Qriqori Perelman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qriqori Perelman
rus. Григо́рий Я́ковлевич Перельма́н
Doğum tarixi 13 iyun 1966(1966-06-13)[1][2][…] (58 yaş)
Doğum yeri
Elm sahəsi Riyaziyyat
İş yerləri
Alma-mater Leninqrad Dövlət Universiteti Mexanika-Riyaziyyat fakültəsi
Elmi rəhbərləri Aleksandr Aleksandrov (riyaziyyatçı)
Tanınır Puankare hipotezinin isbatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qriqori Perelman (rus. Григо́рий Я́ковлевич Перельма́н; 13 iyun 1966[1][2][…], Leninqrad[3]) — Rusiya riyaziyyatçısı, Puankare hipotezini isbat etmiş şəxs.[4][5]

Qriqori Perelman 1966-cı ildə Leninqradda yəhudi ailəsində doğulmuşdur[6]. Onun atası Yakop mühəndis-mexanik idi,1993-cü ildə İsrailə emiqrasiya etmişdir. Anası Lubov Leybovna Sankt-Peterburqda qalıb riyaziyyat müəllimi işləmişdir. Alimin anası skripka ifa edə bildiyindən, məhz o gələcək riyaziyyatçıda klassik musiqiyə həvəs oyatmışdır. 1982-ci ildə Budapeştdə keçirilən Beynəlxalq riyaziyyat olimpiadasında sovet məktəblilərinin komandasının tərkibində iştirak edən Perelman bütün məsələləri tam həll ederək qızıl medal qazanmışdır. Perelman Leninqradda 239 saylı fizika-riyaziyyat təmayüllü məktəbi bitirmişdi. Perelman yaxşı stolüstü tennis oynayırdı, musiqi məktəbinə gedirdi. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olmuşdur. Fakültə, şəhər və ümumtələbə olimpiadalarının qalibi olmuşdur. Bütün illəri "əla" qiymətlərlə qutarmışdı. Dərsləri əla oxuduğuna görə Lenin təqaüdü qazanmışdı. Universiteti yüksək qiymətlərlə bitirdikdən sonra aspiranturaya daxil olur, 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra institutda qalıb baş elmi işçi kimi çalışmışdır.

Hazırda Perelman Kupçində anası ilə birlikdə yaşayır, qapalı həyat sürür.

Elmi töhfələri

[redaktə | mənbəni redaktə et]

1994-cü ildə ruh teoremini isbat edir. Leninqrad həndəsə məktəbinin təmsilçisi olaraq, Riççi axınlarının analizi üçün Leninqrad nəzəriyyəsi olan Aleksandrov fəzasını tətbiq etmişdir. 2002-ci ildə Perelman öz məqaləsində ilk dəfə 1904-cü ildə fransız riyaziyyatçısı, fizik və filosofu Anri Puankare tərəfindən formula edilən məşhur Puankare hipotezinin xüsusi halı olan "həndəsələnən" Uilyam-Törston hipotezinin doğrulunu isbat etmişdir. Alim tərəfindən məqalədə Riççi axınlarının öyrənilməsi metodu Hamilton-Perelman teoremi adını almışdır.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

1996-cı ildə Avropa Riyaziyyat Cəmiyyəti tərəfindən gənc riyaziyyatçılar üçün nəzərdə tutulumuş təqaüdə layiq görülmüş, lakin bundan imtina etmişdir.

2006-cı ildə Qriqori Perelmana Puankare hipotezini həll etdiyinə görə Filds medalı ilə təltif edimiş, lakin o bu mükafatdan da imtina etmişdir.

Həmin ildə Science jurnalı Puankare teoreminin isbatını "ilin naliyəti " ("Breakthrough of the year")adlandırmışdı. Bu riyaziyyat sahəsində bu ada layiq görülmüş ilk işdi.

2007-ci ildə Britaniyanın The Daily Telegraph qəzeti "Hazırda yaşayan 100 ən ağıllı insan" siyahısını dərc etmişdir. Qriqori Perelman siyahıda 9-cu yer tutur.

  • 2011 г.Маша Гессен. Совершенная строгость. Григорий Перельман. Гений и задача тысячелетия. (A Genius and The Mathematical Breakthrough of the Century). Издательства Corpus, Астрель, переводчик Илья Кригер, 272 с., тираж 4000 экз.,ISBN 978-5-271-33232-6
  • 2010 г. Олег Арсенов. Григорий Перельман и гипотеза Пуанкаре. Издательство Эксмо, серия Люди науки, 256 с., тираж 3000 экз., ISBN 978-5-699-44145-7
  1. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 Grigori Perelman // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #136216218 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Puankare hipotezi Arxivləşdirilib 2013-10-18 at the Wayback Machine, Clay Mathematics Institute (ing.)
  5. [1] Arxivləşdirilib 2018-09-04 at the Wayback Machine Gazeta. Ru, 17 avqust 2006
  6. "Dünyanın 10 ən ağıllı insanı - modern.az saytı". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]