Rəşid Yasəmi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rəşid Yasəmi
fars. غلامرضا رشید یاسمی
kürd. غوڵامڕه‌زا ڕه‌شید یاسمی
ing. QolamReza Rashid Yasemi
Doğum tarixi 19 noyabr 1896(1896-11-19)
Doğum yeri
Vəfat tarixi 9 may 1951(1951-05-09) (54 yaşında)
Vəfat yeri
İş yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qulamrza Rəşid Yasəmi (fars. غلامرضا رشید یاسمی‎; 19 noyabr 1896, Gəhvarə, Kirmanşah ostanı9 may 1951, Tehran) — kürd mənşəli İran[1] şairi, tərcüməçisi, akademiki və ədəbiyyat xadimi.

Qulamrza Rəşid Yasəmi 1895-ci ildə İranın Kirmanşah ostanında anadan olmuşdur. O, ibtidai təhsilini Kirmanşahda başa vurmuş, 1912-ci ildə Tehrana köçmüşdür. Rəşid Yasəmi orta məktəbi fransızdilli Sen-Luis məktəbində bitirmişdir.[2] O, təhsilini başa vurduqdan sonra 1918-ci ildə "Danışkadə" ədəbi cəmiyyətinin yaradıcılarından biri olmuşdur.[3] Rəşid Yasəmi həmçinin, "Şəfəq-e Sorx" qəzetində məqalə və tədqiqat dərc etdirmişdir. O, kürd, fransız, ingilis, ərəbpəhləvi dillərini bilirdi. Rəşid Yasəminin 4 oğlu və 2 qızı olmuşdur. O, 1951-ci ildə insultdan vəfat etmişdir.

  1. "Şərəf xan Bidlisinin "Şərəfnamə" əsəri kürd xalqının tarixi mənbəyi kimi əsərindən bir parça". Diplomat (az.). 20 (7). sentyabr 2005. səh. 6.
  2. Mirsepassi, Ali. Transnationalism in Iranian Political Thought: The Life and Times of Ahmad Fardid (ingilis). Cambridge University Press. 2017-02-23. 83. ISBN 978-1-316-94982-5. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-08.
  3. "DĀNEŠKADA – Encyclopaedia Iranica". www.iranicaonline.org. 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-07.