Olimpiya yolu
Olimpiya Yolu ümumiyyətlə isə Uembli Yolu kimi tanınan bu yol İngiltərənin paytaxtı London şəhərində yerləşən Uembli Park metro stansiyasına və Uembli stadionu tərəfə bağlayan yoldur. Stadionda keçirilən bütün tədbirlərdən öncə minlərlə tamaşaçı məhz bu yoldan istifadə edərək stadionun girişinə yaxınlaşır. Məhz bu yol London metropolitenindən çıxarkən stadiona tərəf yönələn ən asan yoldur.
Uembli Yolu İkinci dünya müharibəsindən sonra alman əsirlər tərəfindən bir neçə il ərzində tikilmişdr və bu əsirlər bu günə qədər Böyük Britaniya tərəfindən nəzarət altındadır. Başlanğıcda onlar Londonda keçirilmiş 1948 Yay Olimpiya Oyunları ərzində işləri görməkdən qəsdən boyun qaçırdılar lakin sonradan onların vəzifəsi mətbuatda yayımlanmış tənqidi yazı səbəbiylə dəyişdirildi; "Bunu fərz etmək olar ki, Əmək Nazirliyi könülsüz olan qul əməyinin yerli və xaricdən gələn ziyarətçilərin gözü qarşısında istifadə etmədən öncə çox dərindən düşünəcək." Əvəzində onlar daha az göz pnündə olan tikinti obyektlərində çalışdırıldılar.[1]
-
Uembli Stadionundan görünən Uembli Yolu
-
Cənub tərəfdən görünən yeni Uembli Stadionu və Uembli Yolu, Yanvar 2007
-
Olimpiya Yolu ilə bağlantısı olan Uembli Stadionunun xəritədə görünüşü
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Wembly Way built by German Prisoners of War" Arxivləşdirilib 2019-04-30 at the Wayback Machine, BBC News, 15 March 2010