41°19′19″ şm. e. 48°23′23″ ş. u.HGYO

Qəçrəş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qəçrəş
41°19′19″ şm. e. 48°23′23″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Quba rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 859 m
Saat qurşağı
Əhalisi
Əhalisi 2316 (2009) nəfər
Xəritəni göstər/gizlə
Qəçrəş xəritədə
Qəçrəş
Qəçrəş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

QəçrəşAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir.[1]

Quba rayonunun ən böyük kəndlərindən biridir. Turizminə görə Azərbaycanda tanınan yerdir.

Qəçrəş oyk., mür. Quba r-nunun Qəçrəş i.ə.v.-də kənd. Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacındadır. Kəndin adı fars dilindəki kaç (fıstıq) və ras (tala, dağ ətəyi, çəmən) sözlərinin birləşməsindən əmələ gəlib, “fıstıqlı dağ ətəyi” mənasını verir. Yaşayış məskəninin adı yerin təbii şəraitini, relyefini əks etdirir.[2]

Kənddə mədəniyyət evi, 3 kənd sovetlik binası, poçt, 11 illik məktəb və bir məscid var.

1984-1985-ci illərdə bu kənddə kiçik güclü verici quraşdırılmışdır.[3]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
Qəçrəş kəndinin görünüşü

Rayon mərkəzindən kəndə olan məsafə 12 km-dır. Qəçrəş kəndi Qımılqazma kəndi ilə qonşudur və bir inzibati ərazi vahidliyinə daxildir. Kənddə çoxlu istirahət mərkəzləri fəaliyyət göstərir. İl ərzində kənd rayon büdcəsinə 500 000 AZN xeyir verir. Kənd demək olar ki hər tərəfdən meşə ilə örtülmüşdür. Çoxlu sayda təbii bulaqlar var. Bitki aləminə gəldikdə isə zəngin olduğunu demək olar. Meşədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlarada sıx sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan çapaq balıq tutmaq mümkündür.

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik tatarlardan (azərbaycanlılardan) ibarət hər iki cinsdən toplam 632 nəfər əhali yaşayırdı.[4] Əhalisini əsasən azərbaycanlılar təşkil edir. Burada az sayda ləzgilər də yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2316 nəfər əhali yaşayır.[5]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatıturizm üstünlük təşkil edir.

Kənddə Qəçrəş kənd məscidi dini icması fəaliyyət göstərir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. S. Quliyev. "Yaxın, uzaq dalğalar", "Kommunist" qəzeti, Bakı, 22 may 1986.  (az.)
  4. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 138
  5. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  6. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)