Ohrili Hüseyn Paşa
Ohrili Hüseyn Paşa | |
---|---|
أوهريد مع حسين باشا | |
9 mart 1621 – 17 sentyabr 1621 | |
Əvvəlki | İstanköylü Çələbi (Gözəlcə) Əli Paşa |
Sonrakı | Dilavər Paşa |
Vəzifədədir | |
20 may 1622 (1 günlük) | |
Əvvəlki | Dilavər Paşa |
Sonrakı | Qara Davud Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | XVI əsr |
Doğum yeri | Oxrid |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Ohrili Hüseyn Paşa (XVI əsr, Oxrid – 20 may 1622, Konstantinopol) — II Osman dönəmində 9 mart 1621 – 17 sentyabr 1621 tarixlərində və 20 may 1622 tarixində bir günlük, ümumilikdə 6 ay 9 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Hal-hazırda Makedoniya ərazisində yerləşən Ohri şəhərində alban əsilli bir ailədə dünyaya gəlmişdir.[1] Bostancılar ocağında təhsil almış və bostancıbaşı olmuşdur. 1617-ci ildə baş tutan İrəvan səfərinə qatılmış və səfər əsnasında yeniçəri ağalığına yüksəldi. Ardından Rumeli bəylərbəyi və qübbə vəziri seçildi. 1621-ci ilin mart ayında vəfat edən sədrəzəm Əli Paşanın yerinə sədarətə gətirildi.
II Osmanın Lehistan səfərinə qatıldı və bu səfər əsnasında Qaraqaş Mehmed Paşaya kömək etməmiş və paşanın şəhid olmasına səbəb olmuşdur. Buna görə də vəzifədən alınaraq yerinə Dilavər Paşa sədarətə gətirilmişdir.[1]
Sədarətdə ikən II Osmana yeniçəriləri təhrik etməməsi barədə Ohrili Hüseyn Paşanın verdiyi nəsihətlər nəticəsiz qaldı. 19 may 1622 tarixində başlanan üsyanın ilk günü üsyançılar tərəfindən edam olunan sədrəzəm Dilavər Paşanın yerinə sədarətə gətirildi. Yeni sədrəzəm və yeniçəri ağası Qara Əli ağa üsyançılarla razılığa gəlmək üçün Şahzadəbaşı məscidinə gəldilər. Bu əsnada II Osman Ağaqapısına sığındı.[2] Ancaq üsyançılar sakitləşmirdi. 20 may tarixində bura hücum edən üsyançılar II Osmanı ələ keçirib təhqir edərək küçələri gəzdirməyə başladı. Bu əsnada qaçmağa çalışan Ohrili Hüseyn Paşa üsyançılar tərəfindən ələ keçirildi və oradaca qətlə yetirildi. Beləliklə, Ohrili Hüseyn Paşanın ikinci sədarəti yalnız bir gün davam etdi.[2] Paşanın məzarı Beşiktaş səmtindəki Yəhya Əfəndi türbəsinə dəfn olundu.