Qorxma, mən səninləyəm
Qorxma, mən səninləyəm | |
---|---|
Janr |
komediya döyüş macəra musiqili məhəbbət |
Rejissor | Yuli Qusman |
Ssenari müəllifləri |
Yuli Dunski Valeri Frid |
Baş rollarda |
Muxtarbəy Kantemirov — Rüstəm Polad Bülbüloğlu — Teymur Lev Durov — San Sanıç Həmidə Ömərova — Telli Həsənağa Turabov — Cəfər |
Operator | Valeri Kərimov |
Bəstəkar | Polad Bülbüloğlu |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 29 iyun 1981 |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 148,75 dəq. |
Ölkə | SSRİ |
Dil | rusca |
İl | 1981 |
Sonrakı film | Qorxma, mən səninləyəm! 1919 |
Texniki məlumatlar |
2 seriya 14 hissə 4070 metr 35 mm |
Rəng | rəngli |
IMDb | ID0175948 |
Qorxma, mən səninləyəm — rejissor Yuli Qusmanın filmi.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir.
Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır.
Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır.
Film haqqında
[redaktə | mənbəni redaktə et]- Film aktyor Nizami Musayevin kinoda ilk işidir.
- Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir.
- Film müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.
- Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
- Film 1-ci kateqoriya layiq görülmüşdür.
Filmin heyəti
[redaktə | mənbəni redaktə et]Film üzərində işləyənlər
[redaktə | mənbəni redaktə et]- Ssenari müəllifləri: Yuli Dunski, Valeri Frid
- Quruluşçu rejissor: Yuli Qusman[2]
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Bəstəkar: Polad Bülbüloğlu
- Mahnıların mətni: Aleksey Didurov
- Səs operatoru: Əsəd Əsədov
- Mahnı yazımı: Rafiq Rəhimov
- Kaskadyorlar qrupunun rəhbəri: Muxtarbəy Kantemirov
- Kaskadyor: S. Lozdeyski, A. Beryozin, O. Kantemirov, V. Razjivin
- Təlimçi: Süleyman Məmmədov
- Mahnı ifa edən: Polad Bülbüloğlu, İrina Ponarovskaya, İosif Kobzon, Mirzə Babayev, Vladimir Vinokur
- Ansamblın rəhbəri: Bari Alibasov
- Rejissor: Səməd Lazımov
- Operator: Ələkbər Muradov
- Montaj edən: Rəfiqə İbrahimova
- Rejissor-stajçı: Yefim Abramov
- Geyim rəssamı: Tatyana Əmirova
- Qrim rəssamı: A. Sitnikova
- Dekor rəssamı: Fikrət Ələkbərov
- Rejissor assistenti: Yusif Əlizadə, J. Rzayeva, V. Səfərov
- Operator assistenti: V. Romanov, R. Səfərəliyev
- Rəssam assistenti: Y. Aqaronova
- Səs operatoru assistenti: Tatyana Kərimova
- Montaj üzrə assistent: R. İsrafilova, S. Babayeva
- Qrim üzrə assistent: Rəna Fətullayeva
- İnzibatçı: A. Məmmədov, A. Qurbanov, R. Bağırov
- Redaktor: Nadejda İsmayılova, Əhmədağa Qurbanov
- Filmin direktoru: Nadir Əliyev
- İşıqçı: Malik Nəsirov (titrlərdə yoxdur)
Rollarda
[redaktə | mənbəni redaktə et]- Muxtarbəy Kantemirov — Rüstəm
- Polad Bülbüloğlu — Teymur
- Lev Durov — San Sanıç
- Həmidə Ömərova — Telli
- Həsənağa Turabov — Üçgöz Cəfər
- Sergey Yurski — Pristav
- Mirzə Babayev — Fərzəli bəy
- Aleksandr Şarovski — Petrov
- Muxtar Maniyev — məhbus
- Abbas Kazımov
- Kazım Abdullayev — Məmməd
- Konstantin Artyomov
- Yusif Əlizadə
- M. Abdullayev
- Mustafa Süleymanov
- S. Məmmədov
- R. Bəqdəlov
- Nizami Musayev — məhbus
- Rəşid Mahmudzadə
- N. Dəmirov
- Ramiz Novruzov — Cəfərin yaraqlısı
- Əliqulu Səmədov
- P. Cəlilov
- Valeri Kərimov
- L. Durov
- Süsən Məcidova — dayə
- X. İbadov
- Ramiz Məmmədov — inzibatçı
- Ə. Səfərov
- R. Baxışov
- Ə. Əhmədov
- A. Rüstəmov
- C. Cəfərov
- Məmməd Məcidov
- V. Səfərov
- M. Dektyar
- Əbdül Mahmudov — kisəçi
- Vəliəhd Vəliyev — qanun keşikçisi
- Elxan Ağahüseynoğlu — gül satan
- Nəsibə Zeynalova — Mərdanın anası
- Cahangir Novruzov — Mərdan
- Ələkbər Muradov — Cəfərin yaraqlısı
- Zilli Namazov — Cəfərin yaraqlısı
- Sofa Bəsirzadə — xidmətçi
- Sadıq Hüseynov — Mərdanın atası
- Tariyel Qasımov
- Rauf Gözəlov — kisəçi
Filmi səsləndirənlər
[redaktə | mənbəni redaktə et]- Ramiz Əzizbəyli — Mərdan (Cahangir Novruzov) (titrlərdə yoxdur)
- Hamlet Xanızadə — kəndli (titrlərdə yoxdur)
- Məmmədrza Şeyxzamanov — kəndli (titrlərdə yoxdur)
- Aleksandr Belyavski — Rüstəm (Muxtarbəy Kantemirov) (titrlərdə yoxdur)
Sponsor
[redaktə | mənbəni redaktə et]- Mərkəzi Televiziya (Moskva)
Film çəkimləri
[redaktə | mənbəni redaktə et]Film çəkimləri Qax rayonu-nun İlisu kəndində həyata keçirilmişdir. Filmin son səhnələri tarixi abidə olan Sumuq qala da çəkilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311–312.
- Журнал "Баку". Номер : Ноябрь — Декабрь 2011 Arxivləşdirilib 2016-05-10 at the Wayback Machine
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Y. Qusman: Çox istəyirsən ki, bir anlığa Azərbaycan adlanan mehriban və əsrarəngiz diyarda olasan : [rejissorun "Qorxma, mən səninləyəm! 1919" filminin Moskvada keçirilən təqdimat mərasimi haqqında müsahibəsi] //Azərbaycan.- 2014.- 21 noyabr.- S.11.
- ↑ Yuli Qusman: "Bizim film Azərbaycan xalqına məhəbbət etirafıdır": [tanınmış rejissor-ssenarist Yuli Qusmanın "Qorxma, mən səninləyəm! 1919" filminin təqdimat mərasimi haqqında] //Azərbaycan.- 2013.- 17 noyabr.- S.5.