Qurdtəpə (Şamaxı)
Qurdtəpə | |
---|---|
40°40′43″ şm. e. 48°33′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Qurdtəpə (əvvəlki adı: Novodmitriyevka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Kənd 1874-cü ildə Rusiyanın müxtəlif əyalətlərindən köçürülmüş rusların bu ərazidə yerləşdirilməsi nəticəsində Novodmitriyevka adlandırılmışdır. 1918-1920-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinə aid xəritədə Şamaxı qəzasında Novodmitrovka kəndi ilə yanaşı, ondan az aralı, cənubda, Meysəri kəndindən şimali-qərbində Qurdtəpəsi (Kurd təpəsı yazılış formasında) adlı kəndin olması göstərilmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra kəndin əvvəlki Qurdtəpə adı bərpa edilmişdir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Muğanlı kənd inzibati-ərazi vahidi tərkibindəki Novodmitriyevka kəndi Qurdtəpə kəndi adlandırılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı ilə Şamaxı rayonunun Qurdtəpə kəndi Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qurdtəpə kənd inzibati ərazi vahidi yaradılmışdır.[3]
Coğrafiyası və iqlimi
[redaktə | mənbəni redaktə et]Kənd Qurdtəpə yaylasında yerləşir.
Əhalisi
[redaktə | mənbəni redaktə et]1886-cı il əhalinin siyahıyaalınması sənədlərində Şamaxı qəzasında Novodmitriyevka kəndi (20 ailə, 96 nəfər əhali) qeydə alınmışdır. Hazırda kənd əhalisi 741 nəfərdir ki, onun da 373 nəfəri kişi, 368 nəfəri isə qadınlar təşkil edir.
İqtisadiyyatı
[redaktə | mənbəni redaktə et]Kənddə 139 təsərrüfatı var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ N.Bəndəliyev. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, 2009, s.103
- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- ↑ "Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 iyun 2003-cü il tarixli, 493-IIQ saylı Qərarı". 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et] Şamaxı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |