Ramaz Nikolaişvili
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Ramaz Nikolaişvili | |
---|---|
gürc. რამაზ ნიკოლაიშვილი | |
2010 – fevral 2012 | |
Prezident | Mixail Saakaşvili |
2012 – hal-hazıradək | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 iyun 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
Ramaz Nikolaişvili (gürc. რამაზ ნიკოლაიშვილი; 17 iyun 1965, Tbilisi) — Gürcüstan siyasətçisi, Gürcüstan Parlamentinin deputatı[1], 2010–2012-ci ilərdə Gürcüstanın inftrastruktur naziri işləyib.[2]
Həyat və fəaliyyəti
[redaktə | mənbəni redaktə et]17 iyun 1965-ci ildə Tbilisi şəhərində anadan olub. 1983–1990-cı illərdə Gürcüstan Texniki Universitetində təhsil alıb. Sonradan Tbilisi Dövlət Universitetində 1997-ci və 2003-cü illərdə " Maliyyə və kredit" və "İqtisadiyyat və hüquq" fakültələrini bitirib. 1994–2000-ci illərdə Gürcüstan Vergi Müfəttişliyinin operativ şöbəsində çalışıb. 2000–2003-cü illərdə o xüsusi legionun xüsusi şöbəsinin rəis müavini olub. 2003–2004-cü illərdə Gürcüstan Maliyyə Nazirliyi maliyyə polisinin informasiya və analiz şöbəsinin rəis müavini işləyib. 2004–2005-ci illərdə statistika və informasiya xidmətinin rəhbəri işləyib. 2005–2007-ci illərdə maliiyə polisi baş idarəsinin rəisi, 2007–2008-ci illərdə Gəlirlər Xidməti Baş İstintaq İdarəsinin rəisi işləyib.[3]
Siyasi karyerası
[redaktə | mənbəni redaktə et]2008-ci ildə Nikolaişvili bir müddət Lançxuti, Ozurgeti və Çxoxatar rayonlarının qubernatoru, sonra isə müdafiə nazirinin müavini işləyib. 2008-ci ildən 2010-cu ilin ortalarınadək o Yollar Departamentinin rəisi vəzifəsində olub.[4] 30 iyun 2010-cu ildə gürcüstanın infrastrukturlar naziri vəzifəsinə təyin edilib.[3][5] 31 avqust 2012-ci ildə o həmin ilin 1 oktyabr ayında keçirilən parlament seçkilərində iştirak etmək üçün istefaya gedib.[6]
Təltifləri və mükafatları
[redaktə | mənbəni redaktə et]- Uğurlu yol layihələrinə görə "İlin mühəndisi" fəxri adı (20 may 2010-cu ildə Gürcüstan Elmi -texniki birlik assosiasiyası tərəfinən verilib)
- Gürcüstan Respublikasının "Qabaqcıl təcrübə prezident ordeni" (24 may 2010-cu il)
- Gürcüstan Respublikasının "Şərəf " ordeni (4 dekabr 2009-cu il)
- Fəxri medal (17 sentyabr 2007-ci il)
- Gürcüstan Respublikasının "Müqəddəs Georginin Qələbəsi ordeni" (2012-ci il)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://www.parliament.ge/en/mp/2004
- ↑ "Government of Georgia". 2011-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-07.
- ↑ 1 2 "Ministry of Regional Development and Infrastructure of Georgia. About the Ministry". 2011-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-07.
- ↑ "Roads Department of Georgia". 2021-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-07.
- ↑ "Cabinet Slightly Reshuffled". Civil Georgia. 2010-06-25. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-07.
- ↑ Minister for Infrastructure Resigns to Run for MP Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Civil Georgia. August 31, 2012.