaqan Şimali Çjou qəyyumu Yuven Hunun Ki ilə sülh bağladığından xəbərsiz idi. Göytürklərdən qorxan Yuven sülhü pozaraq ona qoşulmuşdu.
İşğallar
[redaktə | mənbəni redaktə et]Onun dövründə əmisi İstəmi xaqanın başçılığı ilə göytürklər 555-ci ildə qərbə hərbi səfər etdi, Aral gölünə çatdı, Mərkəzi Qazaxıstanı, Yeddisunu, Xarəzmi ələ keçirdi. O, Aralın şimalında alanların, indiki macarların əcdadları uqorların ciddi müqavimətinə rast gəldi. 558-ci ildə türklər həmin qəbilələri məğlub edərək İdilə (Volqaya) çatdılar. İrana gedən türk elçilərinin eftalitlər (Ağ Hunlar) tərəfindən öldürülməsindən sonra, yenidən onların hücumları Mərkəzi Asiyaya yönəldi. Muğan xaqanın dövründə Göytürklər ən geniş sərhədlərinə çatmışdır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]Muğan xaqanın qızı Şimal Çjou imperatoru Yuven Vu ilə evlənmişdi. Digər oğulları isə Apa xaqan və Yanqsu Tigin idi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vəli Həbiboğlu "Türk dünyasının qüdrətli hökmdarları, xaqanları, sərkərdələri Bakı, 1995"
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Çjou kitabı
- Şi-Ci