Pitsa lövhələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pitsa lövhələri
Tarixi e.ə.540
Materialı ağac
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pitsa lövhələri — 1935-ci ildə Yunanıstandakı qədim Sikion şəhəri yaxınlığında Pitsada tapılmış dörd taxta lövhədən ibarət dəst. Müəyyən bir nəzir obyektinin salamat qalmış bu fraqmentləri qədim Yunanıstanın arxaik incəsənət dövrünə aiddir və qədim dəzgah rəssamlığının sağ qalmış ən qədim nümunəsi hesab olunur. E.ə. VI əsrə aiddir. Onlar Afina Milli Arxeologiya Muzeyinin eksponatıdır.[1]

Bütün lövhələrdən yalnız birində rəsm demək olar ki, tamamilə salamat qalmışdır. Sağ küncdəki ikinci planşetdə profildə dörd qadının təsviri var. Digər iki lövhə paltarın ətəyini təsvir edən fraqmentlərdir.[1]