Raad-2

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Raad-2
Tipi Özüyeriyən artilleriya sistemi
Ölkə
İstismar tarixçəsi
İstismar illəri 1997 - hal-hazırda
İstismara başlanması 1997
İstismar edənlər İstifadəçilər
İstifadə edilən döyüşlər yoxdur
İstehsal tarixçəsi
Konstruktor Müdafiə Sənayesi Təşkilatı
Konstruksiya tarixi 1997-ci il sentyabr ayı
İstehsalçı Müdafiə Sənayesi Təşkilatı
İstehsal illəri 1997-hal-hazırda davam edir
İstehsal sayı təxmini olaraq 36 ədəd[1]
Variantları Raad-2M
Xüsusiyyətləri
Ağırlığı 36 ton
Sürət 70 km/saat (43 mil)
Məsafə 30 km (19 mil)
Əsas silah 155 mm-lik HM-44 haubitsa topu
Köməkçi silah 12.7 mm-lik HMG
Uzunluğu 6.72 m (silahsız)
Eni 3.10 m
Hündürlüyü 1.66 m (qülləsiz)
Ekipaj 3 (Komandir, sürücü, tuşlayıcı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Raad-2 (“Şimşək-2”) — İran istehsalı olan özüyeriyən artilleriya sistemidir. Dəqiqə ərzində 5 dəfə atəş aça bilər. Raad-2 üçün V-8 dizel, Raad-2M üçün 5TDF mühərrikindən istifadə edilir. Raad-2 modeli 840[2], Raad-2M isə 700 at gücündədir[3]. 500 km-lik hərəkət mənzilinə malikdir. Yönləndirmə sistemi burulma çubuğu ilə təmin edilir.

Dizaynı və inkişafı

[redaktə | mənbəni redaktə et]

1997-ci il sentyabrın əvvəlində, İran tərəfindən Raad-2 (Şimşək-2) kimi tanınan sürətli, mobil atəşə dəstək vasitəsi olan haubitsasının uğurla sınaqdan keçirildiyi bildirilmişdir[4].

M109A1 155mm/39 cal özüyeriyən artilleriya sistemindəkinə bənzər olan bir qüllədən istifadə edir. İran Müdafiə Sənayesi Təşkilatı, İran Müdafiə Sənayesi Təşkilatının Hadid zavodu tərəfindən istehsal olunan 155 mm HM44 haubitsasının yüksək atəş sürətinə və dəqiqliyə sahib olduğunu iddia etmişdir. Dəqiqədə beş atəş aça biləcəyi ifadə edilmişdir. Silahın mənzilinin 30 km (19 mil) olduğu, həmçinin lazer məsafəölçən və yarı avtomatik yükləmə sistemi kimi xüsusiyyətlərə də sahib olduğu da bildirmişdir. Silah M109A1-in 155mm/39-cal M185 silahına bənzəyir və bir cüt qanadlı lülə ağız əyləci, tüstünü udan sistem (atəş açılan zaman çıxan tüstünün udulması üçün nəzərdə tutulmuşdur), vida paz mexanizmi, hidro-pnevmatik yığıcı və hidravlik geriyə təpmə əyləci ilə təchiz edilmişdir. Rusiyanın BMP-1 və ya Çinin Type 86 (WZ-501) PDM-inin dəyişdirilmiş versiyası, İran istehsalı olan Boragh APC şassisində istifadə edilir. Döyüş meydanında 70 km/saat (43 mil) sürətlə hərəkət edə bildiyi ifadə edilmişdir.

  • Raad-2 - əsas SPG versiyası.
    • Raad-2M - V-8 Dizel mühərriki əvəzinə Ukrayna istehsalı olan 5TDF mühərriki ilə təkmilləşdirilmiş Raad-2 modeli.
  1. Galen Wright (March 15th 2011) Iranian Military Capability 2011 - Ground Forces
  2. "Archived copy". 2012-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  3. "Archived copy". 2012-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  4. *Thunder 2 Arxivləşdirilib 2017-02-21 at the Wayback Machine