Naqasaki bayraq insidenti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərgidəkinə oxşar olan, Çin Xalq Respublikası bayrağını əks etdirən poçt markası (1950).

Naqasaki bayraq insidenti (長崎国旗事件, Naqasaki kokki ciken?)1958-ci ildə Yaponiyanın Naqasaki şəhərində baş verən, Yaponiya ilə Çin Xalq Respublikası arasında münasibətlərin gərginləşməsinə səbəb olan hadisə.

Yaponiya 1972-ci ilə qədər Çin Xalq Respublikasını, eləcə də, onun milli bayrağını tanımamışdır. Bu məsələ Çin ilə Yaponiya arasında diplomatik problem olmuşdur.[1]

İnsidentə qədər Çin Xalq Respublikası nümayəndələrinin Yaponiyada öz bayraqlarından istifadə etməsi məsələsi sadəcə Yaponiyanı deyil, həm də Tayvandakı Çin hökumətini də maraqlandırırdı. Yaponiya hökuməti Çin Xalq Respublikası ilə diplomatik əlaqələrinin olmadığını və ÇXR bayrağının Yaponiya qanunvericiliyinə əsasən qorunmadığını bildirirdi.[1]

2 may 1958-ci ildə sağçı bir yapon gənc Yaponiya-Çin Dostluq Assosiasiyası tərəfindən təşkil olunan Çin poçt markaları sərgisinin keçirildiyi Naqasakidəki Hamaya alış-veriş mərkəzinin yaxınlığındakı ÇXR bayrağını endirmişdir. Şəxs həbs olunsa da, tezliklə azad edilmişdir. İnsident Yaponiyanın Çin Xalq Respublikasını tanımama məsələsini ön plana çıxarmışdır.[1]

İnsidentdən sonra Yaponiya ilə ÇXR arasındakı münasibətlər pisləşmişdir.[1] Yaponiya rəsmilərinin məsul şəxsi cəzalandırmaması Çin hökuməti tərəfindən mənfi qəbul edilmişdir.[2] Çin Yaponiya ilə ticarət əlaqələrini, mədəni və dostluq mübadilələrini dayandırmışdır. 1960-cı ilə qədər heç bir çinli ticarət nümayəndəsi Yaponiyaya gəlməmişdir.[1] İkinci Dünya müharibəsindən sonra Mancuriyadakı yaponların Yaponiyaya köçürülməsi üçün 1953-cü ildə başladılmış rəsmi proqram bu hadisə səbəbilə dayandırılmışdır.[3]

  1. 1 2 3 4 5 Huffman. səh. 165
  2. Wits, Casper. "Sino-Japanese Relations in the Year 1958: Steps Toward Reconciliation" (PDF) (ingiliscə). 5 (7). 2024-06-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 iyul 2024.
  3. Ward, Rowena. "Japanese government policy and the reality of the lives of the zanryū fujin". Portal: Journal of Multidisciplinary International Studies. 3 (2). iyul 2006: 1. doi:10.5130/portal.v3i2.142. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 iyul 2024.