Quick göstəricisi
“Quick” göstəricisi, “Quick” test, Protrombin müddəti ABŞ həkimi ing. Armand James Quick-in şərəfinə adlandırılmış qanın laxtalanma sisteminin funksiyasını qiymətləndirmək üçün mövcud olan tibbi laborator göstərici. Bu göstəricinin başqa cür protrombin müddəti (ing. prothrombin time - PT) adlandırırlar.
Müayinəsi
[redaktə | mənbəni redaktə et]Götürülmüş qan probuna natrium-sitrat qatılır ki tez laxtalanmanın qarşısı alınsın. Bu zaman laxtalanma üçün lazım olan kalsium natrium sitratla birləşir. Laboratoriyada sitratlı qan probu sentrafuqdan keçirilərək zərdab alınır. 37 °C tempraturda alınmış zərdab üzərinə toxuma faktoru (=Tissue-Faktor= (toxuma-) tromboplastin) əlavə edilir. Beləliklə ekzogen olaraq laxtalanma aktivləşmiş olur. Fibrinin yaranmasına qədərki müddət hesablanır. Normada bu müddət 11-16 saniyə davam edir.
Tromboplastin müddəti [saniyə] | Normal zərdabın qarışıq nisbəti | Quick müdd [%] |
---|---|---|
14 | 1:0 (durulaşmamış) | 100 |
21 | 1:1 | 50 (1/2) |
28 | 1:2 | 33 (1/3) |
35 | 1:3 | 25 (1/4) |
Dəyişməsi
[redaktə | mənbəni redaktə et]Hallar | Quick göstəricisi | Parsial tromboplastin müddəti | Qanın laxtalanma müddəti | Trombositlər |
---|---|---|---|---|
K vitamini çatışmazlığı və ya varfarin qəbulu | uzanır | Norma yaxud bir qədər uzanır | dəyişmir | dəyişmir |
Yayğın damardaxili laxtalanma (ing. Disseminated intravascular coagulation) |
uzanır | uzanır | uzanır | azalır |
Villebrand xəstəliyi | dəyişmir | uzanır və ya dəyişmir | uzanır | dəyişmir |
Hemofiliya | dəyişmir | uzanır | dəyişmir | dəyişmir |
Aspirin | dəyişmir | dəyişmir | uzanır | dəyişmir |
Trombositopeniya | dəyişmir | dəyişmir | uzanır | azalır |
Qaraciyər çatışmazlığı erkən | uzanır | dəyişmir | dəyişmir | dəyişmir |
Qaraciyər çatışmazlığı terminal | uzanır | uzanır | uzanır | azalır |
Uremiya | dəyişmir | dəyişmir | uzanır | dəyişmir |
Anadangəlmə afibrinogenemiya | uzanır | uzanır | uzanır | dəyişmir |
V laxtalanma faktoru çatışmazlığı | uzanır | uzanır | dəyişmir | dəyişmir |
X laxtalanma faktoru çatışmazlığı | uzanır | uzanır | dəyişmir | dəyişmir |
Qlançmann-Neqeli sindromu | dəyişmir | dəyişmir | uzanır | dəyişmir |
Bernard-Soulier sindromu | dəyişmir | dəyişmir | uzanır | azalır və ya dəyişmir |
XII laxtalanma faktoru çatışmazlığı | dəyişmir | uzanır | dəyişmir | dəyişmir |
C1INH çatmazlığı | dəyişmir | qısalır | dəyişmir | dəyişmir |