42°36′00″ c. e. 73°57′00″ q. u.HGYO

Pataqoniya arxipelaqı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pataqonoya arxipelaqı
isp. Archipiélago de Patagonia
Ümumi məlumatlar
Ən böyük adası Vellinqton (ada)
Hündür nöqtəsi 1341 m
Yerləşməsi
42°36′00″ c. e. 73°57′00″ q. u.HGYO
Ölkə  Çili
Akvatoriya
Pataqonoya arxipelaqı xəritədə
Pataqonoya arxipelaqı
Pataqonoya arxipelaqı
Pataqoniya arxipelaqı (Cənubi Amerika)
Pataqoniya arxipelaqı
Pataqoniya arxipelaqı, Cənubi Amerika

Pataqoniya arxipelaqı (isp. Archipiélago de Patagonia) — Cənubi Amerikanın Sakit Okean sahillərində, Çilinin cənub-qərbində bir sıra adalar qrupunu və minlərlə kiçik ada və qayaları özündə birləşdirən arxipelaq.

Adalar materik məşəllidir. Buradan Sahil Andları keçir. Sahilləri fiordlarla parçalanıb. Bütünlüklə dağlıq relyefə malikdir. Ən hündür nöqtəsi 1341 metr təşkil edir (Santa-İnes a.)

Qrupa aşağıdakı arxipelaqlar daxildir:

  • Çiloe arxipelaqı (Archipiélago de Chiloé)
  • Quaitekas arxipelaqı (Guaitecas Archipelago)
  • Çonos arxipelaqı (Chonos Archipelago)
  • Quayaneko arxipelaqı (Guayaneco Archipelago)
  • Kampana arxipelaqı (Campana Archipelago)
  • Marde-de-Dios arxipelaqı (Archipiélago Madre de Dios)
  • Karaleva Adelaida arxipelaqı (Queen Adelaide Archipelago)

Ən iri adaları: Çiloe, Vellinqton (ada), Santa-İnes, Maqdalena, Littl Vellinqton, Kampana, Madre-de-Dios. Ən əsas limanı və şəhəri Çiloe adasında yerləşən Ankuddur.

İqlimi okeanın təsirinə məruz qaldığından rütubətlidir. İl ərzində 3000 mm yağıntı düşür. Bu xüsusiyyət onu dünyanın ən rütubətli ərazilərdən biridir. Orta aylıq temperatur +3°S, +7°S — +9°S, +14°S arasında dəyişir.

Adalarda qarışıq meşələrə rast gəlinir. Şimalda həmişə yaşıl bitkilər, cənubda isə yarpağını tökən bitkilərdən təşkil olunmuş meşələrdən ibarətdir. Arxipelaqın ərazisində Ernan-do-Maqalyanes milli parkı yerləşir.