Portal:Ateizm

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Ateizm portalına
xoş gəlmisiniz!

Seçilmiş məqalə

borderless

AteizmTanrıların mövcudluğuna inamın olmaması. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada ateizm xüsusilə heç bir tanrı yoxdur, mövqeyidir. Ateizm ən azı bir tanrının mövcudluğuna inam ilə ümumi mənada teizmlə ziddiyyət təşkil edir. Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (tələffüz: ateos), mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı bir söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks əhali tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriləşdirilməsində istifadə edilirdi. Ateizm termini aktual olaraq 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər azad düşüncənin yayılması, skeptisist sorğulama və dəvamında dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar. Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə qeyd olunan, insan ağılının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu. Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır. İlahi varlıqlara inanmamaq üçün empirik sübutların olmaması, fənalıq problemi, ziddiyyətli dini mətinlər, yanlışlanma potensialı ola bilən konsepsiaların rədd edilməsi, inançsızlıq arqumentləri iləri sürülür. Bəzi ateistlərin sekulyar fəlsəfəni mənimsəməsinə baxmayaraq, bütün ateistlərin riayət etdiyi bir ideologiya və ya davranış dəsti yoxdur. Ateizm teizmdən daha həssas bir mövqedədir hansı ki, tanrının mövcud olmadığının sübut olunması ateistlər üzərinə şamil edilmir, ancaq teizmin məntiqliliyini təmin etmək üçün teistlər tanrının mövcudluğunu sübut etməlidir. Lakin başqaları belə bir mövqedə olma fikri ilə razılaşmırdılar.

Seçilmiş şəkil

Müəllif: Lawrencekhoo

Uçan Spagetti Əşdahası "balıq" emblemi İxtis simvolunun bir parodiyasıdır. Bu simvol Uçan Spagetti Əjdəhasını təsvir edir

Əlaqəli portallar


Cəmiyyət Fəlsəfə Sosiologiya Psixologiya Elm
 

Seçilmiş şəxsiyyət

Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov (12 iyul 1812-ci il, Nuxa, Rusiya İmperiyası — 26 fevral 1878-ci il, Tiflis) — Azərbaycanlı yazıçı, maarifçi, şair, materialist filosofu və ictimai xadim, Azərbaycan dramaturgiyası və Azərbaycan ədəbiyyatında ədəbi tənqidinin banisi, "müsəlman Molyeri" titulunun sahibidir. Axundov həmçinin romantik və müasir iran millətçiliyinin sələflərindən biri idi. Mirzə Fətəli Axundov 1812-ci ildə Nuxa şəhərində anadan olmuşdur. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbrizyaxınlığındakı Xamnə qəsəbəsinə köçmüşlər. O, 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşamışdır. 1825-ci ildə anası ilə Şəkiyə qayıtmışdır. Fətəlinin ruhani olmasını istəyən anasının əmisi Axund Hacı Ələsgər 1832-ci ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə dahi Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənmişdir. Bu göruş Mirzə Fətəlinin həyat və yaradıcılığına, ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir. Dövrünün müasir elmləri ilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılmış rus məktəbinə daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə o, Tiflisə getmiş, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunmuş və ömrünün sonuna qədər bu vəzifədə çalışmışdır. 1873-cü ildə ona polkovnik hərbi rütbəsi verilmişdir. 1851-ci ildə Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinə üzv seçilən Axundov sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işlərinə cəlb olunur. O, "Əkinçi" qəzetinin nəşrinə böyük əhəmiyyət vermiş, onun səhifələrində "Vəkili Milləti-Naməlum" imzası ilə məqalələr dərc etdirmişdir. Axundov bədii yaradıcılığına şeirlə başlamışdır ("Səbuhi" təxəllüsü ilə). O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Mirzə Fətəli İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların lüzumluluğu fikrini müdafiə edirdi.

Bilirsinizmi...

Karl Marks

Ateizm Vikixəbərdə  Ateizm Vikisitatda  Ateizm Vikikitabda  Ateizm Vikimənbədə  Ateizm Vikilüğətdə  Ateizm Vikiversitetdə  Ateizm Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar