Qüdrət Səmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qüdrət Səmədov
Şəxsi məlumatlar
Doğum tarixi 4 aprel 1904(1904-04-04)
Doğum yeri
Vəfat tarixi 8 yanvar 1972(1972-01-08) (67 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi, kolxozçu[d]

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Səmədov Qüdrət Aşur oğlu (4 aprel 1904, Sarvan, Cavad qəzası8 yanvar 1972, Salyan, Salyan rayonu) — kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı.

Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində anadan olmuşdur. Pambıqçılığın inkişafında xidmətləri olub. İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir.

1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, Muğan tikinti idarəsində fəhlə, Sarvan kəndindəki "Qırmızı Azərbaycan" kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozda sədr olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.

Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olmuş, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib.

2 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.

Qüdrət Səmədov 1972-ci il yanvarın 8-də vəfat edib.

Anadan olmasının 100 illiyi yüksək səviyyədə qeyd edilib[1] və 100 illiyi münasibətilə sərbəst güləş üzrə respublika turniri keçirilib.[2]

Adına Salyan şəhərində küçə var.

Xalq Artisti Həsən Məmmədovun dayısıdır.

Haqqında yazılan kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Ağacavad Əlizadə "Qüdrət Səmədov" kitabı 1977
  2. "Ağ saçların dastanı" 2005.
  1. "Muğan ağsaqqalının 100 illiyi qeyd ediləcək". 2021-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-08.
  2. Salyanda Sosialist əməyi Qəhrəmanı Qüdrət Səmədovun xatirə turniri keçirilmişdir.[1] Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine