40°24′18″ şm. e. 44°34′35″ ş. u.HGYO

Qaraşamb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Qaraşamb
40°24′18″ şm. e. 44°34′35″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Karbi mahalı]]
Rayon [[Əştərək rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.450 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 607 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qaraşamb xəritədə
Qaraşamb
Qaraşamb
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaraşamb - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Nairi rayonunda kənd.[2]

Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Nairi rayonu yaradılanadək (1972-ci il 15 marta kimi) Əştərək rayonunun tərkibində olmuşdur.

Toponim qədim türk dilində «böyük» mənasında işlənən qara sözü ilə türk dilində «çay kənarlarlarında, iki çayın qovuşacağında qamış, yulğun, cəyən, biyan və s. göyərdiyi, həmçinin çöl heyvanlarının və quşların yurd-yuva saldığı sucaq yer» mənasında işlənən şam sözünün[3] birləşməsindən əmələ gəlmişdir. «Şam» sözü erməni dilində «şamb» formasında «qamışlıq» mənasında işlənir[4].

Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kənddə 1831-ci ildə 28 nəfər, 1873 - cü ildə 207 nəfər, 1886-cı ildə 192 nəfər, 1897-ci ildə 306 nəfər, 1908-ci ildə 363 nəfər, 1914 - cü ildə 417 nəfər, 1916-cı ildə 381 nəfər yalnız azərbaycanlı yaşamışdır[5].

1918-ci ildə kəndin əhalisi ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. 1918-ci illərdə Türkiyədən buraya ermənilər köçürülüb yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Həsənov A.Q. Dərəşam toponimi haqqında. - Azərb.SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin «Elmi əsərləri», dil və ədəb.ser., № 4, 1976. s.63
  4. Bağramyan R.H., Xəlilov İ.H. Ermənicə-azərbaycanca lüğət, Yerevan, «Luys», 1978. s.413
  5. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.22-23, 108-109