R-360 Neptun
R-360 Neptun | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 2021 |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruksiya tarixi | 2013 |
Xüsusiyyətləri | |
Ağırlığı | 870 kq[1] |
Uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
R-360 Neptun (ukr. Р-360 «Нептун») — Ukrayna tərəfindən istehsal olunmuş gəmi əleyhinə qanadlı raketdir. Çəkisi 870 kq olan bu raket 2014 və ya 2012-ci ildə yaradılmışdır. Raketin konstruksiyası, əhəmiyyətli miqyasda təkmilləşdirilmiş uçuş məsafəsi və elektronikası SSRİ istehsalı olan H-35 gəmi əleyhinə raketinə əsaslanır.[2] 150 kq döyüş başlığı daşıyan raket saatda 900 km sürətlə 300 km-lik mənzilə malikdir. Sistem suüstü döyüş gəmilərini və çəkisi 5000 tona qədər olan nəqliyyat gəmilərini, konvoy halında və ya tək formada vurmaq üçün hazırlanmışdır. Raket eyni zamanda çəkisi 12000 tona qədər olan gəmiləri də məhv etmək qabiliyyətinə malikdir.[3] Raketlər 3 platformadan işə salına bilər:
- Havadan;
- Qurudan;
- Dənizdən.[4]
2019-cu ildə raketin üzərində bəzi modifikasiylar aparılmışdır. Bu modifikasiylar nəticəsində raketin lazer başlığı dəyişdirilmiş, hündürlük ölçən sistemi, starteri, qanadları, giroskop və naviqasiya sistemləri yenilənmişdir. Bununla da raketin dəqiqlik qabiliyyəti artırılmışdır.[4]
Daha sonra raket Albe poliqonunda test edilmişdir. Bu zaman təhlükəsizliyi təmin etmək üçün 6500 km-lik məsafədə gəmi və təyyarələrin hərəkəti bir müddətlik dayandırılmışdır. Raketin döyüş başlığı yüksək partlayıcı xüsusiyyətə malikdir. Bu başlıq ya hədəfə dəydiyi zaman, ya da hədəfə müəyyən məsafədə sensorlar vasitəsilə işə düşür. Əsas mühərriki Motor Siç şirkətinin istehsalı olan MS400 turbofan olan raketin iki mühərriki vardır. Bir mühərrik raketi işə salır, digəri isə raketi hədəfinə aparır. Raketin sahib olduğu elektron sistemlər raketin radarlarda görünmə ehtimalını minimuma endirir.[5][6]
Neptun raket sistemi müstəqil hərəkət edən kreyserlər, destroyerlər, freqatlar, korvettalar, tank və personal-desant daşıyan gəmilər, nəqliyyat gəmilərinə qarşı müdafiə fəaliyyətini yerinə yetirmək üçün nəzərdə tutulmuş gəmi əleyhinə qanadlı raket sistemidir. Sistem, həmçinin əlverişsiz hava şəraitində və düşmənin radioelektron dalğaları qarışdırdı zaman da, fəaliyyət göstərə bilir və raketin elektron sistemi bundan təsirlənmir. Bir Neptun raket batareyasına 24 ədəd R-360 gəmi əleyhinə raket, hər birində 4 raket olmaqla 6 ədəd atış platforması, səyyar komanda mərkəzi, yükləməni həyata keçirən avtomobil və əlavə raket daşıyan avtomobil daxildir. Bu sistem dəniz sahilindən 25 km-ə qədər içəridə raketlərin atışını həyata keçirdə bilir.[4]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 https://www.military-today.com/missiles/neptun.htm.
- ↑ Episkopos, Mark. "Ukraine Is Building Anti-Ship Missiles (In Part Thanks to Russia)". The National Interest. 2019-02-06. 10 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-10.
- ↑ "Russian Navy Ship Moskva Sunk by Ukrainian Missiles, U.S. Confirms". The Wall Street Journal. 15 aprel 2022. İstifadə tarixi: 20 aprel 2022.
- ↑ 1 2 3 "Neptun Anti-Ship Cruise Missile". Military-Today.com. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
- ↑ Нептун успішно вразив морську ціль [Neptune successfully hit a naval target]. Ukrainian Military Portal, mil.in.ua (ukrayna). 2018-08-17. 2018-08-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-17.
- ↑ "LUCH, State Kyiv Design Bureau" (PDF). State Kyiv Design Bureau, LUCH. 5 November 2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 November 2020.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda R-360 Neptun ilə əlaqəli mediafayllar var.
- Дослідна протикорабельна ракета «Нептун» (Україна. 2016 рік)
- Ponomarenko, Illia. "New Neptune cruise missiles to enter full production within 3 years, expert says". Kyiv Post. 2018-02-02. 2018-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- Ponomarenko, Illia. "Ukraine tests new cruise missile (VIDEO)". Kyiv Post. 2018-01-30. 2018-01-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- О. Турчинов: Наші ракети здатні забезпечити надійну оборону Чорноморського та Азовського узбережжя (ukrayna). National Security and Defense Council of Ukraine. 2018-08-17 – YouTube vasitəsilə.