Qayçı
Bu məqalə qaralama halındadır. |
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir. Metaldan hazırlanmış təbəqə və zolaq materiallar, borular, fasonlu prokat profillər və s. daha güclü maşınlarda kəsilir.
Maşın qayçısı elektrik (daha çox işlədilir), hidravlik, yaxud pnevmatik intiqallı, həmçinin köməkçi mexanizmləri olan avadanlıqdır. İşlək hissənin quruluşuna görə paralel bıçağlı, maili və dairəvi (diskli) qayçılar var. Kəsmə qüvvəsi 25 Mn (2500 tq) olan belə maşınlarda qalınlığı 60 mm-ə) qədər polad təbəqələr, diametri 165 mm-dək dairəvi prokatı kəsmək olar. 5 mm-dək qalınlıqlı polad təbəqələri kəsən, kütləsi 8 kq-dək, gücü 1 kvt-dək olan qayçılar mexanikləşdirilmiş əl maşınlarına aiddir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Ən qədim qayçı, Qədim Roma ərazisində arxeoloqlar tərəfindən tapılıb. 3-4 min il tarixi vardır, qoyun qırxmaq üçün istifadə edilib. Onun konstruksiyası iki min il dəyişilməz qalıb. Qayçılarda fırlanan diyircək min əvvəl ixtira edilib.
Müxtəlif növ qayçılar — tikiş qayçısı, mətbəx qayçısı, kağız kəsmək üçün qayçı | Dəmirkəsən qayçı | Hidravlik qayçı ilə iş. | Xalça toxuculuq məntəqələrindən biri Qasımuşağı obasında istifadə edilmiş xalça toxuculuq aləti — xalça qayçısı. |