Röşti
Röşti Rösti | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
İsveçrə | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Digər mətbəxlərdə | |
Digər mətbəxlərdə |
|
Röşti (alm. Rösti, [ˈrøːʃti]) və ya rööşti — əsasən kartofdan hazırlanan məşhur İsveçrə yeməklərindən biridir. Başlanğıcda Bern Kantonunda yaşayan fermerlər tərəfindən hazırlanan bu səhər yeməyi hazırda bütün İsveçrə ərazisində, həmçinin qərb dünyasının bir çox restoranlarında yeyilir. İsveçrənin bir çox sakinləri Röştinin Milli yemək olduğunu hesab edir. Bu gün Röşti masaya qoyulduqda, tez-tez yanına "Spinat und Spiegelei" (ispanaq və qızardılmış yumurta), servelat və ya Fleischkäse kimi digər yeməklər də əlavə olunur. Həmçinin, hər hansı bir standart qarnir yeməyi əvəz etmək istəyən insanlar restoranlarda daha çox Röştini sifariş edirlər. Röşti kiçik dilimlərə bölünmüş və yağda qızardılmış kartofdan hazırlanır. Həmçinin, çiy və ya bişmiş kartof qarışığından da istifadə edilə bilər. Klassik röşti donuz ətindən hazırlanmış bekonla da zənginləşdirilə bilər (Emmentaler Röşti). Bern kantonunda artıq bişmiş kartoflara bir çay qaşığı qəhvə və süd əlavə olunur və daha sonra qızardılır.
Etimologiya
[redaktə | mənbəni redaktə et]"Röşti" sözü İsveçrə feil alabstraktumu hesab edilir (yəni alman dilinin yerli ləhçə forması) və bu sözü daha "rööşti" kimi də tələffüz edirlər. Röşti keçmiş zamanlarda yağda qızardılmış bütün yeməklərə deyilirdi. İndiki təmiz Röşti, kartof, alma, armud, yumurta və digər ərzaq məhsullarından hazırlanmış geniş ailənin kiçik bir üzvü sayılır. Röşti Bern və Zoloturn kantonlarının ləhçəsində istifadə olunan ifadədir; İsveçrənin digər bölgələrində bu yeməyin başqa adları da var, məsələn: präätlet/pröötlet Härdöpfel, praate/prootni Härdöpfel, prägleti Härdöpfel və yaxud Härpflchoch und Brausi.
Digər mədəniyyətlərə təsiri
[redaktə | mənbəni redaktə et]İsveçrə xalqının şüurunda, Röşti yalnız ölkənin Alman-dilli hissəsində yeyildiyi hesab olunur. Uzun illər məhz bu yemək Latın mətbəxindən fərqli olaraq alman mədəniyyətinin stereotip identifikatoru kimi təsvir olunurdu. Hal-hazırda Fransız və Alman dilində danışan İsveçrənin iki tərəfini ayıran hipotetik xətt zarafatla "Röstigraben" - yəni "Rosti xəndəyi" də adlanır.