Qafqaz Əmirliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tarixi dövlət
Qafqaz Əmirliyi
çeç. Имарат Кавказ
rus. Кавказский эмират
Bayraq Gerb
Bayraq Gerb
«Lə iləhə illəllah, Muhammədun rəsulullah»
Qafqaz Əmirliyinin xəritəsi
Qafqaz Əmirliyinin xəritəsi
 
 
 

Paytaxt Cövhərqala
Rəsmi dilləri Ərəbcə, Osmanlı türkcəsi, Çeçencə, İnquşca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qafqaz Əmirliyi (çeçencə Имарат Кавказ, rus. Кавказский Эмират) — 31 oktyabr 2007-ci ildə indiki Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarında və Stavropol vilayətində hazırda özünü bütün Qafqazın əmiri elan etmiş Dokka Ömər Əbu Osman tərəfindən mövcudluğu bəyan olunmuş, de-fakto mövcud olmayan və heç bir dövlət və ya təşkilat tərəfindən tanınmayan xəyali İslam dövləti.

Qafqaz Əmirliyinə daxil olan ərazilərin adı dəyişdirilmiş və Rusiyanın Qafqazı işğal etmədən öncə olan adlar qeri qaytarılmışdır.

Qafqaz Əmirliyinin atributları

[redaktə | mənbəni redaktə et]

Qafqaz Əmirliyinin bayrağı qara rəngdə olub, ortasında ərəb dilində "Kəlmeyi-Tövhid" yazılmışdır. Transkripsiyası: "Lə İlahə İlləllah". Mənası: "Allahdan başqa ilah yoxdur". Bayrağın məhz bu rəngdə olmasının səbəbi İslamın ilkin vaxtlarında Cihad bayrağının rənginin qara olmasıdır.[mənbə göstərin]

Qafqaz Əmirliyinin vilayətləri

[redaktə | mənbəni redaktə et]
  1. Noxçi Ço (Çeçenistan (İçkeriya))
  2. Qalqay Ço (İnquşetiya və Şimali Osetiya (İriston))
  3. Noqay Düzənliyi (Stavropol diyarı)
  4. Çərkəz
  5. Birləşdirilmiş Kabardin-Balkar-Qaraçay
  6. Dağıstan

Çeçenistan Respublikası "Noxçi Ço" vilayəti adlandırılmışdır, çünki yerli əhali tarix boyu özünü noxçi milləti adlandırmışdir. Noxçi Ço vilayətinin paytaxtı hesab etdikləri Qroznı şəhərinin adı "Cövhərqala"ya dəyişdirilmişdir. Bu I Çeçenistan müharibəsində çeçenlərin millli müqavimət hərəkatının rəhbəri Cövhər Dudayevin şərəfinə edilmişdir.

Dağıstan Respublikasının paytaxtı Mahaçqalanın adı dəyişdirlmiş və Şamilqala adlandırılmışdır. Bu rus işğalına qarşı döyüşmüş xalq qəhrəmanı Şeyx Şamilin şərəfinə edilmişdir. İnquşetiya İriston (Osetiyanın yerli əhalisi öz torpaqlarını İriston adlandırırlar) ilə birləşdirilmişdir və "Qalqay Ço" vilayəti adlandırılmışdır. Qaraçay-Balkariya-Kabarda vilayətləri birləşdirilmişdir. Stavropol diyarına rus işğalından öncəki Noqay Eli vilayəti adı verilmişdir. Çünki, bu vilayətdə türk əsilli noqaylar məskunlaşıblar. Çərkəz vilayəti Qaraçay-Çərkəz Respublikasından ayrılmışdır.

Qafqaz Əmirliyinin əmiri

[redaktə | mənbəni redaktə et]

Hazırda Qafqaz Əmirliyinin ilk əmiri Dokka Ömər Əbu Osmandır. Əsl adı Dokka Osman Hamadoviç Omərovdur, lakin rus işğalına qarşı vuruşmağa başladıqdan sonra adını və soyadını dəyişmiş və milliləşdirmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]