Neqara məscidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İslam
Neqara məscidi
malay Masjid Negara
Din
Statusu Malayziyanın milli məscidi
Yerləşməsi
Ölkə  Malayziya
Şəhər Kuala-Lumpur
Memarlıq
İnşa tarixi 1963 – 1965
Memarı Hovard Eşli
Hişam Albakri
Baharuddin Kassim
Üslubu Müasir memarlıq[d]
Minarələrin sayı 1
Minarələrin hündürlüyü 73 metr
Tutumu 15,000 nəfər
Materialı beton
Vəziyyəti fəaliyyət göstərir
Neqara məscidi xəritədə
Neqara məscidi
Neqara məscidi
Saytı
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Neqara məscidiKuala-Lumpurda yerləşən Malayziyanın milli məscidi. Məscidin tutumu 15000 nəfərdir və 53,000 m² sahəni əhatə edən bağların arasında yerləşir. Orijinal struktur İctimai İşlər Nazirliyindən üç nəfərdən ibarət komanda tərəfindən hazırlanıb: Böyük Britaniyalı Hovard Eşli, Malayziyalı Hişam Albakri və Baharuddin Kassim. Məscid 1965-ci ildə keçmiş kilsənin yerində inşa edilib. Məscid hal-hazırda islam ölkəsi olan Malayziyanın mühüm rəmzi sayılır.

Məscidin layihələndirilməsi prosesi Hindistan, Pakistan, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İspaniyada yerləşən məscidlərdən ilhamlanaraq təxminən üç il vaxt aparıb. Məscidin əsas xüsusiyyətləri qatlanmış çətirə oxaşayan 73 metr hündürlüyündə minarənin və açılmış çətirə oxşayan 16 itiuclu ulduz formalı beton günbəzlərin olmasıdır. Əsas ibadət zalında günbəzin unikal dizaynı nəhəng açılmış çətir altında dayanan təəssüratını yaradır. Dam örtüyünün tam ortasında İstanbuldakı Sultan Əhməd camisindən ilhamlanaraq[1] alüminium üzərinə Quran ayələri həkk olunur.

Məscidin minarəsi

Malayziya 31 Avqust 1957 Britaniya hökumətindən öz dövlət müstəqilliyini əldə etdi. İqtisadiyyat, sosial və memarlıq sahələrində böyük inkişaf proqramları fəal şəkildə yeni hökumətin xətti ilə həyata keçirilib. Bu inkişaf proqramları yeni mütərəqqi mədəniyyəti və qazanılmış demokratiyanı təsvir etmək üçün idi. Ona görə də, 30 iyul 1957-ci ildə Federal İcraedici Şuranın iclasında ölkənin müstəqilliyinin rəmzi kimi milli məscid tikmək ideyası müzakirəyə çıxarıldı. 5 mart 1958-ci ildə keçirilmiş digər bir iclasda Malaya Federasiyasının 11 ştatının Baş Nazirləri ölkənin müstəqilliyinin tanınmasında xidmətləri olan Tunku Əbdül Rəhmanın şərəfinə məscidin adını Tunku Əbdül Rəhman Əl-Həc Putra qoyulmasını təklif etdilər. Lakin, Tunku Əbdül Rəhman bu şərəfdən imtina etdi və qan tökülmədən ölkənin sülh şəraitində müstəqilliyi üçün təşəkkür əlaməti olaraq, o məscidi Neqara adlandırdı.[2]

Məscid 1987-ci ildə əsaslı təmir olunub və çəhrayı beton dam örtüyü yaşıl və göy rəngli kirəmitlərlə əvəzlənib. Yeraltı keçid dəmiryol stansiyasının yaxınlığında yerləşən məscidə gətirib çıxarır. Məscidin öz unikal dizaynı müasir ənənəvi islam incəsənət xəttatlıq və ornamentlərinin müasir ifadəsini özündə təcəssüm etdirir . Məscidin yaxınlığnda bir neçə Malayziyalı siyasətçi və liderin dəfn olunduğu Makam Pahlavan[ing.] (Qəhrəmanlar Mavzoleyi) yerləşir. Makam Pahlavan 7 itiuclu ulduz formalı dam örtüyü strukturuna malikdir.[3]

  1. "MASJID NEGARA (NATIONAL MOSQUE)". itc.gov.my. 13 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 may 2015.
  2. "NATIONAL MOSQUE". itc.gov.my. 28 May 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 may 2015.
  3. "National Mosque". expedia.com. 25 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2015.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]