Qrimsey adası
Qrimsey adası | |
---|---|
isl. Grímsey | |
Ümumi məlumatlar | |
Sahəsi | 5,3 km² |
Uzunluğu |
|
Eni | 1,9 km |
Hündür nöqtəsi | 105 m |
Əhalisi | 61 nəfər (2020-ci il) |
Yerləşməsi | |
66°32′37″ şm. e. 18°00′05″ q. u.HGYO | |
Ölkə | İslandiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qrimsey (isl. Grímsey) — Qrenland dənizində, İslandiyanın Nordürland-Eystra bölgəsinə aid olan ada. Adanın sahəsi 5,3 km²-dir. 2020-ci ilin yanvar ayına olan məlumata görə əhalinin sayı 61 nəfərdir[1]. Əhalinin sıxlığı 11,51 nəf/km²-dir. Qrimsey İslandiyanın ən şimal məskunlaşma olan ərazisidir. Sandvik kəndi adada yeganə yaşayış məntəqəsidir.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Qrimsey adası İslandiya sahillərindən 40 kilometr şimalda, Şimal Qütb dairəsi xəttində yerləşir. İslandiyada Qütb gündüzlərinin olduğu yeganə yerdir[2] . Qrimsey adasının ən yüksək nöqtəsi dəniz səviyyəsindən 105 metr yüksəkliyə çatır[3].
Heyvanlar
[redaktə | mənbəni redaktə et]Adada köpək və pişik saxlamaq qadağandır. Səbəb isə burada şimal dəniz quşlarının böyük koloniyasının olmasıdır: adi təmizçi, qaqaralar və müxtəlif növ qağayılar.
İqtisadiyyat və nəqliyyat
[redaktə | mənbəni redaktə et]İqtisadiyyat kommersiya balıqçılığına əsaslanır. Kənd təsərrüfatı və dəniz quşu yumurtalarının toplanması da vardır. Turizm inkişaf edir. Adanın şimal hissəsində, Şimal Qütb dairəsindən kənarda, Aküreyriyə uçuşlar olan kiçik bir hava limanı var. Dalvikdən Qrimseyə həftədə üç dəfə, adətən istənilən havada və bütün il boyu bərə vardır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "citypopulation.de". 2021-01-19 tarixində arxivləşdirilib.
- ↑ Burada qütb gecələri yoxdur, çünki onun zonasının sərhədi şimala doğru uzanır (bu barədə məqaləyə baxın).
- ↑ "Um Grímsey". Grímseyjarhreppur. 2010-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-28. (isl.)