Qleb Panfilov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qleb Panfilov
rus. Глеб Анатольевич Панфилов
Doğum tarixi 21 may 1934(1934-05-21)
Doğum yeri
Vəfat tarixi 26 avqust 2023(2023-08-26)[1] (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti rus
Həyat yoldaşı İnna Çurikova
Fəaliyyəti kinorejissor, ssenarist, film ssenaristi[d]
Fəaliyyət illəri 1958–2023
Təhsili
Üzvlüyü
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "RSFSR xalq artisti" fəxri adı RSFSR əməkdar incəsənət xadimi Vasilyev qardaşları adına RSFSR Dövlət mükafatı
IMDb ID0659368
glebpanfilov.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qleb Anatolyeviç Panfilov (rus. Глеб Анатольевич Панфилов; 21 may 1934, Maqnitoqorsk, Çelyabinsk vilayəti26 avqust 2023[1], Moskva) — RusiyaSovet rejissoru və ssenaristi.

Qleb Panfilov 21 may 1934-cü ildə Maqnitoqorskda doğulub. 1957-ci ildə Ural Politexnik İnstitutunun kimya fakültəsini bitirir. 1961-ci ildə Sverdlovsk televiziyasında çalışmağa başlayır. 1960–1963-cü illərdə Sergey Gerasimov adına Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunda operatorluq fakültəsində qiyabi təhsil alır, sonra isə rejissorluq şöbəsində əyani təhsilə keçir. 1966-cı ildə Lenfilmdə çalışmağa başlayaraq, orada 1967-ci ildə "В огне брода нет" (Yanğında keçid yoxdur) adlı ilk bədii filmini çəkir. 1970-ci ildə "Начало" (Başlanğıc) filmini çəkir. Filmin çəkilişləri zamanı Panfilov aktrisa İnna Çurikova ilə ailə həyatı qurur. O vaxtdan bəri o, onun ilham pərisinə çevrilir. Rejissorun başqa məşhur işləri arasında "Прошу слова" (Söz istəyirəm), "Тема" (Mövzu), "Валентина" (Valentina), "Васса" (Vassa), "Мать" (Ana) kimi filmlər var. Panfilov həyat yoldaşı İnna Çurikovanın ölümündən yeddi ay sonra 2023-cü il avqustun 26-da 89 yaşında Moskvada vəfat etdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]