Qəhrəman Qəhrəmanov
Qəhrəman Qəhrəmanov | |
---|---|
Doğum tarixi | 26 dekabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 5 fevral 2006 (80 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fiziologiya, tibb |
Elmi dərəcəsi | tibb elmləri doktoru |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Mükafatları |
|
kagramanov.az/biography.… |
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycan alimi, neyro-fizioloq, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1971).
Həyatı
[redaktə | mənbəni redaktə et]Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir.[1][2]
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında "İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor Abdulla Qarayev olmuşdur.
Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun "Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası"nda "Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair" mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur.
Qəhrəman Qəhrəmanov 1971-ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir.
1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı[3]. Qəhrəman Qəhrəmanov SSRİ Böyük Sovet Tibbi Ensiklopediyasının "Fiziologiya" bölməsinin redaktorlardan biri idi. "Fizioloji kibernetika" beynəlxalq almanaxlarının (London, Eynbric) və "Fizioloji elmlərin uğurları" jurnalının (SSRİ Elmlər Akademiyası) redaksiya heyətində işləmişdir.
Qəhrəman Qəhrəmanov 150-dən çox elmi nəşrin, 3 dərsliyin və bir çox monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi ilə 29 namizədlik və doktorluq dissertasiyası müdafiə edilmişdir[2].
Vəfatı
[redaktə | mənbəni redaktə et]Qəhrəman Mehdi oğlu Qəhrəmanov 5 fevral 2006-cı ildə Bakıda vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Əsgər Zeynalov. İrəvan ziyalıları. Bakı: Oğuz eli. 1999.
- ↑ 1 2 "Каграман Мехтиевич Каграманов" (rus dili). www.kagramanov.az. 14 okt.2013 tarixində arxivləşdirilib. (rus.)
- ↑ Акад. П. К. Анохин, 1972 г.; "Физиологические науки в СССР", книга, изд. АН СССР, 1986 г., Москва
- 26 dekabrda doğulanlar
- 1925-ci ildə doğulanlar
- Qafan rayonunda doğulanlar
- 5 fevralda vəfat edənlər
- 2006-cı ildə vəfat edənlər
- 80 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan SSR əməkdar elm xadimləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Azərbaycanlı alimlər
- Tibb elmləri doktorları
- Azərbaycanlı professorlar
- Fizioloqlar
- Neyrofiziologiya