Qılman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi.[1]

Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir.[2] [3]

Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.[4][5]

  1. Daniel Pipes. Slave Soldiers and Islam: The Genesis of a Military System. Daniel Pipes. 1981. 35, 45. ISBN 0300024479.
  2. El-Rouayheb, Khaled. Before Homosexuality in the Arab-Islamic World, 1500–1800. University of Chicago Press. 2005. 131–136.
  3. Afary, Janet. The Quran and Homosexuality in the Muslim World // Sexual Politics in Modern Iran. Cambridge University Press. 9 April 2009. ISBN 9781107394353. İstifadə tarixi: 6 August 2020.
  4. "Gulam". Etimoloji Türkçe (türk). 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2021.
  5. "Gılman". Etimoloji Türkçe (türk). 5 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 March 2021.