Qaspare Spontini
Qaspare Spontini | |
---|---|
it. Gaspare Spontini | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 14 noyabr 1774[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 1851[1][2][…] (76 yaşında) |
Vəfat yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, musiqi direktoru[d] |
Janr | opera |
Musiqi aləti | skripka |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Qaspare Spontini (it. Gaspare Luigi Pacifico Spontini; 14 noyabr 1774[1][2][…], Mayolati-Spontini[d], Ankona əyaləti[d][4][5] – 24 yanvar 1851[1][2][…], Mayolati-Spontini[d], Marke[5]) — İtaliyanın opera bəstəkarı və dirijoru.
Həyatı
[redaktə | mənbəni redaktə et]Ankonada doğulan Qaspare karyerasının böyük hissəsini Parisdə və Berlində keçirmişdir, lakin ömrünün son illərində doğulduğu şəhərə geri dönmüşdür. 19-cu əsrin ilk iki onilliyi ərzində Spontini fransız operasının ən önəmli xadimlərindən biri idi.
Gənc yaşlarında Qaspare Neapolun dörd ən məşhur musiqi konservatoriyalarında biri olan Pietà de' Turchini konservatoriyasında təhsil almışdır. İtaliyanın müxtəlif şəhərlərinə səfər edən Qaspare ilk dəfə olaraq Roma şəhərində Li puntigli delle donne (Karnaval 1793) adlı uğurlu əsərini bəstələdi. 1803-cü ildə Parisə gəldi və burada 1804-cü ilin 11 fevralında komediya janrında olan La finta filosofa operasını bəstələdi.
Qasparenin ilk əsərlərinin böyük əksəriyyətinin komediya janrına yazılmasına baxmayaraq daha sonralar Fransada məşhur olan musiqili faciə janrına da müraciət etdi və özünün ən məşhur əsəri hesab olunan La vestale əsərini bəstələdi. Paris şəhərində keçirilən premyerasında Qaspare öz dövrünün ən yaxşı italyan bəstəkarı adlandırıldı. Müasirləri olan Lyuci Kerubini və Cakomo Meyerber adı çəkilən operanı şah əsəri adlandırdı, daha sonralar isə bəstəkarlar Hektor Berlioz və Rixard Vaqner də bu əsəri yüksək qiymətləndirdi.
Operaları
[redaktə | mənbəni redaktə et]- Li puntigli delle donne (Roma, 1796)
- Adelina Senese o sia l'Amore secreto (1797)
- Il finto pittore (Roma, 1797)
- L’eroismo ridicolo (Naples, 1798)
- Il Teseo riconosciuto (1798)
- La finta filosofa (1799)
- La fuga in maschera (1800)
- I quadri parlanti (Palermo, 1800)
- Gli Elisi delusi (Palermo, 1800)
- Gli amanti in cimento (3 Kasım, 1801, Roma, Teatro Valle)
- Le metamorfosi di Pasquale (1802, Venice)
- La petite maison (1804)
- Milton (27 Kasım, 1804, Paris)
- Julie, ou Le pot de fleurs (12 Temmuz, 1805, Paris)
- La vestale (15 Aralık, 1807, Paris)
- Fernand Cortez (28 Kasım, 1809, Paris) 1817
- Pélage, ou Le roi et la paix (23 Ağustos, 1814, Paris)
- Olimpie (22 Aralık, 1819, Paris)
- Nurmahal, oder das Rosenfest von Caschmir (27 Mayıs, 1822, Berlin, Opera)
- Alcidor (1825)
- Agnese von Hohenstaufen (12 Haziran, 1829 Royal Opera Berlin) revised 1837
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Gaspare Luigi Pacifico Spontini // Brockhauz Ensiklopediyası (alm.).
- ↑ 1 2 www.academiedesbeauxarts.fr (fr.).
- ↑ 1 2 Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Fondazione Pergolesi Spontini of Jesi
- Herbermann, Charles, redaktor // Catholic Encyclopedia. New York: Robert Appleton Company. 1913.
- 14 noyabrda doğulanlar
- 1774-cü ildə doğulanlar
- 24 yanvarda vəfat edənlər
- 1851-ci ildə vəfat edənlər
- 76 yaşında vəfat edənlər
- Papa dövlətində vəfat edənlər
- Pour le Mérite ordeninin kavalerləri
- Fəxri Legion ordeninin kavalerləri
- İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri
- Əlifba sırasına görə musiqiçilər